Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

İşə götürmürlər, çünki: “Tələbələrin qarşılaşdığı əngəllər

Elm və təhsil

17-07-2025, 12:44



Bugünkü əmək bazarında gənclərin - xüsusilə də tələbələrin - iş tapmaqda üzləşdiyi əsas çətinliklərdən biri, işəgötürənlərin onları qəbul etməməsidir. Universitetdə təhsil alan və ya yeni məzun olan gənclər tez-tez bu sualla qarşılaşırlar. “Niyə bizi işə götürmürlər?” Bu sual bir çox səbəbdən doğur. Ən çox rast gəlinən səbəb - iş təcrübəsinin olmamasıdır. İş elanı verən şirkətlərin əksəriyyəti “ən azı 1-2 il iş təcrübəsi” tələb edir. Tələbə isə bu təcrübəni haradan əldə etsin? Təcrübə proqramları azdır, olanlar isə ya ödənişsizdir, ya da çox tələbkardır. Bu da tələbələrin real təcrübə qazanmasını çətinləşdirir.

Universitetlər əsasən nəzəri biliklər verir, amma real iş həyatı daha çox praktiki bacarıqlar tələb edir. İşəgötürənlər isə işçi götürərkən həmin şəxsin dərhal faydalı olmasını istəyir. Proqram təminatlarından istifadə bacarığı, yazışma mədəniyyəti, sənədlərlə işləmə qabiliyyəti - bunlar universitetlərdə çox da öyrədilmir.

İş mühitində yalnız texniki bilik deyil, həm də ünsiyyət bacarığı, komanda ilə işləmə, problem həll etmə və məsuliyyətli davranış vacibdir. Bəzi tələbələr bu bacarıqları kifayət qədər inkişaf etdirmədiyi üçün işəgötürənlər onları riskli namizəd kimi görür. Tələbə və ya yeni məzunla işləmək, onu öyrətmək vaxt və resurs tələb edir. Bir çox şirkətlər isə hazır işçi istəyir. Onlar düşünürlər ki, təcrübəsiz biri ilə işləmək zaman itkisinə və keyfiyyət problemlərinə səbəb ola bilər.

Bəzən tələbələr əmək bazarında tələbat olmayan ixtisaslarda oxuyurlar. Nəticədə həmin sahələrdə vakansiyalar az olur və ya ümumiyyətlə olmur. Bu da onların iş tapmaq şansını azaldır.

Mütəxəssislər hesab edirlər ki, universitet dövründə təcrübə proqramlarında iştirak etməli, könüllü fəaliyyətlərlə məşğul olmalı, öz ixtisaslarına uyğun əlavə kurslar keçmək, sertifikatlar toplamalıdır. Əmək bazarını izləmək və tələbat olan bacarıqları mənimsəmək vacibdir.

İnsan Resursları üzrə mütəxəssis Rauf Əliyevinin dediyinə görə, hazırda işəgötürənlərin tələbələri və yeni məzunları işə götürməkdə tərəddüd etməsinin bir neçə əsas səbəbi var. Birincisi və ən geniş yayılan səbəb – təcrübə çatışmazlığıdır. Əksər şirkətlər dərhal nəticə verə biləcək, müəyyən bacarıqlara malik işçilər axtarır. Onlar tələbələrin öyrədilməsinə və istiqamətləndirilməsinə vaxt ayırmaq istəmirlər, çünki bu həm vaxt itkisi, həm də resurs baxımından yük hesab olunur. İkinci məsələ praktiki bacarıqların zəifliyidir. Universitetlər çox vaxt nəzəri biliklər verir, lakin real iş mühitində tələb olunan texniki və kommunikativ bacarıqların formalaşmasına kifayət qədər diqqət yetirilmir. Tələbələr bəzən ofis proqramları, hesabat yazmaq, e-mail etikası, təqdimat bacarıqları və layihə idarəetməsi kimi vacib sahələrdə yetərincə hazır olmurlar: “Üçüncü vacib faktor isə yumşaq bacarıqların (soft skills) olmamasıdır. İşəgötürənlər təkcə bilikli deyil, eyni zamanda komanda ilə işləyə bilən, təşəbbüskar, çevik və məsuliyyətli gəncləri işə cəlb etmək istəyirlər. Bu bacarıqlar çox zaman şəxsi inkişaf, könüllü fəaliyyət və təcrübə ilə formalaşır, amma təəssüf ki, bəzi tələbələr bu istiqamətdə öz üzərində işləmirlər. Bütün bunlarla yanaşı, bəzən işəgötürənlərdə də dəyişiklik zəruridir. Onlar tələbələrə ‘hazır kadr’ kimi yox, potensiallı namizəd kimi baxmalıdırlar. Təcrübə proqramları, mentorluq sistemləri və adaptasiya mərhələləri vasitəsilə gəncləri işə uyğunlaşdırmaq mümkündür. Gənc nəsil sürətli öyrənmə qabiliyyətinə, texnologiyaya uyğunlaşma və yeni yanaşmalar gətirmək bacarığına malikdir. Bu resursdan düzgün istifadə edilməlidir. Əgər tələbəyə fürsət verilsə və düzgün istiqamətləndirilsə, o, şirkət üçün dəyərli kadra çevrilə bilər. Sadəcə bu prosesə strateji yanaşmaq və investisiya kimi baxmaq lazımdır”.Təhsiıl ekspert Elçin Əfəndi bildirib ki, müasir dövrdə bir çox tələbə təhsil aldığı müddətdə maddi ehtiyaclarını qarşılamaq, müstəqil yaşamaq və ya gələcək karyerası üçün təcrübə qazanmaq məqsədilə müxtəlif formalarda işləməyə üstünlük verir: “Tələbələrin əsas problemi zaman məhdudiyyətidir. Həftəlik dərs saatları, ev tapşırıqları, layihələr və imtahanlara hazırlıq tələbənin diqqət və enerji ehtiyacının böyük hissəsini tələb edir. Əgər tələbə gündə 4-6 saatlıq işdə çalışırsa, bu zaman təhsilə ayırdığı vaxt azalır, istirahət rejimi pozulur, nəticədə həm akademik performans, həm də psixoloji durum zəifləyir. Əmək fəaliyyəti ilə məşğul olan tələbələrin bir çoxu dərslərə gecikmə, davamiyyətsizlik və ya dərsdə passiv iştirak kimi problemlərlə üzləşir. İşdən yorğun gələn tələbə dərsdə cəmlənməkdə çətinlik çəkir, müəllimin verdiyi məlumatları diqqətlə dinləyə bilmir. Bu isə biliklərin səthində qalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur. Gəlir əldə etməyə başlayan bəzi tələbələr üçün təhsil artıq prioritet olmaya bilər. Qısa müddətli qazanc hissi uzunmüddətli karyera planlamasını kölgədə qoyur. Belə hallarda tələbə dərsə sərmayə kimi yox, vaxt itkisi kimi baxmağa başlayır. Bu isə təhsil motivasiyasının aşağı düşməsinə səbəb olur. Əgər tələbə öz ixtisasına uyğun olmayan bir işdə çalışırsa, bu nə tədrisə, nə də gələcək peşəyə fayda vermir. Belə əmək fəaliyyəti nə yalnız tədrisə vaxt azaldır, həm də professional inkişafla əlaqəsiz olduğuna görə əlavə stres yaradır. Bununla belə, bəzi tələbələr təhsillə işi effektiv şəkildə balanslaşdırmağı bacarır. Xüsusilə part-time və ya çevik qrafikli, ixtisasa uyğun sahələrdə işləmək tələbəyə həm təcrübə qazandırır, həm də öyrəndiklərini praktikada tətbiq etməyə imkan yaradır. Lakin bu, tələbənin vaxtını düzgün idarə etmə bacarığından və iş şəraitindən asılıdır”.

Tələbələrin təhsil dövründə əmək fəaliyyəti ilə məşğul olması onların şəxsi və peşəkar inkişafına müəyyən qədər müsbət təsir göstərə bilər. Lakin bu fəaliyyətin nəzarətsiz, plansız və ağır şəkildə həyata keçirilməsi təhsil keyfiyyətinə ciddi zərər vurur. Təhsil müəssisələri və işəgötürənlər tələbələr üçün daha uyğun və dəstəkləyici iş şəraiti yaratmalı, tələbələr isə təhsilin əsas prioritet olduğunu unutmamalıdırlar.

