Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

"Akademik İnkişaf və İnnovativ Tədris” Təlim Proqramın ilk iştirakçılarına sertifikatlar verilib

Elm və təhsil

22-01-2026, 15:58



UNEC-də noyabr ayından etibarən start verilən “Akademik İnkişaf və İnnovativ Tədris” Təlim Proqramı uğurla başa çatıb.

UNEC-in Təhsil və Təlimin Mükəmməlliyi şöbəsi tərəfindən universitetin pedaqoji heyəti üçün təşkil olunan proqramın əsas məqsədi müəllimlərin müasir tədris metodikası, innovativ təhsil texnologiyaları və rəqəmsal bacarıqlar sahəsində bilik və bacarıqlarının artırılması olub.

Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatların təqdim edilməsi məqsədilə keçirilən tədbirdə Təhsil və Təlimin Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva çıxış edərək təlim prosesi barədə ətraflı məlumat verib. Bildirib ki, UNEC-in 100 müəllimini əhatə edən təlim proqramı onların peşəkar inkişafına töhfə verməklə yanaşı, müəllimlər arasında şəbəkələşməni gücləndirib, müzakirə və debatlar üçün yeni platforma yaradıb.

Qeyd olunub ki, proqram çərçivəsində UNEC-in 100 müəllimi üçün müxtəlif mövzularda təlimlər keçirilib. Təlimlər “Tədrisin əsas prinsipləri və pedaqoji dəyərlər”, “Sillabus tərtibatı və fənn dizaynı”, “Qiymətləndirmə və rubriklər”, “Rəqəmsal savadlılıq və süni intellektlə tədris materiallarının hazırlanması”, “Tələbə mərkəzli tədris metodları” və digər aktual mövzuları əhatə edib. Məqsəd müəllimlərin peşəkar inkişafını dəstəkləmək və müasir təhsil yanaşmalarının universitet mühitində tətbiqini genişləndirmək olub.

Tədbirdə çıxış edən UNEC rektoru professor Ədalət Muradov UNEC-də müəllimlər üçün çoxsaylı təlimlərin keçirildiyini bildirib. O, ilk dəfə olaraq keçirilən bu təlimlərin müəllimlərin konkret sahələr üzrə biliklərini deyil, birbaşa müəllimlik bacarıqlarını gücləndirməyə xidmət etdiyini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, sürətlə dəyişən texnologiyalar təhsil sahəsindən də yan keçmir və bu reallıq müəllimlərin rəqəmsal bacarıqlara yiyələnməsini zəruri edir: “Rəqəmsal həllər müəllimin gücünü artırır. Bu bacarıqlara yiyələnən müəllimlər daha güclü olur və biliklərini auditoriyaya daha effektiv şəkildə təqdim edə bilirlər.”

Professor Ədalət Muradov bildirib ki, UNEC artıq layihə əsaslı tədris modelinə keçid edib və bu yanaşma mərhələli şəkildə digər fakültələrdə də tətbiq olunacaq. Eyni zamanda Çevrilmiş tədris (Flipped education) modelinin də genişləndirilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin fakültə idarəetməsində də yeni yanaşmalar tələb etdiyini vurğulayıb.

Müəllimlərin əmək haqqının diferensiallaşdırılması və dərəcələndirilməsi məsələsinə də toxunan rektor qeyd edib ki, gələcəkdə müəllimlərin əməkhaqqı artımı onların inkişaf səviyyəsi və özünüinkişaf fəaliyyətləri ilə birbaşa bağlı olacaq.

Tədbirdə çıxış edən təlim iştirakçıları proqramın əhəmiyyətindən, qazandıqları bacarıqlardan və xüsusilə süni intellekt alətlərindən istifadə etməklə tədris materiallarının hazırlanmasının vaxt itkisini azaltdığını, dərsləri daha interaktiv və tələbə yönümlü etdiyini bildiriblər. Onlar yaradılan imkanlara görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sonda UNEC rektoru professor Ədalət Muradov təlim iştirakçılarını təbrik edərək onlara sertifikatları təqdim edib.

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

22-06-2023, 11:37

Paytaxt təhsili 2022-2023-cü tədris ilində - STATİSTİKA

Köşə

5-04-2024, 18:04

Metodistin müasir təhsildəki obrazı

Ali təhsil

1-09-2023, 13:30

104 yaşlı Bakı Dövlət Universiteti

Müsahibə

29-05-2024, 17:14

Uşaqların sevimlisi, peşəkar müəllim SÜDABƏ XANLAROVA

Köşə

21-01-2024, 13:41

YUMŞAQ VƏ SƏRT BACARIQLAR. YUMŞAQ BACARIQLARIN TƏHSİLDƏ ROLU.

