Xəbər lentiwidget-title-icon

Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA
Araz Paşayev Təhsil İnstitutunun direktoru təyin olunacaq? - İDDİA
Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...
Tramp administrasiyası Harvard Universitetini məhkəməyə verib
Bakıda qadın müəllim qətlə yetirilib: əri saxlanıldı - YENİLƏNİB
Məleykə Abbaszadə vəzifəsindən azad olunur? – RƏSMİ
Texnologiya Universitetinin Rektoru Yaşar Ömərov 500 manat müəllimlərdən tələbi var…
Qazaxda həmkarlar tərəfindən bayram süfrəsi açıldı
Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı...
“Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb
“Parla” təqaüd və inkişaf proqramına qoşulan tələbələrlə
Səhiyyə Nazirliyindən bayramla əlaqədar MÜRACİƏT
“Elmi etika kodeksi” təsdiqlənib
“Beş-altı universitetdən başqa, digərləri beynəlxalq rəqabətə hazır deyil”

Kurort sistemində böhran - vətəndaş sağlamlığı təhlükədə, pullar isə qaranlıqda


Azərbaycanda sanatoriya-kurort sistemi bir vaxtlar sağlamlığın bərpası və xəstəliklərin profilaktikası üçün əvəzolunmaz sahə idi. İnsanlar burada həm istirahət edir, həm də peşəkar tibbi xidmət və təbii şəfa amillərindən yararlanırdılar. Lakin bu gün həmin sistem iflic vəziyyətindədir. Sanatoriyalar sağlamlıq mərkəzindən şəxsi maraqların bazarına çevrilib. AHİK sədri Sahib Məmmədovun vəzifəyə təyin etdiyi “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev kimi idarəçilik təcrübəsi olmayan şəxslərin əlində bu sistem sürətlə çökür. İndiki sanatoriyalar nə müalicəvi xidmət, nə də sağlamlıq turizmi baxımından heç bir ciddi standartı ödəmir.

Lay suyunu “termal” adı ilə camaata sırıyırlar

Ən böyük fırıldaqlardan biri odur ki, «Şıx» sanatoriyasında pasiyentlərə guya “termal müalicəvi su” təqdim edilir. Əslində isə həmin su Bibiheybət neft yataqlarındakı quyulardan çıxarılan plast (lay) suyudur. Bu suların tərkibində xloridlər, sulfatlar, neft qalıqları, ağır metallar və toksik maddələr normadan dəfələrlə artıqdır. Dünyanın heç bir ölkəsində belə su müalicə məqsədilə istifadə edilmir, əksinə, onların utilizasiyası xüsusi nəzarət altında həyata keçirilir. Azərbaycanda isə bu zəhərli su sanatoriyaya daşınır, qızdırılır və pasiyentlər vannalara salınır. Bu, açıq-aşkar cinayətdir.

Rəsmi qurumlar əlbir olub

Ən dəhşətlisi isə budur ki, bu cinayətdə bir yox, bir neçə dövlət qurumu iştirak edir.
SOCAR neft quyularından lay sularını çıxarır, Səhiyyə Nazirliyi Kurortologiya İnstitutu və “Azərsu” laboratoriyası həmin suya guya müsbət rəy verir, Ekologiya Nazirliyi göz yumur. Yəni, dövlət orqanları əl-ələ verib xalqın sağlamlığı ilə oynayırlar.
Əgər doğrudan da bu su “termal” olsaydı, AHİK rəhbəri Sahib Məmmədov çıxıb mətbuat qarşısında danışar, həmin suyun mənbəyini göstərər, açıq çəkiliş təşkil edərdi. Əksinə, o, susur və şikayətləri ört-basdır edir. Bu susqunluq isə bir daha sübut edir ki, təqdim edilən su - neft quyularının lay suyudur.

Xalqın düşmənləri kimlərdir?

