Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Firudin Qurbanov Azərbaycan gənclərini məsxərəyə qoyur...

Elm və Təhsil Nazirliyinin rəsmiləri növbəti dəfə tələbələrə "parlaq" məsləhətlər verib: "İş axtarmayın, iş yeri açın". İlk baxışda motivasiyaedici görünən bu cümlə, əslində ölkə təhsilinin və gənclərin yaşadığı sosial-iqtisadi böhranın üzərinə çəkilmiş istehzalı bir pərdədir. Bu məntiqlə çıxış edənlərə bir neçə sadə, amma ağır sual ünvanlamaq lazımdır: Hansı kapitalla? Hansı şəraitlə? Hansı dəstəklə?

​Bu gün tələbələrin ən böyük dərdi startup qurmaq deyil, başını soxmağa bir damaltı tapmaqdır. Dövlət universitetlərinin yataqxanaları ya yoxdur, ya da bərbad vəziyyətdədir. Kirayə qiymətlərinin od tutub yandığı bir vaxtda, metroya, avtobusa gediş haqqını güclə tapan, "Tələbə kartı" ilə yalnız bahalı brendlərin mağazasında endirim alan tələbəyə "iş yeri aç" demək, çörəyi olmayan adama "niyə pirojna yemirsən?" demək qədər absurddur.

​Nazirlik rəsmiləri yəqin xəbərsizdir ki, auditoriyalarda mühazirə dinləyərkən yuxulayan tələbələrin çoxu tənbəllikdən deyil, gecə növbəsində kuryerlikdən və ya marketdə satıcılıqdan gəldiyi üçün yatır. Üç işdə işləyib həm kirayə pulunu, həm də hər il artan təhsil haqqını ödəməyə çalışan bir gəncdən innovativ biznes ideyaları gözləmək vicdansızlıqdır. Dövlət sifarişli yerlərin sayını artırmaq əvəzinə, ödənişli təhsili biznesə çevirənlər, gəncləri bankların kredit girovuna çeviriblər.

​Azərbaycanda iş yeri açmaq təkcə ideya məsələsi deyil; bu, həm də bürokratik maneələr və "arxa-dayaq" sistemidir. Olimpiada qaliblərinə, savadlı gənclərə sahib çıxılmayan, onların uğurlarının yalnız rəsmi fotolarda piar vasitəsi kimi istifadə olunduğu bir mühitdə hansı gənc risk edib biznes qura bilər? Valideynlərin min bir zillətlə, borc-xərclə oxutduğu övladları məzun olanda qarşılarında iki yol görürlər: ya taksi sükanı, ya da xaricə qaçış bileti.

​Siz gənclərin başını layihələrlə, içi boş yarışlarla qatırsınız, amma sabah həmin gənc diplomunu alıb ortada qalanda "özünə iş qur" deyib yaxanızı kənara çəkirsiniz. Təhsili keyfiyyət yox, diplom satışı kimi görən bir sistemin məhsulu olan tələbə, əlbəttə ki, əmək bazarında "nökər" kimi istifadə olunacaq.

Tələbəyə "iş yeri aç" deməzdən əvvəl, onlara layiqli təhsil mühiti, əlçatan yataqxana və real sosial müdafiə təmin edin. İnsaf və vicdan olan yerdə, tələbənin cibindəki qəpiyə göz dikmək yox, onun gələcəyinə cığır açmaq olar. Savada hörmət marketdə yox, layiq olduğu vəzifədə qoyulmalıdır!

Oxşar xəbərlər

Bütün xəbərlər