Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Şagirdyönümlü təlim nədir?

Köşə

7-04-2024, 11:50

Şagirdyönümlü təlim nədir?


Dördüncü Sənaye inqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin diferensiallaşmasını təsvir etmək üsuludur. Bu, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyaların gündəlik həyatımıza və sənayeyə inteqrasiyası şəklində özünü büruzə verir. Ölkəmiz qlobal çağırışlara, eləcə də tendensiyalara adekvat cavab verən və post-pandemiya dövründə yeni inkişaf trendlərinin tətbiqində maraqlıdır. Bu baxımdan ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafı üçün əlverişli infrastrukturun, o cümlədən Dördüncü Sənaye inqilabının standartlarına uyğun şəraitin formalaşdırılması istiqamətində bir sıra işlər görülür.

Artan texnoloji yeniliklər, əmək bazarının tələbləri yüksək kompetensiyalı şəxslərin formalaşdırılması zərurətini meydana çıxarır. Bu istiqamətdə ümumtəhsil məktəblərinin qarşısında duran prioritet məsələ şagirdlərin həyata hazırlanmasıdır. Bunun üçün elm, texnika,

texnologiya və istehsalatın inkişaf səviyyəsi və ümumtəhsil məktəblərində öyrədilən fənlərin tədris səviyyəsi bir-biri ilə vəhdət təşkil etməlidir. Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq istehsalın bütün sahələrinə, eləcə də təhsil sahələrinə yeni-yeni texnologiyalar tətbiq olunur ki, bunların da hər biri təhsil səviyyəsinin yüksəldilməsinə xidmət edir. Buna görə də XXI əsr bacarıqlarının necə əhəmiyyətli olduğu məsələsi aktuallaşır. Qeyd olunan önəmli bacarıqlar şagirdlərin gələcəkdə uğurlu karyera qurmasına zəmin yaradacaq. Burada müəllimin şagirdlərin öyrənmə ehtiyaclarına uyğun şəkildə təlim prosesini təşkil etməsi məqsədəuyğun hesab edilə bilər.

Hansı metodlar daha səmərəlidir?

Dərsin məqsədinə çatmaq üçün səmərəli təlim metodlarının seçilməsi uzun müddət müzakirə və araşdırma mövzusu olmuşdur. Mövzu ilə bağlı bir sıra araşdırmalar mövcuddur. Bu araşdırmalardan biri məşhur Amerika pedaqoqu və Oqayo Universitetinin professoru Edqar Deylin seçilmiş fəaliyyətlər əsasında əldə olunan bacarıqlarla qavramanın faiz göstəricisi əks olunan “təlim piramidası”dır (və ya “təlim konusu”). Gəlin həmin araşdırmaya diqqət yetirək.

1946-cı ildə tədqiqat nəticəsində Edqar Deyl “Təlimin audiovizual metodu” adlı kitabını nəşr etdirir və bu kitabında qavramanın üsullarını, materialın yadda saxlanılmasının faiz nisbətini təqdim edir.

Tədqiqat zamanı eyni bilik şagirdlərə müxtəlif formalarda təqdim edilir və qavrama səviyyəsi təhlil edilir.

Təlim konusuna baxanda bir çox sualların cavablarını tapmaq mümkündür. Cədvələ diqqətlə baxdıqda görünür ki, insanın qavrama və yadda saxlaması yüksək olduqda mücərrəd



təfəkkürü daha da yüksək olur. Lakin bu o demək deyil ki, mücərrəd təfəkkürü aşağı olan insanlar heç bir bacarığa malik olmurlar. Sadəcə, həyati bacarıqların yüksəlməsi üçün qavrama və yadda saxlamanı yüksəltmək, beləliklə də, təfəkkürün digər növlərini – məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirmək lazımdır.

