Xəbər lentiwidget-title-icon

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün
DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu keçirilib
Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
“Gələcəkdə məndən yalnız xoş xəbərlər eşidəcəksiniz” – HTP tələbəsi
Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI

Bu üsullarla buraxılışdan yüksək bal toplamaq MÜMKÜNDÜR


Buraxılış imtahanlarına çox az vaxt qalıb. Bu isə abituriyentlərdə əlavə stress və həyəcan yaradır. Eyni zamanda müəllimlər üçün də bu dövr olduqca məsuliyyətlidir: hazırlığı necə davam etdirmək, vaxtı və mövzuları necə düzgün bölüşdürmək sualları ön plana çıxır.

Bu baxımdan, abituriyentlərin imtahana yaxın dövrdə necə hazırlaşmalı olduqları və hazırlıq strategiyalarının hansı formada qurulmasının daha effektiv olması maraq doğurur.

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb.

O qeyd edib ki, abituriyentlər də məhz bu mərhələdə sürətlərini artırmalıdır:

"Qeyd etdiyiniz kimi, buraxılış imtahanına artıq demək olar ki, çox az vaxt qalıb. Buraxılış imtahanları mart ayının 9-da və 15-də keçiriləcək. Qısa bir müddətdə abituriyentlərin əvvəlki öyrəndikləri proqramı tamamlamaq və ya ən azı mart ayına qədər olan proqram hissəsini bitirmək, eyni zamanda qəbul imtahanlarına hazır olmaq üçün vaxtlarını mütləq düzgün tənzimləmələri vacibdir.

Əgər bu qəbul prosesində müəyyən nəticə əldə etmək istəyirlərsə, son dövrlərini ciddi şəkildə əskiklərini tamamlamağa yönəltməlidirlər. Çünki artıq marafonun sonuna yaxınlaşmışıq. Marafonun sonuna yaxın idmançılar sürətlərini artırırlar ki, finişə daha tez çatsınlar və ya birinci olsunlar. Abituriyentlər də məhz bu mərhələdə sürətlərini artırmalı, xüsusilə əskik mövzular üzərində daha çox işləməlidirlər.

Bu mərhələdə hər kəs özünə aydın şəkildə müəyyən etməlidir ki, hansı mövzularda çətinlik çəkir. Çünki adətən imtahana yaxın dövrdə təkrarlar aparılır və bu təkrarlarda abituriyentlər ciddi şəkildə diqqət göstərməlidirlər. Hansı mövzuda əskiklik varsa, mütləq həmin mövzu üzərində işlənməlidir.

Məsələn, abituriyent özü bilir ki, mürəkkəb cümlə mövzusunda çətinlik çəkir və bu mövzuya aid testlərdə səhvləri olur. Bu halda həmin mövzunu yenidən müəllimin köməyi ilə öyrənməli, müəllimə suallarını verməli və mövzuya uyğun test tapşırıqları işləməlidir. Əgər açıq və ya yazılı suallarda zəiflik varsa, diqqəti məhz həmin suallara yönəltmək lazımdır".

Qısa müddətdə bütün tədris ilinin mövzularını sıfırdan öyrənməyə çalışmaq real və məqsədəuyğun deyil:

"Bu dövr üçün onu da qeyd etmək lazımdır ki, artıq bu vaxta qədər nə edilibsə, edilib. Çünki il ərzində mövzular mənimsənilməyibsə, imtahana bir ay qalmış bütün mövzulara hazırlaşmaq həm yorucu olar, həm də abituriyentin gözündə böyük və aşılmaz bir dağa çevrilər.

Ona görə də konkret fənn üzrə, məsələn, Azərbaycan dili fənnində, bütün mövzulara yox, məhz çətinlik çəkilən mövzulara fokuslanmaq daha məqsədəuyğundur. Abituriyent hansı mövzuda çətinlik çəkdiyini bilir və həmin mövzuları yenidən öyrənir, uyğun testlər işləyir və tapşırıqlara daha çox diqqət ayırır. Bu istiqamətdə çalışıldıqda nəticə əldə etmək mümkündür. Çünki artıq bildiyi mövzuları sadəcə yüngül şəkildə təkrar etməsi kifayətdir. Əsas diqqət bilmədiyi və çətinlik çəkdiyi mövzulara yönəlməlidir. Ən önəmli məsələ də məhz budur.

Mən xüsusilə də bu cür yanaşmaların tərəfdarı deyiləm. Bəzi abituriyentlər, təəssüf ki, müəyyən işbazlara aldanırlar. Xüsusilə də “sürət qrupları” adı altında sosial mediada aparılan reklamlar buna misaldır. “Sürət qrupları”, “qısa zamanda yüksək nəticə”, “bir ayda hazırlaş” kimi vədlərlə abituriyentlər cəlb olunur və bu qruplar üçün müəyyən məbləğlər tələb edilir".

Üç fənni bir ay ərzində tam şəkildə mənimsətmək mümkün deyil:

"Əslində isə il ərzində dərslərini normal şəkildə mənimsəyə bilməyən bir abituriyentin beş, hətta bəzi hallarda altı fənni bir ay ərzində sürət qrupları vasitəsilə tam şəkildə öyrənməsi real və məntiqli deyil. Bu, açıq şəkildə absurddur. Sürət qruplarında əsasən testlər işlənilir və həmin testləri abituriyent özü də evdə, mövcud test vəsaitləri vasitəsilə rahatlıqla işləyə bilər.

Yəni sürət qruplarına gedib əlavə vəsait xərcləməkdənsə, abituriyent özü oturub test bankları üzərində sistemli şəkildə işləyə bilər. Açıq desək, sürət qruplarında da nəticə yalnız o halda əldə olunur ki, şagird özü çalışsın. Onsuz da abituriyent həmin testləri özü işləyəcəksə, buna görə əlavə pul ödəməyə ciddi ehtiyac görmürəm.

Bir il ərzində heç bir ciddi nəticə göstərə bilməyən, hazırlığı zəif olan bir abituriyentin bir ay ərzində 5-6 fəndən sürət qruplarına gedib möcüzəvi nəticə əldə edəcəyi düşüncəsi real deyil. Eyni fikri buraxılış imtahanları üçün də demək olar: üç fənni bir ay ərzində tam şəkildə mənimsətmək mümkün deyil.

Əgər abituriyent qarşısına real məqsəd qoyub Dövlət İmtahan Mərkəzinin test bankları ilə sistemli şəkildə işləyərsə, onsuz da müəyyən nəticə əldə edə bilər. Test bankları, çətin və yazılı suallar üzərində çalışma bu mərhələdə ən effektiv yoldur. Bu halda sürət qruplarına qoşulmaq və əlavə pul xərcləmək mənasız görünür.

Təəssüf ki, bəzi şəxslər məhz bu cür sürət qrupları yaradaraq, müxtəlif platformalarda reklamlar aparır və abituriyentləri cəlb etməyə çalışırlar. Mən hesab edirəm ki, abituriyentlər bu cür vədlərə aldanmamalıdırlar. Onsuz da üç fənn üzrə bu qədər materialı bir ay ərzində şagirdin beyninə “yükləmək” mümkün deyil və bu yanaşma ciddi nəticə vermir. Bu dövrdə əsas güc testlərin işlənilməsinə verilməlidir. Abituriyentin əlində DİM-in test bankları var və bu vəsaitlər düzgün istifadə edildiyi halda real nəticə əldə etmək mümkündür".

Oxşar xəbərlər


Bütün xəbərlər

Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı - Fləşmob qarabag-universitetinin-telebelerinden-heyder-eliyevle-bagli
Prezident İlham Əliyev Cəbrayılda 360 şagird yerlik məktəb binasının açılışını edib
Bu ildən distant təhsil modeli üzərində işləyirik
WUF13-lə bağlı ali məktəblərdə təhsil DİSTANT formatında olacaq
Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR Naxçıvanda sertifikasiya imtahanları davam edir- FOTOLAR
Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək - Nazir AÇIQLADI
İlham Əhmədov Təhsil eksperti olmaq çətindir Azərbaycanda ekspert anlayışının böhranı və peşəkar model axtarışı
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
9-cu sinif şagirdi uşaq dünyaya GƏTİRDİ
Heydər Əliyevin xatirəsinə Forum keçirildi
Bakı məktəblisinin yaratdığı tətbiq mükafat qazandı
MDU beynəlxalq reytinqində TOP 100-də yer alıb
Mehriban Əliyeva faşizm üzərində qələbə ilə bağlı paylaşım edib
Ucarda Təhsil sektorunun müdiri dəyişdi - ƏMR
"Məqsədli şəkildə dini və ədəbiyyatı qarşı-qarşıya qoyurlar"
DİM: 3 nəfər imtahandan xaric olunub
Bu instituta YENİ direktor təyin edilib
9-cu siniflərin imtahan nəticələri AÇIQLANDI
Ulu öndərin elm və təhsilə verdiyi dəyər
Özündən çıxmış gün