Mətbuat dəfələrlə yazır, vətəndaşlar şikayət edir, hətta xarici ölkələrdən belə şikayətlər göndərilir. Amma nəticə yoxdur. Ərizələr “ötür-ötür” oyununa çevrilib, hamısı AHİK-ə qaytarılır və heç bir tədbir görülmür. Bəzi hallarda isə mətbuatda dərc olunan materialların silinməsi üçün təzyiqlər edilir. Əgər belə davam edirsə, deməli, bu xalqın sağlamlığını qəsdən təhlükəyə atanlar var.
Sahib Məmmədov və Çingiz Hacıyev bu oyunun əsas simalarıdır. Onlar xalqın sağlamlığını qurban verərək sanatoriyaları pul qazanmaq mənbəyinə çeviriblər. Bu, yalnız bir məsuliyyətsizlik deyil, bu, xalqa qarşı düşmənçilikdir.

Əlavə fəlakət – sanatoriyaların əraziləri

Sanatoriyaların əraziləri də bərbad vəziyyətdədir. Ərazilər icarəyə verilib, parklanma yerləri, çayxanalar, restoranlar fəaliyyət göstərir. Orada kabab bişirilir, araq içilir, meyxana musiqisi səslənir. Tüstü, yemək qoxusu, bayağı musiqi pasiyentlərin istirahətini tamamilə zəhərləyir. Halbuki sanatoriya sakitlik və müalicə yeri olmalıdır. Bu obyektlərdən yığılan icarə pullarının hara getdiyi isə qaranlıq qalır.


Zəhmətkeşlərin pulu korrupsiya şəbəkəsinə necə çevrilir?

Sanatoriyalardan əldə edilən gəlirlər və zəhmətkeşlərin maaşlarından qanunsuz olaraq tutulub yığılan üzvlük haqları, əslində, sağlamlıq xidmətlərinin keyfiyyətini yüksəltmək üçün xərclənməlidir. Amma “Kurort” QSC-də bu vəsaitlər xalqın sağlamlığına deyil, bir ovuc adamın cibinə axıdılır.
Əvvəllər 19 nəfərlə işləyən “Kurort” QSC-də bu gün ştat süni şəkildə 120 nəfərə şişirdilib. Bu yerlər real iş üçün deyil, yalnız baş direktor Çingiz Hacıyev və AHİK sədri Sahib Məmmədovun qohum-əqrəbələri, kəndçiləri, dost-tanışları üçün “maaş sexinə” çevrilib. Yüz minlərlə manat xalqın cibindən qoparılıb bu saxta ştatlara paylanır.
İşçilərin hüquqlarını müdafiə etməli olan həmkarlar ittifaqı indi onların qanını soran vampir quruma çevrilib. Bu fırıldağa qarşı çıxan, qanunsuzluğa imza atmaqdan imtina edən işçilər isə dərhal şərlənir, təhdid olunur və işdən qovulur.
Dünyanın heç bir ölkəsində həmkarlar ittifaqı belə çirkin alverlə məşğul olmur. Azərbaycanda isə bu gün “həmkar” adı altında işçilərin alın təri hesabına yığılan pul, korrupsiya şəbəkəsinin şəxsi büdcəsinə çevrilib.
“Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev isə iki gündən bir Türkiyəyə səfər edir. Görəsən nəyə gedir, nə aparır Türkiyəyə?

Tibbi savadı olmayan “otel qeydiyyatçısı” - müalicəyə rəhbər

Ən dəhşətlisi isə odur ki, sanatoriyaların tibbi xidmətinə rəhbərlik etmək həkimlərə yox, tibbi savadı belə olmayan bir otel qeydiyyatçısına - Gülgəz adlı şəxsə tapşırılıb.
Bu, Azərbaycan səhiyyəsinə qarşı açıq sabotajdır. Tibbi diplomu olmayan bir otelçi yüzlərlə savadlı həkim və tibb işçisinə göstəriş verir, onları idarə edir. Bu nonsens yox, xalqın sağlamlığı ilə açıq-aşkar məzəmmət etməkdir. Bu, birbaşa cinayət və insan həyatına qəsd deməkdir.
Otelçilər rəhbərlikdə olduğuna görə sanatoriya işi bu gün tamamilə məhv olur.

Mərdəkanda “Qaranguş” sanatoriyasını bağlayıb, yerində spa-otel tikmək planı - xalqın sağlamlığına açıq hücum

Mərdəkanda yerləşən “Qaranguş” sanatoriyasının bağlanması barədə qərar verildiyi bildirilir. Daha dəhşətlisi odur ki, sözügedən sanatoriyanın yerində guya “spa-otel” tikmək planlaşdırılır. Artıq investor da tapılıb.
Bu, sadəcə idarəçilik səhvi deyil - xalqın sağlamlığına qarşı açıq cinayətdir. Çünki sanatoriya müalicə-profilaktika müəssisəsidir, insanların sağlamlığını bərpa etmək və xəstəliklərin qarşısını almaq üçün yaradılmışdır. Onun yerində spa-otel açmaq isə sanatoriyanın mahiyyətini məhv etmək, onu kommersiya obyektinə çevirmək deməkdir.

Spa-otel planı - xalqın pullarını mənimsəmək üçün pərdə

Sanatoriya - dövlətin, zəhmətkeşlərin və həmkarlar ittifaqlarının illərlə topladığı vəsait hesabına tikilmişdir. Bu gün həmin obyektin spa-otel adı altında özəl biznesə çevrilməsi xalqın əmlakının mənimsənilməsi deməkdir. Spa otelin məqsədi müalicə yox, yalnız pul qazanmaqdır. Burada sağlamlıq yox, yalnız yüksək gəlir düşünülür.

Sual açıq qalır:

Əgər doğrudan da rəhbərlik “spa” layihəsinin sağlamlığa faydalı olduğunu iddia edirsə, niyə bunu ictimaiyyət qarşısında açıq şəkildə əsaslandırmır? Niyə mütəxəssisləri, jurnalistləri dəvət edib şəffaf müzakirə aparmır? Cavab sadədir: çünki bu, açıq-aşkar korrupsiya planıdır.

Sağlamlıq yox, biznes maraqları ön planda

Sanatoriyalar təkcə istirahət yeri deyil, dövlətin səhiyyə siyasətinin mühüm hissəsidir. Orada bəlneoloji müalicə, profilaktika, fizioterapiya və xüsusi pəhriz imkanları mövcuddur. Bu gün isə bütün bunlar məhv edilir. Onların yerində “spa” adı ilə ucuz masajlar, bədən baxımları və kosmetik prosedurlar təklif olunacaq. Yəni, xalqın sağlamlığı əldən alınır, əvəzində süni lüks satılır.
Mərdəkanda “Qaranguş” sanatoriyasını bağlayıb yerində spa-otel açmaq planı - xalqın sağlamlığına, sosial dövlət prinsiplərinə və həmkarlar ittifaqlarının mahiyyətinə qarşı birbaşa xəyanətdir.

“Bilgəh” kardioloji sanatoriyası - sağlamlıq mərkəzi yox, əmək düşərgəsi

Bir vaxtlar Sovet məkanında məşhurluğu ilə seçilən, minlərlə xəstənin sağlamlığını bərpa etdiyi “Bilgəh” kardioloji sanatoriyası bu gün faktiki olaraq əmək düşərgəsi ilə müqayisə olunur.
Son aylar sanatoriyada istirahət edən pasiyentlərin şikayətləri fasiləsizdir. Ən sarsıdıcı nümunə isə bu yaxınlarda Özbəkistandan gələn qonaqların başına gələnlərdir. Onlar burada bir neçə gün qalmağa belə dözməyərək, sanatoriyanı tərk etməli olublar.

