Xəbər lentiwidget-title-icon

İmtahandan maksimum nəticə göstərənlər olacaq? - PROQNOZ
Rezidenturaya qəbul imtahanının TARİXİ
IV “Maarifçi” təcrübə proqramına qeydiyyat başlayır
DİM kollektivi niyə bu qədər savadsızdır?
Sumqayıt 28 nömrəli məktəbdən sevindirici xəbər
“Bu tip sualları ancaq bizim təhsildən uzaq müəllim heyəti tərtib edə bilərdi” - Emma İbrahimova
Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik
DİM imtahan keçirib
Sumqayıt məktəblisi turnurin qalibi oldu
Daha çox uşaq bağçaya gedə biləcək - yeni ADDIM
“On minlərlə gənc xaricdə təhsil alıb ölkənin inkişafına töhfə verib”
Xaricdə təhsil üçün dövlət proqramına sənəd qəbulu başlayır – Tarix AÇIQLANDI
"Bu ilki imtahan keçən ilki buraxılış imtahanından çətin olub" - Təhsil ekspertindən RƏY
GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?
Eyni müqavilə iki dəfə? - Təhsil idarəsinin satınalması suallar doğurur - FOTOFAKT
58 mindən çox şagird imtahan verdi
9 nəfərdə mobil telefon aşkandı - imtahandan XARİC edildilər
Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
Ali təhsildə status problemi - Universitet anlayışı niyə dəyərini itirir?
Özəl məktəblərdə sertifikasiya - “Həmin müəllimlər imtahandan keçməlidir”
Təhsildə rasionallaşma: struktur dəyişiklikləri və strateji boşluqlar.
Deyirdilər "evdə otur, bozbaşını bişir" - Bolt sürücüsü Gülnar Kazımzadə
Suraxanı rayonunda qanunsuzluq
Təhsilin Zərif Gücü: Son 5 İlin Uğur Salnaməsi

Övladına sözünü keçirə bilmir, müəllimdən məsuliyyət tələb edir...

Övladına sözünü keçirə bilmir, müəllimdən məsuliyyət tələb edir...

. “Evdə bir və ya iki uşağına sözünü keçirə bilməyən və məsuliyyətini layiqincə yerinə yetirə bilməyən valideyn, müəllimdən yüzlərlə şagirdin məsuliyyətini tələb edə bilməz”.
Bu sözləri açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Ekspert qeyd edib ki, valideynlərin bütün məsuliyyəti müəllimlərin üzərinə atması doğru deyil:

“Biz çox müşahidə edirik ki, övladını repetitora qoyan valideynlər bəzən: “bizim o qədər işimiz var ki, övladlarımızla maraqlanmağa vaxtımız yoxdur”, kimi düşüncədə olurlar. Bu fikir ilə bütün məsuliyyəti müəllimlərin üzərinə yükləyirlər. Təbii ki, müəllimlərə müəyyən məbləğ ödənilir və bunun qarşılığında onlar da öz bilik və bacarıqlarını uşağa çatdırmalıdırlar. Ancaq müəllimlər arasında da müxtəlif psixologiyaya, biliyə və təcrübəyə sahib olanlar var.

Valideynlərin vaxtı olmadığını bahənə edərək övladı ilə maraqlanmaması çox yanlış addımdır. İnanın ki, uşaqlarının gələcəyini, təhsilini onlardan başqa heç kim maraqlanmayacaq. Ona görə də hər şeyi müəllimin öhdəliyinə buraxmaq olmaz”.

R. Nurəliyev qeyd edir ki, valideyn sosial mediaya ayırdığı vaxtın yarım saatını uşağının təhsilinə ayıra bilmirsə, bu, ciddi bir problem olduğunu göstərir:

“Az öncə də qeyd etdiyim kimi, bəzi valideynlər uşağını müəllim yanına göndərərək: “mənim işim bitti”, deyirlər. Səbəb olaraq da işlərini bəhanə edirlər. Mən həmişə belə deyirəm: “Hər bir müəllimin onlarla, yüzlərlə şagirdi var, amma valideynin bir və ya iki övladı var. Müəllim yüzlərlə şagirdin məsuliyyətini daşıyır, valideyn isə yalnız öz övladının”.

Bu səbəbdən problemi müəllimin üzərinə yıxmaqdansa, məsuliyyəti valideynin üzərinə qoymaq lazımdır. Müəllim dərsini keçir, lakin dərsi yaxşı mənimsəyə bilməyən şagirdlər də olur. Təbii ki, burada şagirdin potensialı da vacibdir. Amma valideyn hər zaman uşağının inkişafını izləməlidir.Evdə bir və ya iki uşağına sözünü keçirə bilməyən və məsuliyyətini layiqincə yerinə yetirə bilməyən valideyn, müəllimdən yüzlərlə şagirdin məsuliyyətini tələb edə bilməz”.
Ekspert son olaraq valideynlərə səslənib: “Əziz valideynlər, siz övladınızın təhsilində və tərbiyəsində birinci faktorsunuz. Buna görə də, övladınıza vaxt ayırmağı unutmayın”.

Azedu.az

Oxşar xəbərlər

Bütün xəbərlər