Uzunmüddətli araşdırmada göstərilir ki, şagirdlər informasiyanı oxumaq və dinləməklə materialın 10%-ni qavrayırlar və onlarda sadalamaq, təsvir etmək, izah etmək kimi bacarıqlar formalaşır ki, bu da aşağı təfəkkür səviyyəsinin bacarıqlarından bir neçəsidir. Oxumaq və dinləməklə yanaşı, şagirdlərin öyrənəcəyi materiala vizual materiallar əlavə olunarsa, qavramanın faizi 20% təşkil edəcək. Bununla yanaşı, şagird oxuma, dinləmə, görmə və eşitmə fəaliyyətlərini eyni zamanda icra edərsə, bu zaman qavrama 30% təşkil edəcək. Əgər şagirdlər hər hansı bir informasiyanı izləməklə qəbul edirlərsə (məsələn: eksperimentlər, videolar), bu zaman qavrama 50% təşkil edəcək. Sadaladığımız bu bacarıqlar hər biri aşağı təfəkkür səviyyəsini əhatə edir. Şagirdlərdə təhliletmə, dəyərləndirmə və yaratma kimi bacarıqların formalaşması üçün onları hər hansı müzakirələrə cəlb etmək, özlərini ifadə edə bilmələri üçün hər hansı araşdırma aparmağa və onu təqdim etməyə imkan yaratmaq lazımdır. Bu zaman onlarda qavrama faizi 70% şəklində özünü göstərəcək. Şagirdlər hər hansı mövzunu digər şagirdə öyrədirlərsə, bu halda qavrama faizi 90% təşkil edəcək ki, bu da onlarda ən yüksək qavrama faizi göstəricisidir. Bu araşdırmaya əsaslanaraq pedaqoqlar sadalanan bacarıqları özündə ehtiva edən təlim metodları təklif və tətbiq etməyə başladılar. Deməli, biz şagirdlərimizdə bir sıra yuxarı təfəkkür səviyyəsinin bacarıqlarını müşahidə etmək istəyiriksə, onları müxtəlif mövzularda araşdırma, layihə, təqdimatlar hazırlama, müzakirə və debatlar kimi fəaliyyətlərə cəlb etməliyik.

Nə üçün şagirdyönümlü təlim metodu? Bu metodun əsas üstünlükləri hansılardır?

Tədris prosesində 2 əsas yanaşma vardır:

Müəllimyönümlü və şagirdyönümlü təlim metodu.

Müəllimyönümlü yanaşmada şagird passivdir. Müəllim şagirdə informasiyanı hazır şəkildə ötürür, dərs daha çox məruzə şəklində, təlimatların verilməsi yolu ilə keçirilir. Müəllimyönümlü yanaşmada şagirdlərin nəyi nə qədər və necə öyrənəcəkləri müəllim tərəfindən müəyyənləşdirilir. Belə dərslərdə şagirdin hər addımı müəllimin müəyyənləşdirdiyi şəkildə olur. Bir sözlə, şagirdlər müəllimin verdiyi informasiya ilə sərhədlənirlər. Müəllim mövzunu özünün dərk etdiyi şəkildə şagirdlərə çatdırır və onlara araşdırma inkanı yaratmır. Müəllim informasiyanı hazır şəkildə ötürən əsas bilik mənbəyi, şagirdlər passiv şəkildə informasiyanı qəbul edən tərəfdir. Qiymətləndirmə yekunlaşdırıcı xarakter daşıyır, yəni təlim nailiyyətlərinin ölçülməsinə yönəlmişdir. Müəllimyönümlü dərsdə, adətən, şagirdlər dinləyən tərəf olduğu üçün müəlimin izahı bitməyənə qədər informasiyanı müzakirə etmir, sual vermirlər. Bu zaman tam sakitlik olsa da, qarşılıqlı öyrənmə şəraitinin yaradılmaması şagirdlərin əməkdaşlıq bacarıqlarının formalaşmaması, ünsiyyət bacarıqlarından istifadə etməmələri ilə nəticələnir. Bu model şagirdlərdə özlərini ifadə etmək, müzakirə aparmaq, müstəqil öyrənmə bacarığını formalaşdırmağa şərait yaratmır.

Şagirdyönümlü yanaşmada isə fərqlidir, şagirdlər passiv dinləyici deyillər, onlar təlim prosesində fəaldırlar. Bu zaman “şagird fəaldır” dedikdə şagirdin dərsdə yalnız fiziki və ya emosional fəallığı yox, eyni zamanda, idraki fəallığı nəzərdə tutulur. Bu modeldə müəllimin əsas rolu materialın anlaşılması üçün şagirdi yönəltməkdən, ona yaxından kömək etməkdən, bir sözlə, şagirdə materialı hazır şəkildə verməkdən yox, öyrənməyin yollarını öyrətməkdən ibarətdir. Şagirdyönümlü təlim şagirdlərin təfəkkürünün, həyati və bir sıra sosial bacarıqlarının formalaşmasına, özlərini daha düzgün şəkildə ifadə etmələrinə də şərait yaradır. Şagirdin qarşısına informasiyanı araşdırma, təhliletmə, arqument gətirmə, konflikt həlletmə, vaxtın səmərəli idarə olunması, fikrini əsaslandırma kimi mühüm fəaliyyətlərin icrası çıxır ki, bunlar da öz növbəsində onlarda müəyyən bacarıq və vərdişlərin formalaşmasına xidmət edir. Şagirdlər əldə etdikləri bilikləri tətbiq edərək inkişaf etdirir və bu da bacarığa çevrilir. Bu yanaşmada əsas məqsəd idraki fəallıq və təffəkkürün inkişafına yönəlik olmasıdır.

