Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Müəllim adını ucuzlaşdırmayaq: "Qurunun oduna yaş da yanır..."

​Son illərdə müəllim adı ətrafında o qədər neqativ rəylər, rüşvət iddiaları və ittihamlar dolaşır ki, artıq vicdanlı müəllimlərimiz "tikan üstündə" gəzirlər. Elə bir mühit yaranıb ki, sanki hər bir addımda günahkar elan olunacaqlarını gözləyirlər. Təəssüf ki, bəzi hallarda "qurunun oduna yaş da yanır" – öz cibindən, canından şagirdi üçün nələrsə edən fədakar müəllimləri də eyni tərəziyə qoyub alçaldırlar.

​Xüsusən 5 oktyabr və ya 8 mart kimi özəl günlər yaxınlaşanda hər tərəfdən bir fəryad qopur: "Rüşvət baş alıb gedir!" Amma kimsə dərindən düşünmür ki, övladımızın əziyyətini çəkən, ona həm ana, həm ata, həm də yol göstərən bir insanı sevindirmək niyə bu qədər böyük problemə çevrilməlidir? Heç kim valideyni məcbur etmir. Çox vaxt elə valideynlərin özləri "bəhsə-bəhs" prinsipi ilə hərəkət edir, sonra isə öz etdiklərinin günahını müəllimin üzərinə yıxırlar.
​Qarşıdan 8 Mart gəlir. Bütün qadınların sevinməli olduğu bu gözəl gündə, qadın müəllimlərimiz iki od arasında qalıblar. Onlar bayrama sevinə bilmirlər, çünki adlarının "pul yığan" siyahısında hallanmasından qorxurlar.

​Gəlin, necə deyərlər "malı-mala qatmayaq" . Bəli, biz də bilirik ki, şagird yanına gəlməyəndə ona zorakılıq edən, dərs keçməyən, hər dəqiqə "fond pulu", "test pulu", "xadimə pulu" deyib valideyni bezdirən, peşəsini ticarətə çevirənlər var. Əgər bir müəllim sizi həqiqətən incidirsə, tələbləri ilə boğursa, haqlısınız. Amma bu qara ləkəni bütün müəllim ordusuna şamil etmək ədalətsizlikdir.

​Bir müəllim ki, övladınıza hərfləri öyrədir, onun dünyagörüşünü formalaşdırırsa, bir-iki nəfərin səhvinə görə onun adını ləkələmək olmaz. Danışmaq xatirinə danışıb, müəllimi uşaqların yanında kiçiltmək bizə heç nə qazandırmır. Əksinə, biz övladlarımıza böyüyə hörməti, əziyyəti dəyərləndirməyi və vəfanı öyrətməliyik.

​Həzrəti Əli (ə) nə gözəl deyib: "Mənə bir hərf öyrədənin qulu olaram." Bu, müəllim əməyinə verilən ən ali qiymətdir. Gəlin, bu müqəddəs peşə sahiblərini ucuzlaşdırmayaq, onları cəmiyyətin gözündən salmayaq. Müəllim ucaldıqca, gələcəyimiz də ucalacaq.

Metodika üzrə mütəxəssis, təlimçi-pedaqoq Məmmədova Sevinc

Oxşar xəbərlər

Bütün xəbərlər