Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Bağça mühiti: Sevgi yerinə şiddət...

Elm və təhsil

13-09-2025, 09:49



Uşaqlar cəmiyyətin ən həssas və ən müdafiəsiz təbəqəsidir. Bu səbəbdən də onların təlim-tərbiyə aldığı məkanlar, xüsusilə uşaq bağçaları, həm təhlükəsizlik, həm də sevgi ilə əhatələnmiş mühit olmalıdır. Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə aldığı, sosial bacarıqlar qazandığı və cəmiyyətə ilk addımlarını atdığı mühüm təhsil müəssisələridir. Müasir dövrdə bağçalar sadəcə “uşaq saxlanılan yer” deyil, uşağın şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayan erkən inkişaf mərkəzləri hesab olunur. Lakin son zamanlar bağçalarda uşaqlara qarşı zorakılıq hallarının artması, bu sahədə ciddi problemlərin olduğunu göstərir. Bir-birinin artınca yayılan şiddətin əks olunduğu videolar bağçaların sevgi dolu mühitin olmadığını açıq-aydın sübutudur. Bağça müəllimlərinin azyaşlılarla o formada davranmasının səbəbi nədir - kadrların peşəkarlıq səviyyəsinin aşağı olması, yoxsa nəzarətin zəifliyi?

Uşaq bağçalarında təhsilverənlərin davranışlarını tənzimləyən etik davranış qaydaları var. Hər bir təhsil müəssisəsinin rəhbəri orada həmin qaydalara riayət olunmasına görə məsuliyyət daşıyır. Bundan başqa hər bir təhsil müəssisəsinin özünün daxili intizam qaydaları olmalıdır. Hər bir işçinin, o cümlədən də təhsilverənlərin həmin etik davranış qaydalarına riayət etməsi onun vəzifə borclarından, öhdəliklərindən biri sayılır. Bu öhdəlikləri yerinə yetirməyən şəxslərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin "ç" bəndiylə xitam verilir. Bağçada şiddət görən uşaqlar heç də həmişə bunu dərhal ifadə edə bilmirlər. Onlar ya qorxudan, ya da vəziyyəti tam anlaya bilmədikləri üçün yaşadıqlarını gizlədirlər. Erkən yaş dövrü insanın psixoloji inkişafında ən həssas mərhələdir. Bu dövrdə uşaqlar özlərini və ətraf aləmi kəşf etməyə çalışırlar. Onlara qarşı istənilən zorakılıq – istər fiziki, istərsə də emosional – onların inkişafına, güvən hissinə və gələcək münasibətlərinə dərin təsir göstərir. Bağçada tərbiyəçi və ya digər uşaqlarla ünsiyyətdə zorakılıq yaşayan uşaq, bəzən bunu sözlə ifadə edə bilməsə də, davranışları ilə siqnallar verir. Məsələn, birdən-birə susqunlaşma, aqressiya, tək qalmaq istəyi, gecə qorxuları və ya qida rədd etmə kimi əlamətlər müşahidə edilə bilər.

Uşağı bağçaya apararkən valideynlər əsasən məkana, qiymətə, yeməyin keyfiyyətinə və çeşidinə fikir verirlər. Ancaq əsas diqqət yetirilməli olan məqamlar bunlar deyil. İlk növbədə bağçadakı kadr potensialına, tərbiyəçilərə diqqət yetirilməlidir.

Psixoloq Arifə Məmmədovanın sözlərinə görə, bağçalarda uşaqlara qarşı göstərilən fiziki və psixoloji şiddət, sadəcə həmin anın ağrısı və qorxusu ilə bitmir. Bu cür zorakılıq uşağın ruhunda dərin izlər buraxır və bəzən bütün həyatına mənfi təsir göstərir. Erkən yaş dövründə yaşanan travmalar, xüsusilə də tərbiyəçi və ya qayğı göstərməli olan şəxs tərəfindən edilən şiddət uşaqlarda güvən problemi, özgüvən əskikliyi, sosial fobiya, aqressiya və ya depressiya kimi problemlərə səbəb olur:

“Uşaq üçün bağça eyni zamanda ikinci evdir. Əgər o, orada qorxu, zorakılıq və sevgi əskikliyi ilə qarşılaşırsa, bu onun gələcək həyatına da psixoloji yük kimi daşınır. Buna görə də bağçalarda çalışan şəxslər yalnız pedaqoji biliklərə deyil, həm də yüksək emosional-intellektə və psixoloji hazırlığa sahib olmalıdırlar. Uşağa verilən hər bir şiddət bir ömür boyu unudulmayan psixoloji zərbədir. Bağçalar uşaqlar üçün yalnız təhsil və tərbiyə məkanı deyil, eyni zamanda sosiallaşdıqları və ilk dəfə ailədən kənar mühitlə tanış olduqları mühüm psixoloji məkandır. Burada formalaşan təəssüratlar, davranış modelləri və emosional bağlar uşağın gələcək həyatında mühüm rol oynayır. Məhz buna görə də, bağçalarda uşaqlara qarşı istənilən fiziki və ya psixoloji zorakılıq, istər bir dəfə olsun, istərsə də təkrarlanan şəkildə onların daxili dünyasında silinməz izlər buraxır. Uşaqlar yetkin insanlar kimi yaşadıqlarını dildə ifadə edə bilməsələr də, onların bədənləri və davranışları yaşananları yadda saxlayır. Şiddətə məruz qalan uşaqda xroniki qorxu hissi, narahatlıq, güvən problemi, davranış pozuntuları, sosial fobiya, hətta somatik əlamətlər, məsələn, baş ağrıları, qarın ağrıları, sidik qaçırma və s. müşahidə oluna bilər. Bu hallar çox zaman valideynlər tərəfindən 'adi kapriz' kimi qəbul edilsə də, əslində, psixoloji travmanın nəticəsidir. Ən təhlükəlisi isə budur ki, bağçada zorakılığa məruz qalan uşaq özünü günahkar hiss etməyə başlayır. O düşünr ki, “mən pisəm, ona görə məni cəzalandırırlar”. Bu düşüncə onun şəxsiyyətində aşağılıq kompleksi, özünü dəyərsiz görmək və uzunmüddətli psixoloji çətinliklər yarada bilər”.

Psixoloq qeyd edib ki, uşaq üçün ilk münasibət təcrübəsi onun tərbiyəçisi ilədir. Əgər bu münasibət zorakılıqla müşayiət olunursa, uşaqda gələcəkdə müəllimə, məktəbə və ümumilikdə avtoritet fiqurlarına qarşı qorxu və inamsızlıq yaranır. Daha sonra bu, təhsildən uzaqlaşma, sosial adaptasiya çətinlikləri və hətta depressiya ilə nəticələnə bilər: “Unutmamalıyıq ki, uşaq qorxduğunu, utandığını və ağrı hiss etdiyini bəzən ifadə edə bilmir. Amma onun gözləri, davranışı və bədəni hər şeyi deyir. Bu səbəbdən valideynlər və bağça rəhbərliyi bu siqnalları vaxtında duymalı, hər bir şikayəti ciddi qəbul etməlidir: “Uşaqlara qarşı bağçalarda göstərilən şiddət sadəcə bir tərbiyə üsulu deyil, bu, uşağın ruhuna vurulan yaradır. Bu yara görünməsə də, bəzən bir ömür boyu sağalmır. Buna görə də bağçalar təkcə nəzarət edilən deyil, həm də sevgi və şəfqətlə idarə olunan məkanlara çevrilməlidir”.

Bağçalara müəllimlər işə qəbul olunan zaman onlar mütləq şəkildə müəyyən parametrlərə görə dəyərləndirilsin. Bu parametrlər içərisində onların etik davranışları, əxlaqi normaları və aqressiya səviyyələri də ölçülüb, öyrənilməlidir. Nə qədər aqressiv olduqları müsahibə zamanı danışıqlarından, yaxud özlərini aparma şəklindən görülə bilər. Əgər bir müəllimdə bu kimi problemlər görülsə, o tərbiyəçi kimi bağçaya işə alınmamalıdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, məktəbəqədər təhsil müəssisələri uşaqların təkcə öyrəndiyi yer deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşmağa başladığı ilk sosial mühitdir. Belə bir mühüm mərhələdə uşaqlara qarşı istənilən fiziki və ya psixoloji zorakılıq tamamilə yolverilməzdir və ciddi nəticələrə yol aça bilər:“Tərbiyəçi şiddəti heç bir halda “intizam” və ya “tərbiyə” adı altında əsaslandırıla bilməz. Əksinə, bu cür davranışlar uşaqlarda qorxu, güvən itkisi və psixoloji travma yaradır. Unutmayaq ki, uşağa qarşı yönəlmiş hər bir zorakılıq cəmiyyətin gələcəyinə vurulan zərbədir. Buna görə də bağçalarda çalışan heyət yalnız pedaqoji yox, həm də etik və psixoloji hazırlığa malik olmalıdır”.