Buna görə də müstəqil öyrənmə bacarıqlarının şagirdlərdə formalaşmasına şərait yaradılmalıdır.

Əslində, hər iki yanaşmanın özünəməxsus üstün cəhətləri olsa da, müəllim təlim prosesində bu yanaşmalardan məqsədli şəkildə istifadə etməli, hətta lazım gələrsə, sintez etməyi bacarmalıdır.

Bu prosesdə də fasilitasiyanın rolu mühüm əhəmiyyətə malikdir. Bilirik ki, fasilitator təlim prosesini idarə edən şəxsdir. Fasilitator qərar vermir, lakin səmərəli qərar verməyə, təhlil və qiymətləndirmə aprarmağa istiqamət göstərir. Fasilitasiya düzgün şəkildə təşkil olunarsa, uğurlu nəticə əldə etmək mümkündür. Müəllimin bu prosesdəki əsas rolu şagirdə dəstək göstərməsi, onu düşünməyə, idraki fəallığa yönəltməkdən ibarətdir ki, bu zaman müəllim materialı hazır şəkildə təqdim etməməli, əksinə, şagirdlərə öyrənmənin yollarını öyrətməlidir. Bu fəaliyyətlərin tətbiqi zamanı şagirdlərdə yüksək təfəkkür bacarıqlarını formalaşdırmaq üçün ən səmərəli metod şagirdyönümlü təlim metodudur.

Hansı modellər vasitəsilə bu bacarıqları təlim prosesində reallaşdırmaq olar?


Şagirdyönümlü təlim öyrənənlərin yeni bilik və bacarıqlara yiyələnməsindən ibarətdir. Bu məqsədlə müəllimlər təlim iştirakçılarına müxtəlif təlim metodları və üslubları haqqında təlimat verməklə onları ən uyğun strategiyanı seçməyə yönəltməlidirlər. Bu prosesi təlim prosesində uğurla tətbiq edən müəllim şagirdlərdə yalnız bilik formalaşdırmır, eyni zamanda, onların potensial və qabiliyyətlərinə uyğun bacarıqlar formalaşdırır ki, bu da şagirdlərin həm peşə seçimini asanlaşdırır, həm də bir çox həyati bacarıqlara yiyələnmələrinə şərait yaradır. Hazırkı dövrdə şagirdyönümlü təlim bir sıra modellər şəklində özünü büruzə verir. Bu modellər aşağıdakılardır:

Layihəəsaslı öyrənmə, probleməsaslı öyrənmə, oyun əsaslı təlim və araşdırma əsaslı təlim metodu.

Bəs bu modellərdən istifadə şagirdlərə nə qazandıracaq?

Layihəəsaslı öyrənmə – şagirdlərin müəyyən vaxt ərzində araşdırma aparmaqla, daha çətin sual va problemə cavab axtarmaqla bilik və bacarıq əldə etdiyi təlim modelidir. Bu model şagirdlərin real həyat problemləri ilə öyrənmə prosesina aktiv cəlb olunmasını təmin etməklə onlarda idraki inkişafa şərait yaradır.
Layihəəsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlarından istifadə etməklə yanaşı, prosesboyu yeni bilik və bacarıqlar qazanırlar. Bu model şagirdlərdə XXI əsr bacarıqlarını – tənqidi təfəkkür, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət bacarıqları və s. formalaşdırır. Burda məqsəd şagirdlərin bilik və faktları informasiya kimi öyrənib danışması yox, bu bilikləri lazımi məqamda istifadə edə bilmələrini təmin etməkdir. Adətən, layihə işi komanda şəklində aparılır, proses zamanı informasiya toplamaq və emal etmək üzərində iş gedir, araşdırmalar aparılır və s. Bununla da şagirdin tənqidi təfəkkür, problem halletmə, ünsiyyət, əməkdaşlıq və s. bacarıqları formalaşır.