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 00:00
Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
Dün, 18:26
Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
Dün, 17:33
UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
Dün, 17:32
Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
Dün, 17:31
Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
Dün, 17:30
DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 00:00
    Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
  • Dün, 18:26
    Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
  • Dün, 17:33
    UNEC tələbələri risk idarəetməsi üzrə dünya finalına vəsiqə qazanıblar
  • Dün, 17:32
    Kibertəhlükəsizlik üzrə təhsil: yeni dərsliklər və ixtisaslar hazırlanmalıdır
  • Dün, 17:31
    Rezidenturaya qəbul: qızlar üstünlük təşkil edir, yoxsa oğlanlar?
  • Dün, 17:30
    DİM-in əməkdaşları Qazaxıstanda təlim keçiblər
  • Dün, 17:29
    Azad Qarabağın elmi təməli necə qoyulur? Qarabağ Universitetindən REPORTAJ
  • Dün, 17:29
    Çin Xalq Respublikasına səfər çərçivəsində "Huawei" şirkəti ilə görüş baş tutub
  • Dün, 17:28
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • Dün, 14:10
    Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
  • Dün, 14:09
    AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır
  • Dün, 14:08
    Güllələnən müəllim evə buraxılıb? - TƏBİB-dən CAVAB
  • Dün, 14:08
    Azərbaycanda təhsil alan əcnəbilərin ən çox seçdiyi İXTİSASLAR
  • Dün, 14:07
    Səhiyyə Nazirliyi uşaqlar üçün tibbi aksiya keçirib
  • Dün, 14:06
    Azərbaycan Universitetinin əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub
  • Dün, 09:22
    Dərslik müəllifləri Qərbi Azərbaycan İcmasında görüşəcəklər
  • Dün, 09:21
    Nazirlik və Cambridge əməkdaşlığı elmi nəşrlərə çıxışı genişləndirir
  • Dün, 09:21
    DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”
  • Dün, 09:20
    Son 3 ildə yüksək bal toplayanlar rekord sayda ARTIB - STATİSTİKA
  • 12-02-2026, 21:48
    Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
  • 12-02-2026, 14:30
    Hər il magistraturada yüzlərlə plan yeri boş qalır - STATİSTİKA
  • 12-02-2026, 14:29
    Doktoranturada təhsil alanların xarici dillər üzrə imtahanı keçiriləcək
  • 12-02-2026, 14:28
    Akademik bilik yetərli deyil: şagirdlərin emosional inkişafı NƏZƏRƏ ALINMIR
  • 12-02-2026, 14:28
    Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ
  • 12-02-2026, 14:26
    Zaur İsayev: Akademiklərin dərsliklərə münasibəti zəifdir
  • 12-02-2026, 13:15
    Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
  • 12-02-2026, 08:49
    Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
  • 12-02-2026, 08:47
    Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb
  • 11-02-2026, 20:21
    Hüquq sahəsində maraq azalır, kadr tələbi qalır - “Praktiki bacıqlar yetərsizdir”
  • 11-02-2026, 20:19
    Bütün müəllimlər dərsliklərə rəy verə bilər - İZAH
  • 11-02-2026, 20:18
    İbtidai sinif dərslikləri psixoloqlarla hazırlanır
  • 11-02-2026, 20:17
    Dərsliklər yeganə bilik mənbəyi DEYİL
  • 11-02-2026, 20:17
    MİQ və sertifikasiya: psixoloji suallara da yer verilməlidir?
  • 11-02-2026, 20:16
    Dərslik müəllifləri həm məktəb, həm universitet təcrübəsi ilə seçilir
  • 11-02-2026, 20:15
    Prezident: Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir
Daha çox
12-02-2026, 21:48
Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
8-02-2026, 16:13
​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
10-02-2026, 15:33
Diqqət!!! Müəllimdən DQ və BSQ təhlili tələb etmək qanunidirmi?
10-02-2026, 15:11
ARTİ-də metodiki iflas... ARTİ özü sübut etdi ki,...
12-02-2026, 08:49
Prezidentimizin Təhsil sahəsində uğurlu addımı
12-02-2026, 13:15
Tarixdən xronoloji ardıcıllığı şagirdlərə necə mənimsətmək olar?
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə