Premyera elanı: “Mən, Lalə, bir də Şerlok Holms 2”
İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunacaq.
Bu barədə Modern.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, serialın təqdimat mərasimi 15 aprel tarixində saat 18:00-da Nizami Kino Mərkəzində keçiriləcək. Tədbirə giriş yalnız dəvətnamə ilə mümkündür.
Layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial 50 dəqiqəlik 12 seriyadan ibarətdir.


























