Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Məntiq: şagirdlərimiz necə iflic edilir? - TƏHLİL

Elm və təhsil

10-04-2025, 12:16

Məntiq: şagirdlərimiz necə iflic edilir? - TƏHLİL


Hazırda dünyanın inkişaf etmiş təhsil ölkələrində tədrisin əsas məzmun xətlərindən biri şagirdlərdə mühakimə, məntiqi təfəkkürün inkişafı və onun həyati tətbiqinin yüksək səviyyədə həyata keçirilməsidir.

Bir çox ölkələrdə aparılan kurikulum islahatlarının əsas hədəfi tədrisi yaddaşın yüklənməsi kimi deyil, məntiqi təfəkkürün, analitik bacarıqların, tənqidi mühakimənin inkişaf kodeksləri kimi təqdim etməkdir.

Azərbaycanda qəbul olunan Kurikulum proqramında tədris prosesində məntiqi təfəkkürün inkişaf etdirilməsinə aid prinsiplər başqa fənlərin inteqrasiyası əsasında onların məzmunları daxilində müəyyən qədər öz əksini tapıb. Amma bu, çox azdır. Çünki şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi istiqamətində işlər daha sistemli və daha məzmunlu şəkildə həyata keçirilməli, konkret tətbiq moduluna sahib olmalıdır.Bizim orta ümumtəhsil məktəblərində isə məntiqi təfəkkürün inkişafı sanki nəzəri-mücərrəd kodeks kimi qavranılır, heç bir konkret tətbiq funksiyası daşımır. Haşiyə çıxaraq deyə bilərik ki, məntiqi təfəkkürün inkişafı üçün nəzərdə tutulmuş ayrıca Məntiq fənni yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, xüsusi istedadlı şagirdlər üçün liseylərdə ayrıca fənn kimi keçirilir. Burada da bu predmet tam yox, yalnız V-VI sinifləri əhatə edir və natamam xarakter daşıyır.

Maraqlısı da budur ki, Məntiqin ayrıca predmet kimi tədris olunmamasına baxmayaraq şagirdlər üçün Respublika səviyyəsində Lütfi Zadə Məntiq Olimpiadası keçirilir. Maraqlıdır, Məntiq fənni ilə ibtidai şəkildə də olsa hər hansı tanışlığı olmayan şagird bu olimpiadada cavablandırmanı necə bacaracaq?

Cavab çox sadə: çünki bu olimpiadada eynilə Kenquru Riyaziyyat Olimpiadasında olduğu kimi təqdim olunan suallar demək olar ki, ancaq riyaziyyat fənnini əhatə edir. Məntiqin digər istiqamətləri isə tamamilə kənarda qalır.

Eləcə də, magistraturaya və dövlət qulluğuna qəbul imtahanlarında 3 əsas istiqamətdən biri də məntiqi təfəkkürə aid salınan suallardır. Lakin burada predmetə aid suallar bir neçə bölməni əks etdirir:

1) Verbal bölmə - Bu istiqamətə aid olan test tapşırıqları ilə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə qabiliyyəti yoxlanılır; 2) Qeyri-verbal, fiqurlar - Fiqurlarla bağlı test tapşırıqları vizual məlumatı (fiqur və ya şəkil formasında verilənləri) təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə qabiliyyətini yoxlayır;

3) Məntiqi-riyazi bölmə - Bu bölməyə aid olan test tapşırıqları praktiki riyazi təfəkkürün inkişaf səviyyəsini, ədədlər arasındakı qanunauyğunluğu aşkar etmək qabiliyyətini qiymətləndirir. Bu bölmədən olan test tapşırıqlarının həlli zamanı bakalavrların işinin səmərəliliyi müəyyən qədər onların elementar riyazi biliklərinin olmasından asılıdır.Yuxarıdakı bölgüdən də göründüyü kimi magistratura və dövlət qulluğu imtahanlarında istifadə olunan məntiq üzrə test tapşırıqlarının hər birinin özünün məzmun keyfiyyəti və funksiyası var. Şəxsiyyətyönümlü inkişafın əhatəsində olan şagird məntiqi təfəkkürə aid hər hansı tapşırığı kor-koranə deyil, məhz bu funksionallıqlara sahib olmaq üçün həll etməlidir. Deməli, ümumtəhsil müəssisələrimizdə məntiqi təfəkkürə aid ayrıca bir fənni tədris etməməklə, biz şagirdləri yuxarıdakı üstün kriteriyalardan məhrum etmiş oluruq.