Probleməsaslı təlim modeli
Probleməsaslı öyrənmə şagirdlərin real problemlər zamanı konsepsiya və prinsipləri dərk edərək həll üçün nəticə əldə etməsindən ibarətdir. Probleməsaslı öyrənmədə faktlar və informasiyanın təkcə təqdimatı aparılmır, onlarda tənqidi, yaradıcı təfəkkür, ünsiyyət və əməkdaşlıq bacarıqları ilə yanaşı, müstəqil öyrənmə, problem həlletmə bacarıqları da formalaşır. Bu təlim metodu bütün fənlərdə və istənilən öyrənmə situasiyasında istifadə edilə bilər. Burada problemin müəyyən edilməsi müəllimdən yaradıcı yanaşma tələb edir. Probleməsaslı öyrənmənin əsas xüsusiyyəti problemin həlli zamanı şagirdlərin bilik, bacarıq səviyyəsi və əvvəlki biliklərinə istinad etməyə şərait yaratmaq, problemin seçilməsi zamanı şagirdlərin hər birinin prosesə aktiv cəlb olunmalarını təmin etməkdir. Şagirdlərə elə problem verilməlidir ki, onlar müxtəlif istiqamətlərdə, lakin əməkdaşlıq edərək işləyə bilsinlər.

Oyunəsaslı təlim modeli
Oyuna əsaslanan öyrənmə müəyyən oyun prinsiplərinin əsas götürülərək şagirdləri cəlb etmək üçün onların bilik və bacarıqlarının real həyat parametrlərinə tətbiqi deməkdir. Müasir dövrdə şagirdlər daha çox əyanilik, dinamiklik sevdikləri üçün onları müxtəlif oyunlarla təlimə cəlb etmək daha uğurlu addımdır. Oyuna əsaslanan öyrənmədə iştirak edən şagirdlərdə motivasiya daha yüksək olduğundan təlim materialları ilə dinamik şəkildə məşğul olmağa imkan verir. Həm kiçikyaşlı uşaqlar, həm də yuxarı sinif şagirdlərində müxtəlif bilik və bacarıqları (riyazi məntiq, problem həlletmə, sahibkarlıq və s.) formalaşdırmaq üçün fləş-kart, interaktiv oyun və tapşırıqlardan istifadə edilir. Bu, şagirdlərdə əldə etdikləri bilik və bacarıqları həyatla daha əyani şəkildə bağlamağa şərait yaradır. Belə təlim modeli şagirdlər üçün maraqlı olduğundan onlar təlim prosesinə daha çox cəlb olunurlar. İstər çap şəklində, istər elektron şəkildə olan oyunlar şagirdlərin məkan-vizual təsəvvürünü, problem həlletmə, biliklərini idarəetmə və s. kimi bacarıqlarını inkişaf etdirir.

Araşdırmaəsaslı təlim modeli
Araşdırmaəsaslı təlim modeli şagirddə tədqiqatçı münasibətin formalaşması kimi mühüm bacarıqların inkişafı ilə yanaşı, konseptual ardıcıllıqla biliklərə yiyələnmək üçün imkanlar yaradır. Bununla belə, etibarlı və səmərəli mənbələrdən istifadə etmək bacarığını inkişaf etdirir. Hazırkı işin məqsədləri tənqidi düşüncə və mövcud ədəbiyyatı nəzərə alaraq, tədqiqatı təlim prosesinə inteqrasiya etməkdir.

Təfəkkürü inkişaf etdirmək üçün şagirdyönümlü təlim modelindən istifadə etmək tövsiyə olunur. Həm müəllimyönümlü, həm də şagirdyönümlü təlim modelindən istifadədə məqsəd şagird nailiyyətlərinin yüksəldilməsinə çalışmaqdır. İstər müəllimyönümlü təlimdə, istərsə də şagirdyönümlü təlimdə əsas məqsəd şagirdin fəallaşması və maksimal dərəcədə təlimə cəlb olunmasından ibarətdir. Təcrübə göstərir ki, şagirdyönümlü təlim bacarıqların formalaşdırılmasına daha çox xidmət edir. Bu səbəbdən dövrün, həyatın, əmək bazarının tələblərinə cavab verən şagird yetişdirmək üçün şagirdyönümlü təlim modelindən istifadə etmək daha səmərəlidir.



