Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

ADA Universitetində Dizayn və Memarlıq fakültəsinə həsr olunmuş “Açıq qapı” günü keçirilib

ADA Universitetində Dizayn və Memarlıq fakültəsinə həsr olunmuş “Açıq qapı” günü keçirilib

ADA Universitetində İtaliya-Azərbaycan Universiteti çərçivəsində yeni təqdim edilən Dizayn və Memarlıq fakültəsinin bakalavr ixtisasları barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə “Açıq qapı” günü keçirilib.

Universitetdən bildirilib ki, “Memarlıq” və “İnteryer dizayn” bakalavr ixtisaslarının tədris ediləcəyi fakültə Milan Politexnik Universiteti ilə birgə təqdim olunur. Milan Politexnik Universitetinin Dizayn və Memarlıq fakültələrinin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə 10 və 11-ci sinifdə təhsil alan şagirdlər və onların valideynlərinin maraqlandığı məqamlara aydınlıq gətirilib.

Milan Politexnik Universitetinin rektor müşaviri və Dizayn fakültəsinin professoru Silvia Ferraris qeyd edib ki, Milan Politexnik Universitetinin bu layihədəki rolu ADA Universitetinin innovativ təhsilə, beynəlxalq əməkdaşlığa və ölkənin milli kadr potensialının inkişafına verdiyi önəmi bir daha vurğulayır.

Universitetin professorları Nora Lombardini və Marko Bovati qeyd edib ki, bu fakültə vasitəsilə Milan Politexnik Universiteti tələbələri real iş mühitinə hazırlayan praktiki, layihə mərkəzli öyrənməni vurğulayaraq, tədrisə özünün məşhur “Politexnik” yanaşmasını gətirəcək.

Daha sonra ADA Universitetinin Qəbul şöbəsinin əməkdaşı Elşad Göyüşov bakalavr proqramları, tələbə həyatı, təhsil haqqına güzəştlər, bu ixtisaslar üçün tətbiq olunacaq fərqli qəbul qaydaları və gələcək iş imkanları barədə məlumat verib. O bildirib ki, bu ixtisaslara qəbul DİM və SAT imtahanları vasitəsilə həyata keçiriləcək və qabiliyyət imtahanı tələb olunmayacaq.

Qeyd edək ki, sözügedən ixtisaslar üzrə dərslər Bakı və Şəki kampuslarında tədris ediləcək, bu yolla tarixi təcrübə müasir akademik tədris metodları ilə gənc nəslə ötürüləcək.

Xatırladaq ki, İtaliya memarlığının konservasiyası və modernləşdirilməsi sahəsində geniş təcrübəsindən bəhrələnən və ADA Universitetinin tarixi binaları bərpa etmək və onları təhsil institutuna çevirmək missiyasını özündə birləşdirən Dizayn və Memarlıq fakültəsi təhsil sahəsində “miras dirçəlişi”ni və beynəlxalq əməkdaşlığı özündə əks etdirir.

Oxşar xəbərlər

Bütün xəbərlər