Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Məktəb-ailə, müəllim-valideyn münasibətləri arzuolunan səviyyədə deyil - SƏBƏB

Elm və təhsil

30-04-2024, 11:28

Məktəb-ailə, müəllim-valideyn münasibətləri arzuolunan səviyyədə deyil - SƏBƏB


İstəsək də, istəməsək də raılaşmaq zorundayıq ki, bu gün məktəb-ailə, müəllim-valideyn münasibətləri heç də arzu olunan səviyyədə deyil. Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar məktəb-vaıideyn münasibətlərində soyuqluq tendensiyası özünü daha qabarıq şəkildə biruzə verir. Təlim-tərbiyə sahəsində baş verən neqativ hallara görə qarşılıqlı ittihamlar irəli sürülür, məktəb valideyni, valideyn məktəbi günahlandırır. Ancaq, indi bir çoxları nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, ifrat dərəcədə virtuallıq buna şərait yaradır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi məktəb, müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib.
Kimdir günahkar?

Bəzən günahı valideynlərin məktəbə müdaxiləsinin həddən çox olmasında görürlər. Problemin səbəbini tanınmış təhsil eksperti, təhsilimizin ağsaqqalı Nadir İsrafilovla, AVMA İB-nin rəhbəri Şahin Rəcəblə və DİN-lə çözməyə çalışdıq. Ekspertlərin fikri ilə yanaşı mənə DİN-in ötən dərs ili üçün statistikası da maraqlı idi. Bilmək istəyirdim ki, valideyn-məktəb münasibətləri necə görünür hüquqi müstəvidən? 2022-2023 tədris ilində məktəb, yaxud valideynlər tərəfindən bir-birilərinə qarşı nə qədər şikayət daxil olub? Nəticə nə olub? Təəssüf ki, DİN-in Mətbuat Xidmətinin rəisi Anar Qafarov sorğumu cavabsız qoydu...İlk ekspertim Nadir müəllimin fikrincə bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, mühüm islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir.

Bəs niyə valideynlər təlim-tədris prosesinə dəstəkçi kimi yox, maneə kimi qəbul edilir? - sualımıza təhsil eksperti maraqlı arqument gətirir:

"Hələ ki, valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur. Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil, müəllimlərin valideynlərlə apardığı iş o qədər də ürəkaçan deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin inkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur.
Hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir. Cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri bir çox mütəfəkkirlərimizin yaradıcılığında da özünə geniş yer alıb, "təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir” kimi şüarlar irəli sürülüb".Nadir müəllim Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələri də önə çəkir:

" "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik. Yoxsa nə oldu ki, bir ara birdən birə cəmiyyətimizdə məktəbə edilən maddi dəstək müzakirə mövzusu oldu, "fond pulu”, "süpürgə pulu”, "kağız pulu”, "KSQ, BSQ pulu”, "printer üçün katric pulu” və s. bu kimi yeni anlayışlar dövriyyəyə buraxıldı, "Müəllimlər günü”, "8 mart Beynəlxalq qadınlar bayramı” adı ilə pul yığımına başlanıldı” kimi yazı başlıqları manşetlərin bəzəyinə çevrildi, məktəbin korrupsiyaya bulaşması haqqında fikirlər səsləndirildı, ayrı-ayrı müəllimlərə, məktəb rəhbərlərinə qarşı ittihamlar irəli sürüldü...

N.İsrafilovun fikrincə bir vacib məqamı da həmişə önə çəkməliyik ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz: "Valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və dünya praktikasında da bu mövcuddur. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır,
təhsili müəssisələrinin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi və idarəetmənin demokratikləşdirilməsi mexanizmi tətbiq olunur".Valideynlər hansı halda məktəbin fəaliyyətinə müdaxilə edə bilər?

Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları sırasında təhsilalanlar, təhsilverənlər, ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər kimi valideynlər və ya digər qanuni nümayəndələrin də yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək, təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək kimi hüquq və vəzifələri müəyyənləşdirilib. Valideynlər yalnız, qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri çərçivəsində məktəbin fəaliyyətinə müdaxilə edə bilərlər...

Təhsil sahəsində problemlər çox olsa da, Nadir İsrafilov nikbindir və ümid edir ki, məktəb-valideyn münasibətlərinin yeni müstəviyə qaldırılmasında maraqlı olan əsas tərəflərdən biri kimi valideynləri təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirmək olar. Bununla da şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləmək olar. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır...Azərbaycan Müəllim-Valideyn Assosiasiyası İctimai Birliyinin rəhbəri Şahin Rəcəb məsələyə fərqli rakusdan yanaşaraq məktəbə "valideyn müdaxiləsi" anlayışını ümimiyyətlə qəbul etmədiyini bildirdi:
"Məktəbə "valideyn müdaxiləsi" anlayışı, "bu müdaxilənin ifrat olması, yaxud qarşısının alınması" fikirlərini qəbul etmirəm, bu pedaqoji yanaşma deyil. Valideyn təhsilin sifarişçisidir, məktəbin, müəllimin bərabərhüquqlu, qarşllıqlı tərəfdaşıdır. Əksinə, biz uzun illər iş apardıq ki, valideynləri məktəbə, onun idarəolunmasına cəlb edək. "Təhsilin inkişafı strategiyası"nda da dövlət və ictimai xarakterli idarəetmə modeli təqdir edilir. Valideynin iştirakı olmadan təhsildə hər hansı bir prosesdə ugur qazanmaq mümkün deyil. Valideynin məktəbə davamlı ictimai nəzarəti əslində məktəbə və təhsilə dəstəkdir. Çünki, bu gün məktəb də valideyn dəstəyi olmadan öz funksiyasını tam icra edə bilməz".

Söhbət hansı növ dəstəkdən gedir? Maddi, yoxsa mənəvi?

Şahin Rəcəbin fikrincə, burada dəstəyin müxtəlif formalarından söhbət gedir: idarəetmədə ictimai nəzarət, təşkilati-texniki-maddi dəstək, uşaqların saglamlığı, təhlükəsizliyi, asudə vaxtının təşkili, mədəni kütləvi tədbirlər, xeyriyyə aksiyaları, açıq dərslərdə iştirak, davamiyyətə dəstək, psixoloji dəstək, tərbiyə məsələləri və s. Sadəcə valideynlərin bu işlərdə iştirakı və sivil təsiri üçün valideynlərin özlərinin pedaqoji maarifləndirilməsini təşkil etmək, valideyn-müəllim-şagird əməkdaşlığını gücləndirmək lazımdır. Müəllimdə, yaxud valideyndə günah axtarmaqdansa, məktəbdə ailə mühitini formalaşdırmaq, cəmiyyətdə müəllim nüfuzunu yüksəltmək lazımdır ki, biz uzun illər buna çalışırıq.
Niyə valideyn-məktəb münasibətləri dostluğa yox, gərginliyə meyllidir?

Şahin Rəcəbin fikrincə son dövrdəki anlaşımamazlığın bir neçə səbəbi var:
1. Təhsildə təlim-tədrisə tərbiyədən çox fikir verilməsi, tərbiyənin arxa planda qalması.
2. Ölkədə tərbiyə konsepsiyasının işlənilməməsi. ("Tərbiyə haqqında" Qanunun hazırlanıb qəbul edilməməsi)
3. Təhsilin ideologiyasız olması və milli ideologiya, milli mənəvi dəyərlər, milli tərbiyəyə diqqətin kifayət qədər yetirilməməsi
4. Valideynlərlə düzgün işin yuxarı səviyyədə qurulmaması, valideyn icmaları (VMA, assosiasiyalara) məktəb rəhbərləri və digər orqanlar tərəfindən kifayət qədər şəraitin yaradılmaması.
5. Dövlət icra orqanlarında valideynlərlə baglı rəsmi strukturun yaradılmaması.
6. Valideynlərin davamlı maarifləndirilməsinin kifayət qədər olmaması.
Assosiasiya rəhbərinin sözlərinə görə bu iş bir neçə ictimai təşəbbüslər və layihələrlə icra edilir ki, bu da kifayət deyil, məsələyə konseptual yanaşma lazımdır:
"Valideyn uşağın ilk psixoloqu və ilk müəlimidir, bunu unutmaq olmaz. O üzdən valideynə münasibət dəyişilməli, xoşməramlı əməkdaşlıq çərçivəsindən baxılmalıdır. Müəllimlər də məsuliyyətlərini artırmalıdlr ki, məktəbin funksiyası azalmasın, hər şey repetitor üzərində qurulmasın və müəllimin nüfuzu yüksəlsin".Şahin Rəcəb vətəndaş cəmiyyətinin təmsilçisi kimi bu sahənin inkişafı üçün atılan addımları da sadaladı və əmindir ki, görülən işlər də məktəb-valideyn münasibətlərinə müsbət tövhə verəcək:
"Bizim "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin keçən il icra etdiyi layihə milli tərbiyə modelinin (ailə nümunəsi) ölkədə hazırlanıb tətbiqi ilə baglı qanunvericilik təşəbbüsünün parlamentdə qaldırılması təklifinə həsr olunmuşdu. Bu il də yeni layihəyə başlayacayıq ki, bu da ilkin olaraq 15 rayonda müəllim nüfizunun bərpasına, ən nümunəvi müəllimlərin ictimaiyyətdə, KİV və sosial mediada təbliğinə yönələcək".

Oxunub: 893
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

9-02-2024, 11:39

"Valideyn-müəllim-şagird üçbucağı” - sosial media layihəsinə start verilir

Məktəblər

13-07-2023, 16:28

Valideynlər üçün “Yay məktəbi”nə start verilib

Məktəblər / Layihələr / Köşə

29-02-2024, 11:49

Müəllim-Şagird-Valideyn" münasibətləri. TƏKLİF! Bir çox problemlər bununla həll olunacaq...

Məktəblər / Gündəm

13-06-2023, 15:43

"Bütün sahələrdə problem olduğu halda ən çox qınağa tuş gələn məktəb və müəllim olur"

Köşə

20-02-2024, 13:06

Təhsil eksperti: "Bir çox valideyn övladından xəbərsizdir"

Araşdırma
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Məktəblərdə yeni fənn: Mədəniyyətin təhsilə qayıdışı nə vəd edir?
Elm və Təhsil
Bugün, 15:09
İdrak liseyində yaralanan müəllimin vəziyyəti açıqlanıb
Bugün, 15:08
Şəmkirdə bıçaqlanan yeniyetmə evə buraxılıb- YENİLƏNİB
Bugün, 15:07
Kibertəhlükəsizlik təhsili əmək bazarına inteqrasiya olunur
Bugün, 15:06
AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib
Bugün, 15:05
Bakıdakı təhsil müəssisələrinin nəqliyyata təsiri müzakirə edilib
Bugün, 15:05
İngilis dili imtahanlarına qeydiyyat elan edilir
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 15:09
    İdrak liseyində yaralanan müəllimin vəziyyəti açıqlanıb
  • Bugün, 15:08
    Şəmkirdə bıçaqlanan yeniyetmə evə buraxılıb- YENİLƏNİB
  • Bugün, 15:07
    Kibertəhlükəsizlik təhsili əmək bazarına inteqrasiya olunur
  • Bugün, 15:06
    AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib
  • Bugün, 15:05
    Bakıdakı təhsil müəssisələrinin nəqliyyata təsiri müzakirə edilib
  • Bugün, 15:05
    İngilis dili imtahanlarına qeydiyyat elan edilir
  • Bugün, 15:04
    Azərbaycanda azyaşlılara sosial media qadağası GÖZLƏNİLİR
  • Bugün, 15:03
    AzMİU-nun 50 illiyi İtaliya mətbuatında
  • Bugün, 15:02
    “Yeniyetmələrin müəllimləri təhqir etməsi adi hala çevrilib” - Psixoloq
  • Bugün, 13:20
    Müəllim nüfuzu — millətin gələcəyinin təminatı - MƏQALƏ
  • Dün, 19:50
    Universitetlər köklü problemləri həll etmədən reytinqlərdə necə yüksəlir?
  • Dün, 16:15
    Müəllimi güllələyən şagirdin “kumir”i terrorçu olub?
  • Dün, 16:13
    ​"Ramiz Mehdiyev ailəsi təmizləndi, bəs onun kadrı olan Sevinc Orucova niyə 'toxunulmazdır'?"
  • 7-02-2026, 22:48
    700-dən çox təhsil işçisi yanvar ayında tur və ekskursiyadan yararlanıb. :Araz Paşayev paylaşım edib.
  • 7-02-2026, 15:13
    Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcək
  • 7-02-2026, 15:12
    Şagirdlərin dərsdə iştirakı ilə bağlı iddiaya aydınlıq gətirilib- RƏSMİ
  • 7-02-2026, 13:08
    Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama
  • 7-02-2026, 12:34
    Kafedra sistemindən imtina ali təhsildə dönüş nöqtəsi ola bilər
  • 7-02-2026, 12:33
    Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • 7-02-2026, 12:32
    Agentliyin direktoru ilk dəfə regionda vətəndaş qəbulu təşkil edib
  • 7-02-2026, 12:32
    “Sabahın alimləri” sərgi iştirakçıları müəyyənləşib
  • 7-02-2026, 12:31
    Nazir müavini: İntellektual gənclik cəmiyyəti irəli aparır
  • 7-02-2026, 12:30
    Məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır
  • 6-02-2026, 16:35
    İmtahan üçün yox, həyat üçün lazım olan fənlər
  • 6-02-2026, 16:22
    Monitorinq naminə qanunsuzluq: Təhsili xilas edirik, yoxsa məhv edirik?
  • 6-02-2026, 15:36
    "İdrak" Liseyində hansı məşhurların övladları təhsil alır? - MARAQLI
  • 6-02-2026, 15:35
    Müəllimə atılan güllə təhsilə dəydi - Hadisənin ilkin analizi
  • 6-02-2026, 15:34
    Atəş açan şagird psixopat yox, sosiopatdır - Psixoloq
  • 6-02-2026, 15:34
    Gənc tədqiqatçılar BMU-da
  • 6-02-2026, 15:24
    "İdrak" insidentlə bağlı müraciət etdi: Dərslər davam edir
  • 6-02-2026, 13:01
    Azərbaycan Texniki Universiteti (AzTU) tədris binalarında əsaslı təmir başlanır.
  • 6-02-2026, 13:00
    Məktəbdə döyüldüyü iddia edilən şagirdin son durumu
  • 6-02-2026, 12:59
    Beynəlxalq standartların Azərbaycanda tətbiqi qaydaları təsdiqləndi
  • 6-02-2026, 12:58
    “İdrak” liseyinin rəhbəri danışdı - Hadisə sinif otağında baş verib
  • 6-02-2026, 12:57
    Müəllimini güllələyən şagird saxlanıldı - cinayət işi açıldı
Daha çox
2-02-2026, 21:35
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
4-02-2026, 00:01
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində açıq şantaj: qanun yox sayıldı, direktorlar pul verməyə məcbur edildi
4-02-2026, 13:32
Tam orta statusu kağız üzərində qalan məktəb: Arvana kəndində təhsilin acı mənzərəsi
3-02-2026, 08:15
Müsabiqə ilə işə qəbul – bəs idarəetmə bacarığı?
5-02-2026, 22:06
Olimpiada qaliblərinin sonrakı taleyi
5-02-2026, 16:31
Bir müəllimin tək arzusu: övladının gələcəyini xilas etmək
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə