Məktəbdə ölüm halları... Gözlənilən nəticə
Son aylarda ard-arda məktəblərdə silahlı hücum xəbərləri eşidirik. Təəssüf ki, bu mənfur tendensiya artıq Azərbaycandan da yan keçmədi. Lakin bu nöqtəyə birdən-birə gəlinmədi; bunun siqnalları çoxdan verilirdi. Müəllimə söz atan, ona qarşı hörmətsizlik edən, mübahisə edən, zamanla müəllimi döyən, müxtəlif yollarla işindən uzaqlaşdıran şagird profili, indi artıq cana qəsd edəcək qədər "gözü qara" bir varlığa çevrilib.
Heç nə qəfil baş vermir. Hazırda cəmiyyətimizdə çox yanlış bir yanaşma formalaşıb: "Təki məktəbdə olmasın". Hadisə məktəb divarlarından kənarda baş verəndə sanki problem həll olunmuş kimi davranırıq. Lakin unuduruq ki, məqsəd "məktəbdə olmaması" yox, belə bir şəxsiyyətin yetişməməsi olmalıdır. "Məktəbdə olmasın" deyə-deyə yeniyetmələr arasında onlarla bıçaqlanma və ölüm hallarının şahidi olduq. Hadisənin məktəb binasında baş verməməsi sevinmək üçün əsas deyil.
Tehsilmedia.info olaraq dəfələrlə yazırıq, paylaşırıq: bəli, texnologiya əsridir, internetin mənfi təsirləri qaçılmazdır, təsir edən faktorlar artıb. Amma bu bəhanələrin arxasına sığınmaq çıxış yolu deyil. Yeni metodlar, yeni həll yolları düşünməliyik. Əks halda, insanlarda mərhəmət, vicdan, fədakarlıq və qayğı kimi ali hisslər yox olacaq; dünya isə mənəviyyatdan uzaq, ruhsuz "zombilər" meydanına çevriləcək.