Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Daha çox uşaq bağçaya gedə biləcək - yeni ADDIM

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir. Yeni qanun dəyişikliyinə əsasən, məktəbəhazırlıq qrupları və məktəbəqədər təhsil bundan sonra məktəbdənkənar təhsil müəssisələrində də təşkil oluna biləcək.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d., məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, “Məktəbəqədər təhsil haqqında” qanunda bununla bağlı müəyyən maddələr mövcuddur.

Onun sözlərinə görə, həmin maddələr mülki təhsil müəssisələrində məktəbəqədər təhsilin təşkili və əhatəliliyinin genişləndirilməsi məqsədi daşıyır:

"Azərbaycanda məktəbəqədər təhsilin əhatə faizi uzun müddət çox aşağı olub - təxminən 16-17 faiz səviyyəsində. Ümumilikdə isə bu göstərici 20-21 faizi keçmirdi. Son dövrlərdə müxtəlif alternativ məktəbəqədər təhsil formalarının tətbiqi nəticəsində bu göstəricini 30-35 faizə qədər artırmaq mümkün olub.

Məktəbdənkənar müəssisələrdə mövcud olan boş otaqların və imkanların istifadəsi əlçatanlığın artırılması üçün yaxşı variant hesab oluna bilər. Çünki ölkə üzrə çox sayda məktəbdənkənar müəssisə fəaliyyət göstərir və onların əksəriyyəti yaxşı şəraitə malikdir. Binaları genişdir və ümumilikdə təhsil müəssisəsi formatında qurulublar. Bu imkanlardan istifadə məktəbəqədər təhsilin daha geniş yayılmasına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, proses müəyyən riskləri də özündə ehtiva edir və ciddi məsuliyyət tələb edir. Əsas məsələlərdən biri məktəbdənkənar müəssisələrdə məktəbəqədər təhsili bilən ixtisaslı kadrların olub-olmamasıdır. Yəni sual yaranır: bu sahə üzrə kifayət qədər mütəxəssis varmı? Əgər yoxdursa, bu kadrların hazırlanması üçün nə qədər maliyyə və resurs tələb olunacaq?

Əgər bu müəssisələrdə yalnız məktəbəqədər təhsil ixtisasını bitirən şəxslər çalışarsa, bu həm təhsilin keyfiyyətinə müsbət təsir edər, həm də iş axtaran mütəxəssislər üçün yeni imkanlar yaradar. Hazırda imtahan verərək növbədə gözləyən və iş tapmaqda çətinlik çəkən məktəbəqədər təhsil ixtisası məzunları üçün də bu əhəmiyyətli üstünlük ola bilər".

Xalidə Musayeva bildirib ki, 5 yaşlı uşaqlarla aparılan fəaliyyət ibtidai sinif müəllimləri tərəfindən hər zaman uğurlu nəticə vermir:

"Çünki ibtidai sinif müəllimləri əsasən ibtidai səviyyədə təhsil prosesinin təşkili üzrə hazırlanırlar. Halbuki 5 yaşlı uşaqlarla işləmək xüsusi yanaşma tələb edir və bu bacarıqlar əsasən məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan mütəxəssislərdə formalaşır.

Qrupların təşkili məsələsinə gəldikdə isə, bunun üçün şərait yaratmaq mümkündür. Otaqlarda lazımi avadanlıqlar yerləşdirilərsə, uşaqların yaş xüsusiyyətlərinə uyğun mühit qurularsa və onların istifadə edə biləcəyi materiallar təmin olunarsa, bu proses effektiv şəkildə təşkil edilə bilər.

Bundan əlavə, məktəbdənkənar müəssisələr Elm və Təhsil Nazirliyi tərəfindən hər il elan olunan qrant proqramlarında iştirak edərək məktəbəhazırlıq qruplarının yaradılması üçün maliyyə dəstəyi əldə edə bilərlər. Bu da fəaliyyətin daha geniş və keyfiyyətli təşkilinə kömək edə bilər.

Ümumilikdə bu uğurlu qərardlr. Lakin bəzi mühüm məsələlərə diqqət yetirilməsinin vacibdir. Ən əsas məsələ tədrisin ixtisaslı mütəxəssislər tərəfindən aparılmasıdır. Qeyri-ixtisasçı şəxslərin bu sahədə fəaliyyət göstərməsi təhsil prosesinin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Eyni zamanda bu fəaliyyətin hüquqi və təşkilati əsaslarının dəqiq müəyyənləşdirilməsi də vacibdir. Bunun üçün ayrıca bir nizamnamə hazırlanmalıdır. Mövcud sənədlər ümumi çərçivəni müəyyən etsə də, otaqların quruluşu, istifadə olunacaq avadanlıqlar, işləyəcək mütəxəssislərin tələbləri və proqramın təşkili kimi məsələləri tənzimləyən xüsusi sənədin qəbul olunması zəruridir. Belə bir sənəd bu prosesin daha səmərəli və sistemli şəkildə idarə olunmasına kömək edəcək".

Oxşar xəbərlər

Bütün xəbərlər