Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri martın 6-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.