ATİAHİ Şəhər və Rayon Komitələrinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat yarışları keçirilib. Yarışlar respublikanın bütün şəhər və rayonlarını əhatə edib. Yarışın qalibləri ATİAHİ tərəfindən fəxri fərman ilə mükafatlandırılıblar.