Şagirdlər nədən məhrum olunurlar?

Məktəblilərdə nəzəri təfəkkür probleminə dair praktiki yanaşmalar kifayət qədər deyil. Bunun pedaqoji fəaliyyət üçün praktiki əhəmiyyəti kiçikyaşlı məktəblilərdə nəzəri təfəkkürün formalaşmasının psixoloji qanunauyğunluqları və mexanizmlərinin tədqiq edilməsinin vacibliyini ortaya çıxarmışdır

Nəzəri təfəkkür üç müxtəlif aspektdə nəzərdən keçirilə bilər:

- əşyaların mahiyyətinin inikası üçün vacib idrak üsulu kimi;


- ümumi, xüsusi və təkcənin tamlığı kimi həqiqi məfhum formalaşdıran təfəkkür tipi kimi;


- məsələ həlli zamanı onun şərtinə bələdləşməni həyata keçirən insanın mürəkkəb fəaliyyəti kimi.



Nəzəri təfəkkür şagirdlərin ən mühüm keyfiyyətlərindən biri kimi:


a) Müstəqil şəkildə müəyyən sual, problemli şərait yarada bilmək qabiliyyətində;


b) Müstəqil şəkildə məsələnin həlli yollarını tapmaq və bunun əsasında müəyyən nəticəyə gəlməsində;


c) Müxtəlif problemlər və onların yaranmasına təsir göstərən amillər haqqında mühakimələr irəli sürmək qabiliyyətində;


d) Mövcud fikirləri, bildiyi qanunauyğunluqları başqa məsələlərə tətbiq edə bilmək bacarıqlarında təzahür edir.

Məntiqi təfəkkürün inkişafı ilə bağlı müstəqil kursun olmaması, bu istiqamətdə beynəlxalq təcrübələrə əsaslanan proqram və onun əsasında tətbiqi metodların demək olar ki, yoxluğu şagirdləri aşağıdakı məziyyətlərdən birbaşa məhrum edir:

 İdraki imkanların nizamlanması;
 Məntiqi mədəniyyət və düşüncə tərzinin formalaşması;
 İdrakı imkanlardan səmərəli istifadənin təmini;
 Müxtəlif elm sahələri ilə bağlı tədqiqat maraqlarının (bacarıqlarının) formalaşması və inkişafı;
 Fikir, mülahizə, fərziyyə, dəlillərə daha məsuliyyətli, tənqidi yanaşma bacarıqlarının stimullaşdırılması.


Məntiqi təfəkkürün yüksək səviyyədə tədrisi və mənimsənilməsi isə təhsilalanlarda bu kimi meyarları formalaşdıracaq:

 İdrakı bacarıq və vərdişləri əldə etmək;
 Mənimsədiklərini yeni sahə və materiallara tətbiq etmək;
 Səbəb-nəticə əlaqələrini qurmaq;
 Örtülü əlaqə və asılılıqları tapmaq;
 Düzgün nəticə çıxarmaq;
 İnformasiyaları təhlil, tərkib inteqrasiya etmək;
 Prosesləri təhlil etməklə nəticələri qiymətləndirmək və proqnozlaşdırmaq;
 Mülahizə yürütməyi bacarmaq, hipotezlər qurmaq;
 İnformasiyanı təşkil və səmərəli istifadə üçün sistemləşdirmək;

Kor-koranə əzbərçilik...Göründüyü kimi, məktəblərdə məntiqi təfəkkürün inkişafı ilə bağlı aparılacaq sistemli işlər, tədris olunacaq müstəqil “Məntiq” kursu şagirdlərə şəxsiyyətyönümlü inkişaf istiqamətində nə qədər yardımçı olmaq gücündədir. Orta məktəblərdə aparılan tədris təəssüf ki, bu gün daha çox hər hansı fənnə aid mövzu ilə bağlı informasiyaların kor-koranə əzbərlənməsindən o tərəfə keçmir. Lakin məktəblərdə məntiqi təfəkkürün inkişafı ilə bağlı proseslərin daha da sürətləndirilməsi həm də o fənlərə olan münasibətin dəyişməsinə, onların daha çox həyati tətbiq bacarıqları əsasında öyrənilməsinə səbəb olacaqdır.

