Xəbər lentiwidget-title-icon

Nazirlik daxilində “müstəqillik” iddiası, yoxsa idarəetmə böhranı?
“Biz -türkdilli ölkələr hansısa rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?..-TƏHLİL
Məktəbdə ölüm halları... Gözlənilən nəticə
DİM aprelin 19-da növbəti imtahanlar keçirəcək
Bakıda "Kanon" aptekdən alınan "Humana" körpə qidasından qurd çıxdı.
Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu BAŞLAYIR
Nazir "Power China" şirkətinin nümayəndə heyəti ilə görüşüb
Xaricdə təhsil proqramı 230-dan çox universiteti əhatə edəcək
PMS imtahanının II mərhələsi üzrə qeydiyyat elan edilib
Ölkə universitetlərində çalışan əcnəbi müəllimlərin SAYI
Qəbulun II mərhələsi üzrə sınaq imtahanı olacaq
Dövlət Proqramına qəbulda süni intellektdən istifadə ediləcək
Məktəbli qızlarımız Avropa Qızlar Riyaziyyat Olimpiadasında 3 medal qazanıblar
"Atam dedi ki, I olmasan, gimnastikaya qoymayacağam" - Ölkə birincisi
Tələbəyə yalnız bilik yox, istiqamət də vermək lazımdır – Elvin Muradzadə ilə söhbət
Premyera elanı: “Mən, Lalə, bir də Şerlok Holms 2”
Atırau Dövlət Universitetinin nümayəndə heyəti LDU-dadır
Universitetlərdə “ömürlük kreslo”: prorektorların təyinat sistemi DƏYİŞMƏLİDİR
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb
Akademik Zərifə Əliyevanın anım günüdür
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
ETN niyə susur?
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
"Kompetensiyaya əsaslanan imtahanlara keçirik" - Məleykə Abbaszadə

Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

Etibarlı mənbədən "DogruXeber.az" redaksiyasına daxil olan məlumata görə, Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən hadisələr təkcə bir ailənin faciəsi deyil, bütün cəmiyyətin vicdanına yönəlmiş sarsıdıcı bir zərbədir. Burada nə uşaqlar təhlükəsizdir, nə valideynlər arxayın, nə də təhsil sistemi öz funksiyasını yerinə yetirir. Amma ən dəhşətlisi odur ki – bu gedişatın məsuliyyətini daşımalı olanlar sadəcə seyr edir.

Baxın!
2025-ci ilin 08 may tarixində, dərs saatı zamanı məktəbin 11-ci sinif şagirdi R.N., 2-ci sinif şagirdi C.İ.-yə qarşı cinsi zorakılıq törədib. Bu, valideynin rəsmi şikayəti əsasında hüquq-mühafizə orqanlarının araşdırmasına səbəb olub. Şübhəli şəxs ilkin olaraq saxlanılıb, lakin cəmi iki gün sonra azadlığa buraxılıb.

"DogruXeber.az" xəbər verir ki, cəmiyyətin ən həssas zümrəsi olan uşaqlara qarşı belə dəhşətli bir hadisə ilə bağlı nə məktəb rəhbərliyi, nə Quba–Xaçmaz Regional Təhsil İdarəsi, nə də Elm və Təhsil Nazirliyi hər hansı qəti addım atmayıb. Sanki bu ölkədə uşaq hüquqları ancaq kağız üzərində mövcuddur.

Hələ bu harasıdır?!...
Məktəbdəki digər cinayət xarakterli hadisələr də ört-basdır edilib
Hadisənin tək olmadığını sübut edən silsilə faktların xronologiyasına diqqət edin.

04 aprel 2025 – məktəbin 9-cu sinif şagirdləri arasında baş vermiş fiziki qarşıdurma nəticəsində şagird Z.A.-nın əli sınıb. Hadisə direktor Ağamət Ağamətov tərəfindən rəsmi şəkildə sənədləşdirilməyib, polisə məlumat verilməyib.

Mart 2024 – 7-ci sinif şagirdi İ.A., sinif yoldaşı M.A. ilə birlikdə 8-ci sinif şagirdi N.M.-nin boğazına bıçaq dirəyib, onu hədələyib. Direktor bu faktı sadəcə "ata ilə söhbət" etməklə həll etməyə çalışıb.

Eyni məktəbin kimya müəllimi – direktorun qardaşı Şahvələd Ağamətov, sinifdə şagirdi döyməklə kifayətlənməyib, onu açıq şəkildə təhqir edərək demişdir:
“Ona görə İlkin bıçaqla sənin boğazını kəsmək istəyirdi?!”

Bu sözlər sinifdə psixoloji terrorun, təhqirin, zorakılığın rəsmi dilə çevrildiyini sübut edir.

Elm və Təhsil Naziri Emin Əmrullayev, siz bu ölkədə təhsil sisteminə cavabdehsiniz. Lakin sizə tabe olan bir məktəbdə uşaq zorlanır, şagirdin əli sınıb, bıçaqlı hücum olur, müəllim şagirdi psixoloji terrora məruz qoyur və siz bu hadisələrə bir kəlmə belə reaksiya vermirsinizQuba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev isə – bu hadisələrin coğrafi məsuliyyət daşıyıcısıdır. Amma onun rəhbərlik etdiyi idarə hər dəfə olduğu kimi işin üstündən sükutla keçir.

"DogruXeber.az" bildirir ki, bu məsələ ilə bağlı həm Elm və Təhsil Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına rəsmi sorğular göndərilib. Lakin bir neçə gün keçməsinə baxmayaraq, hələ də heç bir cavab verilməyib.

Bu səssizlik, bu susqunluq – yalnız cəzasızlığı artırır. Təhsildəki bu laqeydlik – vətəndaş etimadının məhv olması deməkdir.

Bu məktəb təhsil ocağı deyil – təhlükə mənbəyidir!

Sual olunur: bir məktəbdə uşaqlar zorakılığa uğrayırsa, valideynlər övladını qorumaq üçün rəsmi strukturlardan kömək ala bilmirsə – bu ölkədə təhsilin, hüququn, dövlətin mənası nədir?Piral kənd tam orta məktəbi nəzarətdən çıxıb. Burada şəxsi klan hakimiyyəti, ailə idarəçiliyi, qanunlara yox, qohumluğa əsaslanan idarə forması hökm sürür. Və bu, təkcə bir məktəbin problemi deyil. Bu – bütün təhsil sisteminin çürümüş damarlarını göstərən bariz nümunədir.

"DoğruXeber.az" olaraq bəyan edirik ki, Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən qanun pozuntuları bu qədər deyil. Etibarlı mənbələrdən redaksiyamıza daxil olan daha faktiki sübutlar və valideyn şikayətləri əsasında bu məktəbdə baş verən silsilə hadisələrin tam dosyesini ictimaiyyətə təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. İstənilən tərəf münasibət bildirmək istəyərsə, "DogruXeber.az" buna hazırdır.

Lakin unutmayın! Susmaq cinayətə ortaq olmaqdır.

Oxşar xəbərlər

Bütün xəbərlər