Xəbər lentiwidget-title-icon

"Atam dedi ki, I olmasan, gimnastikaya qoymayacağam" - Ölkə birincisi
Tələbəyə yalnız bilik yox, istiqamət də vermək lazımdır – Elvin Muradzadə ilə söhbət
Premyera elanı: “Mən, Lalə, bir də Şerlok Holms 2”
Atırau Dövlət Universitetinin nümayəndə heyəti LDU-dadır
Universitetlərdə “ömürlük kreslo”: prorektorların təyinat sistemi DƏYİŞMƏLİDİR
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb
Akademik Zərifə Əliyevanın anım günüdür
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
ETN niyə susur?
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
"Kompetensiyaya əsaslanan imtahanlara keçirik" - Məleykə Abbaszadə
PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb
Naxçıvanın 127 şagirdi RFM-in yarımfinalında iştirak edəcək
Hansı bölgədə kişi müəllimlərin sayı daha çoxdur? - rəqəmlər AÇIQLANDI
Azərbaycan dilinin rəqəmsal ekosistemi üzrə tədqiqatlar aparılır
Azərbaycan Universiteti və “Azərbaycan Uşaqları” İctimai Birliyi memorandum imzalayıblar
Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır
Magistratura imtahanında iştirak ödənişi artacaq? - DİM
DİM məktəblərə 105 mindən çox tədris vəsaiti göndərib
Təhsilin İnkişafı Fondu 332 nəfərin IELTS xərcini qarşıladı
"Kompetensiyaya əsaslanan imtahanlara keçirik" - Məleykə Abbaszadə
Tarix fənni müəllimləri ilə görüş keçirilib
Məktəb tədbirləri: Bayram, yoxsa valideynlər üçün maddi yük?
Uğurdan sonrakı sükut: Birinci olmaq kifayətdirmi?

Tələbəyə yalnız bilik yox, istiqamət də vermək lazımdır – Elvin Muradzadə ilə söhbət



Mingəçevir Dövlət Universitetində son illər müşahidə olunan bir yenilik var: auditoriyalarda öyrənilən bilik artıq yalnız imtahan üçün deyil, layihə, startap, hakaton, real həllər üçün işlənir. Bu dəyişimin arxasında dayanan müəllimlərdən biri də İnformasiya texnologiyaları kafedrasının müəllimi, İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri, Ömürboyu Təhsil Məktəbinin Mühəndis Təkmilləşdirmə və Sertifikatlaşdırma bölməsinin müdiri Elvin Muradzadədir.

“Azərbaycan müəllimi” olaraq onunla söhbətimizdə həm Ömürboyu Təhsil Məktəbinin məqsədlərindən, tələbələrlə iş prinsipindən, həm də hakaton uğurlarının görünməyən tərəflərindən danışdıq.

Elvin müəllimin peşə yolu da diqqət çəkir. Bakı Dövlət Universitetində bakalavr, Mingəçevir Dövlət Universitetində magistr təhsili alan gənc müəllim hərbi xidmətini başa vurduqdan sonra Müəllimlərin İşə Qəbulu imtahanında yüksək nəticə göstərərək pedaqoji fəaliyyətə başlayıb. O, könüllü yerdəyişmə ilə cəbhə bölgəsində müəllim kimi çalışıb. Sonrakı illərdə Mingəçevir Dövlət Universitetində əvvəl laborant, sonra saathesablı müəllim, hazırda isə İnformasiya texnologiyaları kafedrasının müəllimi kimi fəaliyyətini davam etdirib. Eyni zamanda universitetdə innovasiya mühitinin formalaşdırılmasında mühüm rol oynayan İnkubasiya və Akselerasiya Mərkəzinə rəhbərlik edir. 2026-cı il martın 2-də isə rektorun qərarı ilə Ömürboyu Təhsil Məktəbinin Mühəndis Təkmilləşdirmə və Sertifikatlaşdırma bölməsinin müdiri vəzifəsinə təyin olunub.

Söhbətə elə Ömürboyu Təhsil Məktəbindən başladıq. Elvin müəllim bu qurumun mahiyyətini sadə, amma olduqca dəqiq izah edir:
“Bu gün təhsil diplomla bitən proses deyil. İnsan daim özünü yeniləməlidir. Ömürboyu Təhsil Məktəbinin əsas məqsədi də budur — müasir dövrün tələblərinə cavab verən bacarıqlar formalaşdırmaq, xüsusən mühəndislik, texnologiya və sertifikatlaşdırma istiqamətində gəncləri daha praktik mühitə hazırlamaq. Biz istəyirik ki, tələbə yalnız nəzəri bilik daşıyıcısı olmasın, həm də onu tətbiq etməyi bacarsın”.

Onun fikrincə, universitetdə uğur qazanmaq üçün artıq təkcə dərsə davamiyyət yetərli deyil. Müasir tələbə yeni ideya irəli sürməyi, komandada işləməyi, texnoloji trendləri izləməyi və özünü fərqli platformalarda sınamağı bacarmalıdır. Bu baxımdan Elvin müəllimin rəhbərlik etdiyi mühitdə startap, kibertəhlükəsizlik, robototexnika, süni intellekt, təqdimat bacarıqları və layihə idarəçiliyi bir-birini tamamlayan istiqamətlər kimi formalaşdırılır.

Söhbətimiz zamanı onun tələbələrlə iş üslubu da aydın hiss olunurdu. O, müəllimliyi yalnız dərs saatı ilə ölçmür. Auditoriyada başlayan proses laboratoriyada, klub fəaliyyətində, təlimdə, mentorluqda, bəzən də gecə saatlarına qədər davam edən hakaton hazırlığında davam edir. Elvin müəllim deyir ki, bəzən tələbənin özündə gördüyü potensialdan daha artığını müəllim görə bilir və məhz həmin anda müəllimin rolu ortaya çıxır: “Mən həmişə tələbələrə deyirəm ki, özünüzü yalnız fənn çərçivəsində düşünməyin. Bir ideyanız varsa, onu layihəyə çevirin. Problemi görürsünüzsə, həll axtarın. Sadəcə öyrənmək yox, yaratmaq da vacibdir. Tələbəyə yalnız bilik yox, istiqamət də vermək lazımdır”.

Mingəçevir Dövlət Universitetində son illər keçirilən və ya iştirak edilən bir sıra mühüm hakaton və startap yarışlarında Elvin Muradzadənin mentor kimi fəaliyyəti diqqət çəkir. Bakı Qida Hakatonunda “Agrinova” komandası ilə qazanılan qalibiyyət və 5000 avro mükafat, Almaniyanın Siegen Universiteti ilə birgə startapların inkişafı yarışmasında universitetin birinci yerə layiq görülməsi, “Urban Vision Mingəçevir 2026” çərçivəsində təşkil olunan 24 saatlıq “Startap və İnnovasiya Hakatonu”, Teknofest 2025 üçün komandaların hazırlanması, Beynəlxalq Robot Olimpiadasında finala yüksələn komandalar — bütün bunlar artıq təsadüf deyil, düşünülmüş iş sisteminin nəticəsidir.

Hakaton hazırlığından danışarkən Elvin müəllimin səsində xüsusi bir enerji duyulur. O, bu prosesi sadəcə yarışa çıxmaq kimi deyil, bir növ peşəkar məktəb kimi qiymətləndirir: “Hakaton çoxlarının düşündüyü kimi təkcə proqram yazmaq yarışı deyil. Burada zamanla yarış var, ideyanı formalaşdırmaq var, problemi qısa müddətdə analiz etmək var, komanda daxilində vəzifə bölgüsü var, təqdimat var, psixoloji hazırlıq var. Biz tələbələri hakatona hazırlayanda əvvəlcə onlara düşünmə modeli qururuq. Sonra ideyanın gücünü yoxlayırıq, daha sonra həllin real tətbiq imkanlarını müzakirə edirik. Nəhayət, təqdimat üzərində ayrıca işləyirik.

Onun sözlərinə görə, uğurun sirri parlaq ideyadan daha çox komandanın hazırlıq səviyyəsində gizlənir: “Bir çox hallarda yaxşı ideyası olan komanda sadəcə onu çatdıra bilmədiyi üçün geri qalır. Mən tələbələrə deyirəm ki, sizin işiniz yalnız məhsul hazırlamaq deyil, onu inandırıcı şəkildə təqdim etməkdir. Uğurun sirri intizamda, davamlı məşqdə, komanda daxilində etibarda və stres altında düzgün qərar verməkdədir”.Elvin müəllimin bu fikirlərini onunla çalışan tələbələrin baxışında da görmək olur. Hakaton hazırlıqlarında iştirak edən tələbələrdən Anar Ramazanlı “Azərbaycan müəllimi”nə bildirib ki, Elvin müəllim onlara yarışa yalnız texniki baxımdan yox, düşüncə tərzi baxımından da hazırlaşmağı öyrədib: “Elvin müəllimlə işləyəndə hiss edirsən ki, o səndən sadəcə nəticə gözləmir, səni inkişaf etdirmək istəyir. Hakatonlara hazırlıq zamanı bizə yalnız layihənin texniki tərəfini anlatmırdı. O, necə düşünmək, ideyanı necə qurmaq, təqdimat zamanı özünü necə aparmaq, komanda daxilində məsuliyyəti necə bölmək lazım olduğunu da öyrədirdi. Ən vacibi isə bizə inanırdı. O inam da bizi daha çox çalışmağa sövq edirdi.

Anarın sözlərində müəllim-tələbə münasibətinin mühüm bir cəhəti açıq görünür: Elvin Muradzadə tələbəni yönləndirən, amma onun yerinə düşünməyən müəllimdir. O, gənclərə hazır cavab verməkdən çox, onları cavaba aparan yolu göstərməyə üstünlük verir. Bəlkə də bu səbəbdəndir ki, onun ətrafında formalaşan tələbə mühiti yarışa bir dəfə qoşulmaqla kifayətlənmir, davamlı şəkildə yeni ideyalar və layihələr üzərində işləməyə başlayır.

Söhbətimizin bir məqamında Elvin müəllimdən soruşduq: bu qədər müxtəlif istiqamətdə — müəllimlikdə, mərkəz rəhbərliyində, mentorluqda, kibertəhlükəsizlikdə, startap ekosistemində — işləmək çətin deyilmi? Gülümsəyərək cavab verdi: “Çətindir, amma maraqlıdır. Çünki nəticəni görəndə bütün yorğunluq unudulur. Tələbənin ilk dəfə öz ideyasını inamla təqdim etməsi, yarışdan təcrübə qazanaraq qayıtması, öz üzərində işləməyə başlaması müəllim üçün ən böyük motivasiyadır. Məncə, müəllimin uğuru tələbəsinin sabahında görünür”.

Bu sözlər onun fəaliyyətinin əsas xəttini dəqiq ifadə edir. O, 32 elmi əsərin, 12 fənn proqramının, 1 dərs vəsaitinin müəllifidir. Cisco CCNA Cyber Ops və CEH kimi beynəlxalq sertifikatlara malikdir, universitetdə Kibertəhlükəsizlik Klubunu yaradıb, regionda üç dəfə CTF yarışması təşkil edib, AKTA eksperti, “Gələcək üçün bacarıqlar” layihəsi və Sup.vc üzrə rəsmi mentor kimi fəaliyyət göstərir. Lakin bu qədər işin arxasında görünən əsas fərqlənən yenə də müəllimlikdir — gəncin potensialını görmək, onu inkişaf etdirmək, ona gələcəyə gedən yolun ilk addımlarını daha inamla atdırmaq.Ömürboyu Təhsil Məktəbi də məhz bu yanaşmanın institusional davamıdır. Burada hədəf yalnız kurs keçmək və sertifikat almaq deyil. Məqsəd dəyişən dünyanın tələblərinə uyğunlaşa bilən, özünü daim yeniləyən, bazarın və texnologiyanın dilini başa düşən, ideyadan nəticəyə gedən yolu dərk edən gənclər formalaşdırmaqdır.

“Azərbaycan müəllimi” olaraq Elvin Muradzadə ilə söhbətdən ayrılarkən bir nəticə aydın olurdu: bəzi müəllimlər dərs deyir, bəziləri isə mühit yaradır. Elvin müəllim ikinci qəbildəndir. O, auditoriyada biliyi izah edən, laboratoriyada praktikanı göstərən, hakatonda tələbəyə güvən aşılayan, Ömürboyu Təhsil Məktəbində isə gələcəyin peşəkarını formalaşdırmağa çalışan müəllimdir. Bu isə təkcə peşə fəaliyyəti deyil, universitet həyatına, tələbə inkişafına və müasir təhsil düşüncəsinə verilən ciddi töhfədir.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Atam dedi ki, I olmasan, gimnastikaya qoymayacağam" - Ölkə birincisi
Tələbəyə yalnız bilik yox, istiqamət də vermək lazımdır – Elvin Muradzadə ilə söhbət
Premyera elanı: “Mən, Lalə, bir də Şerlok Holms 2”
Atırau Dövlət Universitetinin nümayəndə heyəti LDU-dadır
Universitetlərdə “ömürlük kreslo”: prorektorların təyinat sistemi DƏYİŞMƏLİDİR
Nazir müavini Qubada pedaqoji heyətlə görüşüb
Akademik Zərifə Əliyevanın anım günüdür
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
ETN niyə susur?
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
"Kompetensiyaya əsaslanan imtahanlara keçirik" - Məleykə Abbaszadə
PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir
“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb
Naxçıvanın 127 şagirdi RFM-in yarımfinalında iştirak edəcək
Hansı bölgədə kişi müəllimlərin sayı daha çoxdur? - rəqəmlər AÇIQLANDI
Azərbaycan dilinin rəqəmsal ekosistemi üzrə tədqiqatlar aparılır
Azərbaycan Universiteti və “Azərbaycan Uşaqları” İctimai Birliyi memorandum imzalayıblar
Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır
Magistratura imtahanında iştirak ödənişi artacaq? - DİM
DİM məktəblərə 105 mindən çox tədris vəsaiti göndərib