Faydalı metodlar- Onlardan niyə bizdə yoxdu?

Qlobal təhsil dünyasının diqqətdə saxladığı əsas məsələlərdən biri də məktəblərdə məntiqi təfəkkürün artırılması, fənlərin sırf bu istiqamətdə tədrisi metodlarının inkişaf etdirilməsidir. Çağdaş pedaqoji yanaşmada tənqidi mühakimə və problemin həlli zamanı dəqiq qərarların qəbulu təhsilin şagirdlərdə formalaşdırmalı olduğu əsas məsələlərdəndir.

Hazırda dünyanın bir çox ölkələrində qəbul edilən kurikulum proqramlarının, aparılan kurikulum islahatlarının əsas motivlərindən biri də fənlərarası inteqrasiyada məntiqi təfəkkürün dominantlığını təmin etmək, tənqidi düşüncənin inteqrasiyasını həyata keçirməkdir. Bundan ötrü də xüsusi tədris metodlarından istifadə edilir. Onlara bir nümunə olaraq, Sokrat metodu , yaxud, başqa adı ilə Sokratik dialoq metodu misal göstərə bilərik. Qısaca da olsa, məlumat verək ki, bu metod sual verməklə fəlsəfi düşüncəni və təfəkkürü “işəsalma”, fikirləri qarşılıqlı şəkildə, dialoq formasında sağlam tənqidi mühakimə ilə qarşı tərəfə çatdırmaqdır.

Qədim yunan filosofu Sokratın tələbələrinə, eləcə də qarşısındakı hər hansı şəxsə suallar verməklə bilik öyrətməsi metodu dünya pedaqoji nəzəriyyəsində Sokratik dialoq kimi tanınır. Bu metodun əsas məqsədi təkcə yeni bilik, bilinməyən informasiyanın qarşı tərəfə ötürülməsi deyil, həmçinin, onların bu biliklər vasitəsilə yola çıxaraq sağlam mühakimə vərdişlərinə sahiblənməsidir. Bu metod vasitəsilə diqqətin cəmlənməsi, hədəfə fokuslanma, təhlil və qiymətləndirmə, alternativlərin kəşfi, idrakı mühakimə keyfiyyətlərini inkişaf etdirmək mümkündür.

Bir sıra ölkələrdə tədris prosesində məntiqi təfəkkürün inkişafı ilə bağlı unikal yanaşmalar tətbiq olunur. Lakin ABŞ, Finlandiya, Sinqapur, Yaponiya, Kanada, Hindistan kimi ölkələr bu məsələdə müəyyən dərəcədə fərqlənir.

Müsbət nümunələr- Məktəblərə bunlar lazım

ABŞ-da əsasən riyaziyyat və dil əsaslı dərslərdə məntiqi mühakimə metodları, tənqidi düşünmə və problemləri həll etməyin üsulları şagirdlərə öyrədilir. ABŞ məktəblərində tətbiq edilən təhsil standartları şagirdlərdən fikirlərini əsaslandırmağı və mürəkkəb situasiyalarda, böhran vəziyyətində məntiqi mühakimənin dolğun tətbiqinə xüsusi önəm verilir.

Finlandiya məktəblərində şagirdlərin məntiqi təfəkkür bacarıqlarını inkişaf etdirmək üçün Fenomenlərə əsaslanan öyrənmə metodu təklif olunur. Bu metod əsasında tələbələr məntiqi təhlillərə əsaslanan praktiki üsullarla mövzuları təqdim etməyə çalışırlar.

Kanada məktəblərində də məntiqi təfəkkürü inkişaf etdirmək üçün ən zəruri metodlardan istifadə olunur. Lakin bu proqramlar Kanada məktəblərində daha çox riyaziyyat və riyazi əsaslı fənlər, yanaşmalar üçün tətbiq olunur. Amma bu tətbiqlərin də əsas məqsədi müxtəlif vəziyyətlər üçün öyrənilmiş mühakimə vərdişlərini praktiki həyatda istifadə etməkdir.

Qonşu ölkələrdə də bu istiqamətdə vacib addımlar atılıb və atılmaqdadır.

Qardaş Türkiyə məktəblərində şagirdlərin məntiqi bacarıqlarının inkişaf etdirilməsi üçün həyata keçirilən işlər çoxşaxəlidir. 2006-cı ildən bu yana Türkiyədə bir çox lisey və peşə təhsili müəssisələrində “Təfəkkürün təhsili” (başqa adla, “Məntiq”) adlı məcburi dərslər keçirilir.

