Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzi”ndə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş açıq dərs-fotosərgi keçirilib.
Bu barədə "tehsil.media"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan dili müəllimi Məlahət Məmmədova şagirdlərinə Heydər Əliyevin ömür yolundan və müasir Azərbaycanın inkişafındakı rolundan danışıb. Onun rəhbərliyi dövründə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi məqsədilə irimiqyaslı beynəlxalq layihələrin həyata keçirildiyi, məhz Heydər Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanın hazırda güclü iqtisadiyyata və orduya malik dövlətə çevrildiyi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, xaricdə yaşayan azərbaycanlılarının gənc nəsli adı təkcə Azərbaycanın deyil, dünya tarixinə qızıl hərflərlə yazılan dahi şəxsiyyət Heydər Əliyevin vətənimiz və Cənubi Qafqaz bölgəsində sabitliyin, sülhün və barışın bərqərar olması naminə göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumata malik olmalıdır.