Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Məzunlar iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir

Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.

Nazir müavini bildirib ki, müasir dövrdə layihələr innovativ olmalı, ideyalar isə innovasiyaya çevrilməlidir:

“Əsas məqsəd gələcəkdə uğurlu və təşəbbüskar iş adamları yetişdirməkdir. Hədəfimiz məzunun yalnız diplom alan şəxs olmaması, eyni zamanda öz işini qura bilən, rəhbərlik bacarığı olan bir lider kimi formalaşmasıdır. Universitet yalnız nəzəri bilik verməklə kifayətlənməməlidir.

Təhsil sistemi elə qurulmalıdır ki, məzun biznes düşüncəsinə, innovativ baxışa və praktik bacarıqlara sahib olsun. İnnovativ universitet vizyonu, inkişaf strategiyası və müasir baxış çox dəyərlidir. Lakin əsas məsələ ideyaların kağız üzərində qalması deyil, onların real innovasiyaya çevrilməsidir.

Əsl uğur odur ki, universitetdən məzun olan şəxs yeni dəyər yaratsın, iqtisadi səmərə gətirsin və cəmiyyətə töhfə versin. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, güclü dövlətlər məhz yaradıcı və innovativ cəmiyyət qurmaqla formalaşır. Bu əsrdə inkişafın əsas açarı innovasiya, sahibkarlıq və yaradıcı düşüncədir.

İnkişaf etmiş ölkələr məhz innovasiya cəmiyyəti formalaşdıraraq bu mərhələyə yüksəliblər. Hazırda müasir texnologiyaları inkişaf etdirən dövlətlər texnoloji sistemin beşinci səviyyəsindədirlər. Altıncı mərhələnin isə 2035-2045-ci illəri əhatə edəcəyi proqnozlaşdırılır. Həmin dövrdə hansı yeniliklərin baş verəcəyini dəqiq söyləmək çətindir. Lakin ABŞ, Çin və Cənubi Koreya kimi ölkələr artıq bu sistemə yaxınlaşırlar və proses əsasən süni intellekt üzərində qurulub”.

O qeyd edib ki, gələcəyin əsas istiqaməti insansız, robotlaşdırılmış sistemlər və süni intellekt texnologiyaları ilə bağlıdır:

“Hazırda dünyada 4 milyondan çox robot fəaliyyət göstərir və ən yüksək göstərici Cənubi Koreyadadır. Dünya sürətlə bu istiqamətdə irəliləyir. Süni intellekt insanlara doğru yolu göstərən müsbət bir vasitədir. Lakin ondan düzgün nəticə almaq üçün doğru sual vermək vacibdir. Çünki düzgün sual düzgün cavabın əsasını təşkil edir”.

Firudin Qurbanov bildirib ki, gələcəkdə tədris sistemində süni intellektlə bağlı proqram və ixtisaslar yer alacaq

Oxşar xəbərlər

Bütün xəbərlər