Şagirdyönümlü təlim nədir

Səbinə Balayeva

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin əməkdaşı

Oxunub: 659
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

30-03-2024, 19:12

“Gələcək iş, gələcəyi dəyiş!” devizi ilə təşkil olunacaq

Elm və təhsil

19-10-2023, 16:57

Təhsilin İnkişafı Forumu keçiriləcək

Ali təhsil

24-01-2024, 11:28

Dekan inşaat şirkətlərini rəqəmsal texnologiyalardan istifadəyə çağırdı

Elm və təhsil

24-08-2023, 22:21

“4Sİ Akademiyası” layihəsi çərçivəsində təlimlərə qeydiyyat başladı

Elm və təhsil

1-12-2023, 10:01

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

Araşdırma
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Elm və Təhsil
Bugün, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Bugün, 13:29
I sinfə elektron qəbul davam edir
Bugün, 13:26
1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bugün, 07:37
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Hadisə
Dün, 15:09
Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
9-04-2025, 20:06
İtkin düşən yeniyetməni görənlərin məlumat verməsini xahiş edirik
5-04-2025, 23:16
Yardımlıda xanım məmurun pedofil qardaşı 7-ci sinif şagirdinə T_Ə_C_A_V_Ü_Z ETDİ. ŞOK DETALLAR!
Son xəbərlər
  • Bugün, 16:59
    Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
  • Bugün, 13:29
    I sinfə elektron qəbul davam edir
  • Bugün, 13:26
    1000-dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR
  • Bugün, 07:55
    Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
  • Bugün, 07:37
    Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
  • Dün, 15:09
    Bilgəh sanatoriyasında şok hadisə - Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
  • Dün, 10:38
    Sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır
  • Dün, 10:37
    Magistratura üzrə qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin nəzərinə!
  • Dün, 10:35
    I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI
  • Dün, 10:25
    Azərbaycan tarixində təhsillə bağlı ilk! - 6 universitet TOP1000-də
  • Dün, 10:23
    Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
  • 18-06-2025, 23:13
    İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
  • 18-06-2025, 20:42
    Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
  • 18-06-2025, 17:16
    Sosial-İqtisadi Kollecinin direktoru ilə bağlı ŞOK İDDİA: "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
  • 18-06-2025, 17:05
    DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
  • 18-06-2025, 13:45
    Məktəbəhazırlıq qruplarına qəbul başlayır
  • 18-06-2025, 12:51
    Sertifikatlaşdırma prosesinə start verilib
  • 18-06-2025, 12:50
    Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib
  • 18-06-2025, 12:49
    Cənub bölgəsində bu qədər müəllim sertifikasiyadan KEÇƏCƏK
  • 18-06-2025, 12:48
    MİQ müsabiqəsinin ilk mərhələsi YEKUNLAŞDI
  • 18-06-2025, 12:47
    Bu müəllimlər sual hazırlamaq üçün DİM-ə dəvət olunur - RƏSMİ
  • 18-06-2025, 11:58
    İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq
  • 18-06-2025, 11:57
    Psixoloqlar müsahibəyə cəlb olunacaq
  • 18-06-2025, 11:56
    Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
  • 18-06-2025, 11:55
    Yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır - Məleykə Abbaszadə
  • 18-06-2025, 11:38
    Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
  • 17-06-2025, 19:13
    Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?!
  • 17-06-2025, 18:31
    Müəllimlərin sertifikasiyası imtahanında suallar çətinləşdirilir? - RƏSMİ CAVAB
  • 17-06-2025, 18:30
    100-dən çox müəllim sertifikasiyada könüllü iştirak edəcək
  • 17-06-2025, 18:29
    Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK - YENİLİK
  • 17-06-2025, 18:28
    “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
  • 17-06-2025, 18:26
    Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
  • 17-06-2025, 15:15
    Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
  • 17-06-2025, 15:14
    6030 müəllim təlimlərdən keçib
  • 17-06-2025, 14:48
    6030 müəllim təlimlərdən keçib
Daha çox
18-06-2025, 20:42
Müəllimlər sertifikasiya imtahanından şikayət etdilər!
14-06-2025, 16:55
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
18-06-2025, 23:13
İngilis dili müəllimləri qərəzli münasibətə üsyan etdi!
Bugün, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
18-06-2025, 17:05
DİQQƏT!!! 18 iyun Sertifikasiya KURİKULUM sualları və cavabları!
14-06-2025, 11:00
216 saylı məktəbdə nələr baş verir? Danışılanlar həqiqəti əks etdirmir!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə