Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində olaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” Respublika müsabiqəsinin final mərhələsinin nəticələrinə əsasən qalib olaraq II yerə layiq görülən məktəbin IX sinif şagirdi Mirzəliyeva Nazlı Rəşid qızı ilə görüşüb.
İdarə müdiri şagirdi təbrik edərək, ona gələcəkdə daha yüksək uğurlar arzulayıb.
Qeyd edək ki, Nazlı Mirzəliyeva eyni zamanda bu ilki tədris ilində Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olaraq qızıl medal qazanmışdır.
Şagirdimizi və müəllimlərini təbrik edir, ona gələcək fəaliyyətində daha yüksək uğurlar arzulayırıq.