Millət vəkili Razi Nurullayevin dediyinə görə, tələbələrin işləməsi yaxşı haldır. Amma gərək onların təhsil və iş saatı toquşmasın: “Müasir dövrdə bir çox tələbə təhsil aldığı müddətdə maddi ehtiyaclarını qarşılamaq, müstəqil yaşamaq və ya gələcək karyerası üçün təcrübə qazanmaq məqsədilə müxtəlif formalarda işləməyə üstünlük verir. Lakin bu əmək fəaliyyəti tələbələrin əsas funksiyası olan təhsil alma prosesinə necə təsir edir? Suallar və narahatlıqlar haqlıdır: tədris yükü ilə iş həyatını paralel aparmaq mümkündürmü, yoxsa bu, təhsilin keyfiyyətini aşağı salır? Məlumdur ki, tələbələrin bir çoxu bölgələrdən gəlir. Əksəriyyəti də, maddi problemi həll etmək üçün işləməyə məcburdurlar. 3-4 saat üçün də tələbələri işə götürmək istəmirlər”.Tələbələrin əsas problemi zaman məhdudiyyətidir. Həftəlik dərs saatları, ev tapşırıqları, layihələr və imtahanlara hazırlıq tələbənin diqqət və enerji ehtiyacının böyük hissəsini tələb edir. Əgər tələbə gündə 4-6 saatlıq işdə çalışırsa, bu zaman təhsilə ayırdığı vaxt azalır, istirahət rejimi pozulur, nəticədə həm akademik performans, həm də psixoloji durum zəifləyir.

Əmək fəaliyyəti ilə məşğul olan tələbələrin bir çoxu dərslərə gecikmə, davamiyyətsizlik və ya dərsdə passiv iştirak kimi problemlərlə üzləşir. İşdən yorğun gələn tələbə dərsdə cəmlənməkdə çətinlik çəkir, müəllimin verdiyi məlumatları diqqətlə dinləyə bilmir. Bu isə biliklərin səthində qalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur. Gəlir əldə etməyə başlayan bəzi tələbələr üçün təhsil artıq prioritet olmaya bilər. Qısa müddətli qazanc hissi uzunmüddətli karyera planlamasını kölgədə qoyur. Belə hallarda tələbə dərsə sərmayə kimi yox, vaxt itkisi kimi baxmağa başlayır. Bu isə təhsil motivasiyasının aşağı düşməsinə səbəb olur.

Əgər tələbə öz ixtisasına uyğun olmayan bir işdə çalışırsa -məsələn, texnologiya ixtisasında oxuyub satış məsləhətçisi işləyirsə, bu nə tədrisə, nə də gələcək peşəyə fayda vermir. Belə əmək fəaliyyəti nə yalnız tədrisə vaxt azaldır, həm də professional inkişafla əlaqəsiz olduğuna görə əlavə stres yaradır.

Bununla belə, bəzi tələbələr təhsillə işi effektiv şəkildə balanslaşdırmağı bacarır. Xüsusilə part-time və ya çevik qrafikli, ixtisasa uyğun sahələrdə işləmək tələbəyə həm təcrübə qazandırır, həm də öyrəndiklərini praktikada tətbiq etməyə imkan yaradır. Lakin bu, tələbənin vaxtını düzgün idarə etmə bacarığından və iş şəraitindən asılıdır.

Tələbələrin təhsil dövründə əmək fəaliyyəti ilə məşğul olması onların şəxsi və peşəkar inkişafına müəyyən qədər müsbət təsir göstərə bilər. Lakin bu fəaliyyətin nəzarətsiz, plansız və ağır şəkildə həyata keçirilməsi təhsil keyfiyyətinə ciddi zərər vurur. Təhsil müəssisələri və işəgötürənlər tələbələr üçün daha uyğun və dəstəkləyici iş şəraiti yaratmalı, tələbələr isə təhsilin əsas prioritet olduğunu unutmamalıdırlar.

Oxunub: 133
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

5-04-2024, 09:59

“Ali məktəblərdə verilən praktiki biliklər tələbələri qane etmir”

Ali təhsil

27-11-2023, 12:45

Məzunların iş problemi: “Kimisə diplom ilə işə götürmürlər”

Elm və təhsil

12-03-2025, 16:13

Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...

Ali təhsil

25-09-2023, 17:54

Vəkil qurumlarında təcrübə keçən tələbələrin sayı açıqlanıb

Şikayətlər

19-04-2023, 14:37

Universitet məzunlarının iş tapmağı samanlıqda iynə axtarmağa bənzəyir - SORĞU

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 13:13
Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
Bugün, 13:12
Universitetlərdə 90 dəqiqəlik dərs müddəti AZALDILSIN
Bugün, 13:11
Daha çox qadın tələbələr təhsil kreditinə müraciət edir - RƏSMİ
Bugün, 08:18
269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
Bugün, 08:17
İdman məktəbinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bugün, 08:15
Mingəçevirdə şagird pəncərədən yıxılıb? - AÇIQLAMA
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 13:13
    Leyla Əliyeva Tiranada uşaq evi və xəstəxananı ziyarət etdi
  • Bugün, 13:12
    Universitetlərdə 90 dəqiqəlik dərs müddəti AZALDILSIN
  • Bugün, 13:11
    Daha çox qadın tələbələr təhsil kreditinə müraciət edir - RƏSMİ
  • Bugün, 08:18
    269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
  • Bugün, 08:17
    İdman məktəbinin vergi borcu üzə çıxdı - FOTOFAKT
  • Bugün, 08:15
    Mingəçevirdə şagird pəncərədən yıxılıb? - AÇIQLAMA
  • Bugün, 08:14
    Mingəçevir məktəbində kiçikmiqyaslı yanğın olub
  • Bugün, 08:13
    İnşaat Kollecinə yeni direktor təyin olunub
  • Bugün, 08:13
    Türkiyədə ali təhsildə kvotalar 23 faiz azaldılıb
  • Bugün, 08:12
    Naxçıvanda peşə təhsili alanların sayı 14 faiz artıb
  • Bugün, 08:11
    Bəzi ixtisaslar universitetlərdən alınıb institutlara köçürülməlidir
  • Bugün, 01:11
    ETN 3.8 milyon vəsaiti nəyə xərcləyir.???
  • Dün, 22:56
    STEAM'ool olimpiadasına qeydiyyat BAŞLADI
  • Dün, 22:54
    Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub
  • Dün, 22:54
    68 nömrəli məktəbin tikintisi nə zaman bitəcək? - RƏSMİ
  • Dün, 14:46
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • Dün, 14:14
    Azərbaycanda şagirdlərin avtobusla daşınmasına 4 milyon manat ayrıldı
  • Dün, 14:13
    Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq
  • Dün, 14:12
    Orfoepiya lüğəti il sonunadək hazırlanacaq
  • Dün, 14:11
    Uşaqlarımız sosial şəbələrdə gündə 5 saat vaxt keçirir - ŞOK RƏQƏMLƏR
  • Dün, 12:18
    Bu gündən ali məktəblərə qeydiyyat BAŞLAYIR
  • Dün, 12:17
    Yeni ixtisas açılır: keçid balı 600-dən yuxarı ola bilər
  • Dün, 12:15
    15 və 23 yanvarda imtahanı keçənlərə sertifikatlar verilir
  • Dün, 12:14
    Kolleclərə sənəd qəbuluna start verilir
  • Dün, 12:13
    Emin Əmrullayev ICESCO-nun Baş qərargahına səfər edib
  • Dün, 12:12
    Maaşlarına əlavələr olacaq müəllimlərin sayı ARTACAQ
  • Dün, 12:11
    BŞTİ-nin əməkdaşları üçün əməyin mühafizəsinə dair maarifləndirmə təlimi
  • Dün, 12:11
    Son 5 ildə 4 mindən çox diplom tanınmayıb - ən çox bu SƏBƏBLƏRDƏN
  • Dün, 12:10
    DİM TOEFL iBT imtahanı keçirib
  • 17-02-2026, 21:55
    TTK-də lider universitetlər AÇIQLANDI
  • 17-02-2026, 19:43
    Magistratura: 519 nəfər imtahana GƏLMƏDİ
  • 17-02-2026, 19:42
    2 nəfərin nəticəsi ləğv olunub- DİM
  • 17-02-2026, 19:40
    Ağdamda tələbə dərmandan zəhərlənib - YENİLƏNİB
  • 17-02-2026, 13:09
    Zəhərlənən şagirdlər evə buraxılıb - YENİLƏNİB
  • 17-02-2026, 13:07
    Emin Əmrullayev Mərakeş Krallığında rəsmi səfərdədir
Daha çox
12-02-2026, 21:48
Nazirin "DOSTU" -du deyə işçiləri təhdid etməlidi...?
14-02-2026, 00:00
Zəngilan Məktəbində Nələr Baş Verir? – İDDİALAR
16-02-2026, 13:47
Arvana Kənd Məktəbi: Təhsil Ocağı, yoxsa Direktorun Şəxsi "Ferması"?
13-02-2026, 18:26
Prezident Deyir Dəyişin, Onlar Kağız Yazır
Dün, 14:46
​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
15-02-2026, 23:11
ADAU-dan şikayət var!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə