Xəbər lentiwidget-title-icon

Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək

ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir

ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iqlim dəyişikliyi ilə bağlı beynəlxalq təşəbbüslər çərçivəsində Oksford Universitetinin Said Biznes Məktəbi ilə əməkdaşlıq elan edir. Əməkdaşlıq “Oxford Said Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” layihəsi çərçivəsində həyata keçirilir.

AzEdu.az xəbər verir ki, “Oxford Said Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” layihəsi gənc innovatorları və müəllimləri aktual ekoloji problemlərə texnologiyaya əsaslanan həllər və müasir dərs planları hazırlamağa təşviq edən nüfuzlu beynəlxalq platformadır. Layihə iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə təhsilin və innovasiyanın rolunu gücləndirməyi hədəfləyir.

Əməkdaşlığın əsas məqsədi 15-18 yaşlı orta məktəb şagirdlərini və müəllimləri qlobal iqlim çağırışlarına praktik və miqyaslana bilən həllər hazırlamağa cəlb etməkdir. Təşəbbüs çərçivəsində iştirakçılar yalnız texnoloji ideyalar irəli sürməyəcək, eyni zamanda bu mövzuların tədris prosesinə inteqrasiyası üçün effektiv dərs planları da hazırlayacaqlar. Bu yanaşma şagirdlərdə yaradıcılığın, tənqidi düşüncənin və fənlərarası əməkdaşlığın inkişafına xidmət edir.

Qeyd edək ki, 2025-ci ildə keçirilən müsabiqə 75 ölkədən 1 600-dən çox müraciət qəbul edərək geniş beynəlxalq maraq doğurub. Təşkilatçılar bildirirlər ki, 2026-cı il buraxılışı müsabiqənin coğrafiyasını daha da genişləndirməyi və daha çox ölkədən iştirakçı cəlb etməyi qarşıya məqsəd qoyur.

Müsabiqənin final mərhələsi 2026-cı ilin avqust ayında Oksfordda keçiriləcək. Finalçı şagird komandaları və müəllimlər Said Business Schoolda öz həllərini və dərs planlarını təqdim etmək imkanı əldə edəcəklər. Qalib şagird komandası 2027-ci ildə Oksfordda təşkil olunacaq “Future Climate Tech Innovators Summer School” proqramında iştirak üçün tam təqaüd qazanacaq. Qalib müəllim isə Said Business Schoolun əyani Executive Education proqramında iştirak etmək imkanı əldə edəcək. Finalçıların və qaliblərin bütün səfər və iştirak xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.

Müsabiqə çərçivəsində iştirakçılar hava çirklənməsi, ekstremal hava hadisələri, ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin itirilməsi və su qıtlığı kimi qlobal problemlər üzrə həllər hazırlayacaqlar. Layihədə texnologiyanın ətraf mühit dəyişikliklərinin monitorinqi, iqlim risklərinə uyğunlaşma və müxtəlif səviyyələrdə innovativ yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təşəbbüsün əsas məqsədi daha təmiz, təhlükəsiz və dayanıqlı gələcəyin formalaşdırılmasına töhfə verəcək yeni nəsil liderlərin yetişdirilməsidir.

Müraciət detalları və iştirak qaydaları ilə yarışmanın rəsmi internet saytında tanış olmaq mümkündür:

//www.sbs.ox.ac.uk/climate-change-challenge/oxford-said-global-climate-tech-challenge-2026

Oxşar xəbərlər

Bütün xəbərlər