Bu dərslərdə problemin həllinə tarixi və sistematik yanaşmaları araşdıraraq tələbələrin tənqidi təfəkkür və məntiqi düşünmə qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.

O cümlədən, Türkiyə məktəbləri üçün hazırlanan yeni kurikulum proqramlarında məntiqi əsaslandırma və arqumentasiya önəmli rol daşıdığı üçün məntiqi təfəkkürün inkişafı ilə bağlı metodlar da çoxluq təşkil edir. Bunlardan biri də məktəblərdə tədris olunan fəlsəfə fənnidir. Fəlsəfə özü-özlüyündə ilk baxışda ağır məzmun, akademik cümlələrin toplusu kimi görünsə də, onun tədrisinin əsas məqsədi problemlərin tənqidi əsaslandırılması və məntiqi təhlilidir.

Son illər bu istiqamətdə ən çox rastlanan prinsip isə məntiqin riyaziyyatla inteqrasiyasının təminatıdır. Doğrudur, ilkin baxışda riyaziyyat və məntiq əlaqələndirilməsi az qala, eyni məzmun kimi görünə bilər. Amma bu, qətiyyən doğru yanaşma deyil, riyaziyyatın kurikulumu, məzmun xətti ilə məntiqin kurikulumu arasındakı spesifik fərqlər hər kəsə məlumdur. Onların inteqrativliyini təmin etmək isə şagirdlərdə məntiqi təfəkkürü riyazi bacarıqlar əsasında inkişaf etdirə biləcəkdir.

Rusiya məktəblərində isə şagirdlərin məntiqi təfəkkür bacarıqlarının inkişafı əsasən bir istiqamətdə-Riyazi analitik təhlilin inkişafı yönündə aparılır. Kurikulum proqramlarında da əsas diqqət məhz riyazi məntiqin gücləndirilməsi məsələlərinə verilib.
Rusiya məktəblərində sırf bu məqsədlə həyata keçirilən xüsusi proqram- “Rus Riyaziyyat proqramı” şagirdlərdə problem həll etmə və məntiqi düşünmə bacarıqlarında güclü təməl yaratmağa yönəlmişdir. Bu, tələbələrə riyazi problemlərə məntiqi təfəkkürlə yanaşmağa imkan verir ki, bu da onların ümumi idrak inkişafı üçün çox vacibdi.

Qazaxıstan təhsilində son illərdə aparılan kurikulum islahatları daha çox riyazi intuisiya və məntiqi təfəkkürün inkişafı üçün nəzərdə tutulub. Burada əsas məqsəd fənlərin tədrisində klassik yanaşmalardan, əzbərçilik, yaddaşın yüklənməsindən imtina edərək, problemlərin həlletmə metodikası istiqamətlərinin inkişafıdır. Ölkədə fəaliyyət göstərən və təhsil nəticələrinə fərqlənən xüsusi məktəblərdə tənqidi təfəkkür və innovativ tədris metodları ön plandadır. Həmçinin, Qazaxıstanda məntiqi təfəkkürün inkişafı üçün məşğələlərin böyük həcmi həm də dərsdənkənar fəaliyyətin üzərinə düşür. Burada dərsdənkənar fəaliyyətin təşkili zamanı məntiqi təfəkkürün inkişaf etdirilməsi üçün BMT-nin xüsusi təhsil proqramlarından istifadə olunur.

Oxunub: 209
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

1-04-2024, 17:18

DİM “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni nəşrini çap edib

Ali təhsil

4-07-2023, 17:50

Dövlət qulluğuna qəbulla bağlı test proqramında DƏYİŞİKLİK

Məktəbəqədər təhsil

2-10-2023, 13:37

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

Elm və təhsil

31-05-2024, 13:51

Paytaxtda 21 530 uşaq məktəbəhazırlıq qruplarını başa vurur

Elm və təhsil

18-12-2023, 10:00

“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
Dün, 19:30
Ali məktəbə qəbul: Universitetlər imtahanı özləri keçirə bilərmi?
Dün, 19:29
Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb
Dün, 18:10
ETİHİ statistikanı açıqladı
Dün, 16:06
​Nazirliklərin "İmza Marafonu": Reallıq, yoxsa Sadəcə Protokol?
Dün, 15:57
Azərbaycanda işsiz gənclərin sayı AÇIQLANDI
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 00:01
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
  • Dün, 19:30
    Ali məktəbə qəbul: Universitetlər imtahanı özləri keçirə bilərmi?
  • Dün, 19:29
    Zal nəzarətçiləri üçün təlimlər yekunlaşıb
  • Dün, 18:10
    ETİHİ statistikanı açıqladı
  • Dün, 16:06
    ​Nazirliklərin "İmza Marafonu": Reallıq, yoxsa Sadəcə Protokol?
  • Dün, 15:57
    Azərbaycanda işsiz gənclərin sayı AÇIQLANDI
  • Dün, 15:56
    AYB-dən qovulan 30 nəfər kimlərdi? - AÇIQLAMA
  • Dün, 15:55
    Prezidentlər hərbçilərin birgə təlimini izlədilər
  • Dün, 15:49
    Ali və peşə təhsili sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı gücləndirilir
  • Dün, 15:49
    Emin Əmrullayev Elm və Texnologiya Şəhərində olub
  • Dün, 15:48
    Kollec rəhbərləri üçün təlimlərə başlanılıb
  • Dün, 15:47
    İmtahanlar şagirdlər üçün yükdür? - KSQ və BSQ-lərin ləğvi...
  • Dün, 15:47
    90 dəqiqəlik mühazirələrin sonu: ali təhsildə köhnə model iflas edir
  • Dün, 15:46
    “Uğursuzluqla nadir hallarda qarşılaşıram” - RFO-dan 100 bal toplayan ŞAGİRD
  • Dün, 15:45
    BMU əməkdaşının elmi araşdırması Q1 kateqoriyalı jurnalda
  • Dün, 15:44
    UNEC dosenti AQTA yanında İctimai Şuranın sədri seçilib
  • Dün, 15:43
    BilBacar müsabiqəsinin III hazırlıq mərhələsinə start verildi
  • Dün, 08:15
    Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
  • 2-02-2026, 21:35
    Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
  • 2-02-2026, 15:28
    Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
  • 2-02-2026, 15:11
    RFO-nun nəticələri elan EDİLİB
  • 2-02-2026, 15:11
    Ölkədə gənc müəllimlərin sayı nə qədərdir? - RƏSMİ
  • 2-02-2026, 15:10
    BSU-da iki müəllimin məqaləsi Scopus indeksli jurnalda dərc olundu
  • 2-02-2026, 15:09
    “Rəqəmsal məktəb”: valideyn- məktəb əməkdaşlığında yeni imkan
  • 2-02-2026, 12:45
    İlham Əliyev Azərbaycan gənclərinə müraciət ünvanlayıb
  • 2-02-2026, 12:44
    Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir
  • 2-02-2026, 12:44
    Nazir müavini “Gənc həmkarlarla inkişafa doğru” adlı tədbirdə iştirak edib
  • 2-02-2026, 12:43
    Yaradıcı və analitik düşüncə gənclərin əsas prioritet bacarığıdır
  • 2-02-2026, 12:42
    Bu ölkədə müəllimlər ilk dəfə kütləvi tətil üçün səs verdi
  • 2-02-2026, 12:41
    Deputat: Sosial şəbəkə etikası məktəblərdə tədris olunmalıdır
  • 2-02-2026, 12:41
    İstanbulda təhsil xərcləri sürətlə artır
  • 2-02-2026, 12:40
    Professorun məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub
  • 2-02-2026, 12:40
    BMU-da 9-cu BoostCamp layihəsinə start verilib
  • 2-02-2026, 11:11
    Adəm İsmayıl Bakuvi: “Gənclərin nailiyyətləri Azərbaycan brendini bütün dünyada gücləndirir”
  • 31-01-2026, 16:02
    BMU-da doktorant və dissertantlar ixtisas imtahanı verib
Daha çox
28-01-2026, 23:12
ŞOK! Saxta diplomla çalışan tərbiyəçi-müəllim kimdir???
29-01-2026, 14:40
Heydər Əliyev adına liseydə "Qiymət bazarı" və qanunsuzluqlar
30-01-2026, 19:25
“Azərbaycanın sabahı bu gün məktəbdə formalaşır”
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
29-01-2026, 14:16
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə