Xəbər lentiwidget-title-icon

Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Bir gündə 5 mindən çox abituriyent II cəhdə qeydiyyatdan KEÇDİ
Qəbulun II cəhdi: ən vacib mərhələdə bu səhvləri ETMƏYİN
Məktəblilər üçün Kembric imtahanlarına qeydiyyat elan olunub
UNEC-in direktoru “Dostluq” ordeni ilə təltif olunub
Azərbaycanın enerji siyasətinin uğurları və yeni inkişaf mərhələsi
Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı
“LANDAU School”un “Nərimanov” korpusu bağlanır?
Şəhid ailəsi üzvü 14 müəllim iş yerini dəyişmək imkanı qazanıb
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
MDU-da Kembric modelinə tam keçid edilib
Yeni pilot layihə Bakı məktəblərində tətbiq ediləcək
Qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANDI
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir
Bu universitetdə imtahanlarda süni intellekt tətbiq olunacaq
İçərişəhərdə uşaqlar üçün futbol meydançası yaradılıb
DİM valideynlərə çağırış edib: ALDANMAYIN!
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
Bu gündən yay imtahan sessiyası başlayır

Füzuli Təhsil Sektorunda Qanunsuzluq İddiaları: Mədinə Hallacovanın Bəyanatı

01.06.2026-cı il tarixində şikayətçi Mədinə Hallacova öz sosial şəbəkə hesabında canlı yayım açaraq Füzuli Təhsil Sektorunda baş verən ciddi qanunsuzluqlar, maliyyə pozuntuları və idarəçilik qüsurları barədə geniş məlumat vermişdir. O, MÜTDA rəhbəri Eşqi Bağırovun onun barəsində çıxardığı əmrin tamamilə qanunsuz olduğunu bildirərək, aidiyyəti qurumları real qanunsuzluqları araşdırmağa çağırmışdır.

Tehsilmedia.info Mədinə Hallacovanın səsləndirdiyi əsas iddialar və faktlar aşağıdakı ardıcıllıqla qruplaşdırmışdır:

Saxta Ştatların Yaradılması:

Füzuli rayonu Kərimbəyli kənd tam orta məktəbində 2 ildən artıqdır ki, qanunsuz olaraq saxta ştat yaradılmışdır. Qarabağ Regional Təhsil İdarəsi yalnız bu ilin fevral ayında məsələdən xəbər tutmuş və ixtisarlara başlamışdır. Bu dövr ərzində dövlət büdcəsindən kənar xərclənən və mənimsənilən vəsaitlərin hara yönəldiyi sual altındadır.

Füzuli Təhsil Sektorunun baş mühasibi Əli Heydərovun bu pozuntulara göz yumduğu iddia edilir. Qeyd olunur ki, Ə.Heydərov 2012-ci ildə işdən kənarlaşdırılmışdır və ali təhsil diplomu olmamışdır. Lakin sonradan o, əmək kitabçasındakı qeydlərə məhəl qoyulmadan yenidən işə qaytarılmış və qısa müddətdə "diplom sahibi" olmuşdur.

Yeni saxta ştatlar yaradılarkən Təhsil Sektorunun müdiri Ramella Məmmədova, müşavir Camal Xəlilov və baş mühasib Əli Heydərovun bu prosesə birbaşa rəvac verdiyi, sənədlərə qol çəkərək dövlət vəsaitini əlavə gəlir mənbəyinə çevirdikləri vurğulanır.

Əməkhaqqı Pozuntusu: Sektorda işçilərin qanunsuz olaraq minimum əməkhaqqı məbləğindən daha aşağı maaş alması halları mövcuddur ki, bu da Əmək Məcəlləsinin tələblərinə tamamilə ziddir.

Yarımştat Ştatların Paylanması: Mövcud yarımştat vahidinin üzərinə yenidən əlavə yarımştat işçinin götürülməsi ciddi maliyyə pozuntusu kimi qiymətləndirilir.

Qanunsuz Yerdəyişmə və Dərs Yükünün Bölünməsi: M.Hallacova bildirir ki, 2010-cu ildə gimnaziyadan Kərimbəyli kənd tam orta məktəbinə yerdəyişmə edərkən Ramella Məmmədova tərəfindən orada boş vakansiya olduğu bildirilmişdir. Lakin reallıqda həmin yer üzrə bir müddətli müqavilə ilə işləyən və bir əsas müəllim mövcud olmuşdur. Bu azmış kimi, cəmi 25 saatlıq ümumi dərs yükü qanunsuz olaraq 3 müəllim arasında bölüşdürülmüşdür.

Sənədləşmə Tələblərinin Pozulması: Məktəblərdə aparılan yoxlamalar müvafiq əmrlər əsasında həyata keçirilməlidir. Şikayətçi qeyd edir ki, onun fəaliyyəti ilə bağlı tərtib edilmiş 2 aktın hüquqi əsası (rəsmi əmri) yoxdur və aktlar yalnız əsasnaməyə istinadən yazılmışdır.

Peşə Etikasının və Şəffaflığın Pozulması:Təhsil Sektoru yoxlamaları çarpaz və qeyri-peşəkar üsulla aparır; məktəb direktorlarına digər məktəb direktorlarını, bağça müdirlərinə isə digər bağça müdirlərini yoxlatdırırlar. Bu yanaşma konfidensiallığı (məxfiliyi) pozur, rəhbər şəxsləri öz birbaşa işlərindən yayındırır, yoxlamanın obyektivliyini və şəffaflığını tamamilə heçə endirir.

Polis Təzyiqi və Siniflərin Qanunsuz Bağlanması: Sektor müdiri Ramella Məmmədovanın sosial şəbəkələrdə (TikTok) yayılan videogörüntülərinə istinad edilərək, onun müəllimlərə hədə-qorxu gəlmək məqsədilə məktəbə polis çağırdığı qeyd olunur. Kompleksləşmə qaydalarına əsasən sinfin bağlanması üçün minimum 3 şagird çatışmamalı olduğu halda, cəmi 1 şagirdə görə sinf qanunsuz olaraq bağlanmışdır.

Həmkarlar İttifaqının Fəaliyyətsizliyi: Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Füzuli rayon komitəsinin sədri Gülnaz Kərimovanın işçilərin hüquqlarını müdafiə etmədiyi, yazılan ərizə və mürəkkəb şikayətlərə baxmadığı bildirilir. Hətta işçi qanunsuz olaraq işdən azad edildikdən sonra G.Kərimova "bu mənim işim deyil, o çoxdan işdən çıxarılıb" deyərək öz vəzifə öhdəliklərindən imtina etmişdir.

Müşavir Camal Xəlilov Haqqında İddia: Füzuli Təhsil Sektorunun müşaviri Camal Xəlilovun vaxtilə ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi, lakin onun barəsində heç bir inzibati və ya intizam tədbiri görülmədiyi, hətta müvəqqəti olaraq belə işdən uzaqlaşdırılmadığı iddia olunur.

Mədinə Hallacova qeyd olunan bütün bu qanunsuzluqlara, maliyyə mənimsəmələrinə və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə Ramella Məmmədova, Camal Xəlilov, Əli Heydərov və Gülnaz Kərimova barəsində təcili olaraq hüquqi və inzibati tədbirlərin görülməsini tələb edir.

Oxşar xəbərlər

Bütün xəbərlər