Şikayətlərin mahiyyəti

Müalicə xidmətlərinin səviyyəsi: “Bilgəh” kardioloji sanatoriyasında xidmətlər o qədər aşağı səviyyədədir ki, sanatoriyaya gələnlər özlərini müalicə müəssisəsində deyil, sanki məcburi əmək düşərgəsində hiss edirlər.
Qida təminatı: Təklif olunan yeməklər nə qidalılıq baxımından, nə də keyfiyyət baxımından standartlara cavab verir. Pasiyentlərin sözlərinə görə, yeməklər kimyəvi qatqılarla hazırlanır, dadı yoxdur və sağlamlıq üçün təhlükəlidir.
Sanitar vəziyyət: Yeməkxanadan gələn dözülməz qoxular, iylərin qarşısını almaq üçün heç bir tədbirin görülməməsi pasiyentlərin vəziyyətini daha da ağırlaşdırır.

İctimai təhlükə

Əgər əvvəllər “Bilgəh” sanatoriyası yüksək səviyyəli tibbi xidmətləri ilə tanınırdısa, bu gün həmin ad yalnız kağız üzərində qalıb. Əslində isə insanların sağlamlığı ilə açıq şəkildə lağ edilir. Xaricdən gələn qonaqlar belə vəziyyətlə üzləşirsə, təsəvvür etmək çətin deyil ki, yerli vətəndaşlar hansı alçaldıcı “müalicə” şəraitinə məruz qalırlar.
“Bilgəh” kardioloji sanatoriyası hazırkı «Kurort» QSC rəhbərliyin məsuliyyətsizliyi nəticəsində sağlamlıq ocağından çox, xalqın səhhətini risk altına atan rüsvayçı bir məkana çevrilib. Bu, sadəcə idarəçilik biabırçılığı deyil – xalqın pullarını yeyib, sağlamlığı ilə oynayan korrupsiya sisteminin bariz nümunəsidir.
Sanatoriya-kurort sistemi bu gün müalicə yox, fırıldaq məkanıdır. Lay suyunu “termal” adı ilə camaata sırıyırlar, restoranlar pasiyentlərin üzərinə tüstü buraxır, şikayətlər boğulur. Bu xalqın dostu deyil, düşmənidir ki, belə bir cinayəti ört-basdır edir.
Əgər bu vəziyyət belə davam edərsə, Azərbaycan sanatoriyaları nəinki müalicə məkanı, əksinə, sağlamlığın məhv edildiyi təhlükəli zonalara çevriləcək. Beynəlxalq təşkilatlar - Avropa Spa və Termal Assosiasiyası, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqının müvafiq qurumları - artıq bu məsələyə müdaxilə etməlidir.
Çünki məsələ təkcə Azərbaycan vətəndaşlarının deyil, ölkəyə gələn xarici pasiyentlərin də həyatına, sağlamlığına birbaşa təhdiddir.
Əgər hökumət və beynəlxalq təşkilatlar dərhal tədbir görməsə, Azərbaycan sanatoriyaları sağlamlıq ocağı yox, zəhər ocağına çevriləcək.

P.S.  Redaksiya Səhiyyə Nazirliyi, AQTA, AHİK, “Kurort» QSC və digər dövlət orqanları, müəssisə və təşkilatlara da məsələyə münasibətlərinə yer ayırmağa hazırdır.

Oxşar xəbərlər


Bütün xəbərlər

Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA
Araz Paşayev Təhsil İnstitutunun direktoru təyin olunacaq? - İDDİA
Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...
Tramp administrasiyası Harvard Universitetini məhkəməyə verib
Bakıda qadın müəllim qətlə yetirilib: əri saxlanıldı - YENİLƏNİB
Məleykə Abbaszadə vəzifəsindən azad olunur? – RƏSMİ
Texnologiya Universitetinin Rektoru Yaşar Ömərov 500 manat müəllimlərdən tələbi var…
Qazaxda həmkarlar tərəfindən bayram süfrəsi açıldı
Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı...