Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Ali təhsildə status problemi - Universitet anlayışı niyə dəyərini itirir?

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda ali təhsil müəssisələrinin növləri aydın şəkildə müəyyən olunub: universitet, akademiya və institut. Qanuna görə, bu anlayışların hər birinin fərqli funksiyası və missiyası var. Qanunda göstərilir ki, universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.

Akademiya müəyyən sahə üzrə ixtisaslaşmış ali məktəb kimi fəaliyyət göstərir. İnstitut isə konkret ixtisas istiqamətləri üzrə mütəxəssis hazırlayan və əsasən tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi kimi nəzərdə tutulur".

Bu sözləri AzEdu.az-a Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, lakin praktikada bu hüquqi bölgünün demək olar ki, tamamilə formal xarakter daşıdığı görünür:"Azərbaycanda ali təhlil müəssisələrinin böyük əksəriyyəti universitet statusu almışdır. Nəticədə qanunda nəzərdə tutulan struktur fərqləri faktiki olaraq aradan qalxmış, institut və akademiya anlayışları isə formal terminə çevrilmişdir. Əslində isə “universitet” statusu yalnız ad məsələsi deyil, məzmun və məsuliyyət məsələsidir. Universitet geniş elmi istiqamətlərə malik olmalı, fundamental tədqiqatlar aparmalı, müxtəlif fakültə və elmi məktəbləri özündə birləşdirməlidir. Əgər bir ali məktəb yalnız bir və ya bir neçə dar ixtisas üzrə fəaliyyət göstərirsə, onu avtomatik olaraq universitet adlandırmaq qanunun ruhuna və akademik məntiqə uyğun deyil.

Bu tendensiyanın bir neçə mənfi nəticəsi ortaya çıxır. Birincisi, ali təhsil sistemində institusional fərqlər itir. İkincisi, “universitet” anlayışının akademik çəkisi zəifləyir və adın özü devalvasiya olunur. Üçüncüsü isə ali məktəblərin inkişaf strategiyası ad üzərində qurulur, məzmun üzərində deyil.

Dünya təcrübəsində universitet statusu ciddi meyarlarla müəyyən olunur. Bir çox ölkələrdə universitet olmaq üçün geniş elmi istiqamətlər, doktorantura proqramları, ciddi tədqiqat infrastrukturu və beynəlxalq elmi fəaliyyət tələb olunur. Azərbaycanda isə bəzən institut səviyyəsində fəaliyyət göstərən qurumların belə universitet adlandırılması ali təhsil sisteminin struktur məntiqini zəiflədir.

Əgər qanunda universitet, akademiya və institut anlayışları ayrıca müəyyən olunubsa, bu bölgü reallıqda da işləməlidir. Əks halda qanunda yazılan anlayışlarla real ali təhsil sistemi arasında ciddi ziddiyyət yaranır.

Sadə bir sual ortaya çıxır: Əgər bütün ali məktəblər universitetdirsə, bəs onda universitet anlayışının fərqi və dəyəri nədir? Bu suala cavab verilmədən ali təhsil sistemində keyfiyyət və struktur haqqında ciddi islahatlardan danışmaq çətin olacaq".

Oxşar xəbərlər

Bütün xəbərlər