Professorun dediyinə görə, pedaqoji və psixoloji savadı olmayan şəxslər uşaqlarla işləyəndə, stres anlarında düzgün davranmaq əvəzinə zorakılığa əl atırlar. Bəzi valideynlər isə uşağın davranışlarındakı dəyişiklikləri şiddət əlaməti kimi dəyərləndirmir, bu isə problemin vaxtında aşkar olunmasına mane olur: “ Uşaqlar öz hisslərini ifadə etməyə təşviq olunmalıdır. Onların fikri dinlənilməli və qorxuya deyil, etimada əsaslanan ünsiyyət qurulmalıdır. Bağçada uşağa qarşı göstərilən zorakılıq, təkcə o uşağın deyil, bütün cəmiyyətin gələcəyini zədələyir. Bu cür halların qarşısını almaq üçün təkcə valideynlərin deyil, həm də dövlət orqanlarının, pedaqoji heyətin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bağçalar uşaqlar üçün sevgi, təhlükəsizlik və şəfqət məkanı olmalıdır, qorxu və travma yeri yox”.

Oxunub: 83
Paylaş:
Digər xəbərlər

Məktəbəqədər təhsil

29-09-2023, 15:15

BŞTİ: "Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir"

Elm və təhsil

7-09-2024, 13:18

2 bağça əsaslı təmirdən sonra istifadəyə verilib

Məktəbəqədər təhsil

11-07-2023, 14:11

İDDİA! - “Dövlət bağçalarının təhsil proqramı yenilənmir”

Maraqlı

7-09-2023, 14:33

Ailənin şəxsiyyətin formalaşmasında rolu – Övladlarımızı necə düzgün böyüdək?

Məktəbəqədər təhsil

29-11-2023, 12:05

İDDİA! - “Dövlət bağçalarının təhsil proqramı yenilənmir”

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Dün, 16:35
İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
Dün, 16:22
Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
Dün, 15:36
"İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
Dün, 15:35
Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
Dün, 15:34
Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
Dün, 15:34
Gənc tədqiqatçılar BMU-da
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Dün, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • Dün, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • Dün, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • Dün, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • Dün, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • Dün, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • Dün, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • Dün, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • Dün, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • Dün, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • Dün, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • Dün, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
  • Dün, 12:56
    Bakıda şagirdin güllələdiyi müəllimin son durumu - RƏSMİ
  • Dün, 12:56
    Atəş açan şagirdin atası rəis müavini olub
  • Dün, 12:55
    Şagird, atası və liseyin mühafizəçisi həbs oluna bilər - AÇIQLAMA
  • Dün, 12:54
    Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı
  • Dün, 12:53
    Məktəblərə şagirdlərin əşyalarını müsadirə etmək hüququ verilsin - TƏKLİF
  • Dün, 12:52
    Təhsil İdarəsi baş verən insdentlə bağlı məlumat yaydı
  • 5-02-2026, 22:06
    Olimpiada qaliblərinin sonrakı taleyi
  • 5-02-2026, 18:26
    VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri
  • 5-02-2026, 18:26
    Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı — Uşaqlarımızı kimlərə əmanət edirik?
  • 5-02-2026, 17:41
    Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib
  • 5-02-2026, 17:40
    DİM: Magistratura imtahanına buraxılış vərəqəsini çap edin
  • 5-02-2026, 17:40
    RFO-nun yarımfinal turu bu tarixdə KEÇİRİLƏCƏK
  • 5-02-2026, 17:39
    BMU Pekin Kimya Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir
  • 5-02-2026, 17:38
    Ənənəvi kafedra sistemi ləğv olunur: Azərbaycanda İLK
  • 5-02-2026, 16:31
    Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
  • 4-02-2026, 16:32
    Azərbaycan İsraillə elm və texnologiya sahəsində əməkdaşlığını genişləndirir
  • 4-02-2026, 16:31
    Bu il rezidentura imtahanı elektronlaşacaq
  • 4-02-2026, 16:30
    Məktəbin pəncərəsindən yıxılan şagirdin son vəziyyəti açıqlandı
  • 4-02-2026, 16:30
    DİM: 935 zal nəzarətçisi bazadan çıxarılıb, 6 nəfər məsuliyyətə cəlb edilib
  • 4-02-2026, 16:29
    Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI
  • 4-02-2026, 16:28
    Məleykə Abbaszadə: Kim riyakar, kim səmimidir artıq aydın oldu
  • 4-02-2026, 13:32
    Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
  • 4-02-2026, 12:52
    İki fəndən sertifikasiyadan keçəcək tarix müəllimləri: Onlara güzəşt lazımdırmı?
Daha çox
2-02-2026, 15:28
Texnologiya fənnin əhəmiyyəti, tədrisi və vacib məqamlar...
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə