Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

AZMİU-da peşəkarlarla tələbələrin görüşü təşkil olunub

AZMİU-da peşəkarlarla tələbələrin görüşü təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Buziness Club” və “Archeda Group”un təşkilatçılığı ilə “Dizayn dediyin belə olar!” adlı təlim-seminar keçirilib.

tehsilmedia.info xəbər verir ki, 200-ə yaxın tələbənin iştirak etdiyi seminarın məqsədi dizayn ixtisası üzrə təhsil alan tələbələri bu sahənin incəlikləri, yenilikləri ilə bağlı məlumatlandırmaq olub.

AzMİU THİK-nın sədri Şahmar Rəfili belə təlim xarakterli seminarların keçirilməsinin universitetdə artıq ənənə halını aldığını vurğulayıb, tələbələrin öz ixtisaslarını daha yaxşı mənimsəmələrinə, ixtisasları üzrə gələcək fəaliyyətlərinə və praktiki vərdişlərə yiyələnmələrinə müsbət təsir edə biləcəyinə qeyd edib.

Təlimdə AzMİU-nun məzunu, dizayner Afaq Həşimli və Mustafa Yusifov çıxış ediblər. Hazırkı dövrdə dizayn inkişafının tendensiyalarından, dizaynın sosial sferada rolundan danışıblar.

Daha sonra Əsmər Zöhrablı interyer dizayn, Aytac İsmayılzadə isə qrafik dizayn üzrə tələbələrə təlim keçiblər. İş qabiliyyəti ilə yanaşı, zövqü, ideyaları formalaşdıran dizayn sahəsində daha sürətli inkişaf etməyin sirləri izah olunub.

Tələbələrlə diskussiya şəklində davam edən seminarda onları maraqlandıran suallar əhatəli cavablandırılıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ilindən başlayaraq AzMİU-da Dizayn fakültəsi yaradılacaq və universitetin Memarlıq fakültəsinin tərkibində tədris olunan dizayn ixtisasları yeni fakültəyə veriləcək. Bunu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetdə dizayn kafedrasının yaradılmasının 25 illiyinə həsr olunan Dizayn Sərgisində ictimaiyyətə açıqlayıb.

Məlumat üçün bildirək ki, AzMİU-da dizayn ixtisası üzrə kadr hazırlığına 1994-cü ildən başlanılıb. 1998-ci ildə “mühit dizaynı” ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı. Universitetdə dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlar başladılıb, beynəlxalq əməkdaşlıqlar qurulub. Xüsusilə qeyd etmək lazımdır ki, xarici təcrübəni daha dərindən öyrənmək üçün 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”na əsasən universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi yaradılıb. Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti oldu. Mərkəzdə başladılan və uğurla davam etdirilən əlaqələr nəticəsində AzMİU ilə Milan Politexnik Universiteti arasında dizayn ixtisası üzrə ikili diplom proqramına başlanılıb və bu proqram davam edir.

Oxşar xəbərlər

Bütün xəbərlər