Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıda yerləşən universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.

Bakıda yerləşən universitetlər hansı bölgələrə köçürülə bilər? Bəs yeni universitetlər hansı ərazilərdə açılmalıdır?

Redaktor.az-a danışan professor, filologiya elmləri doktoru Vüsalə Ağabəyli qeyd etdi ki, bu məsələ uzun müddətdir müzakirə olunur. Onun fikrincə, hər halda layihə olaraq ciddi şəkildə təhlil aparılıb sonra həyata keçirilməlidir:

"Yəni sırf "universitetlər rayonlara köçürülməlidir deyib" addım atmaq olmaz, hansı universitetin və ya hansı fakultənin köçürülməsi bizə nə verə bilər, bunu düşünərək bu ideyanı həyata keçirmək doğru olar. Əslində, ideya olaraq regionların sosial-iqtisadi inkişafı baxımından mühüm addım kimi qiymətləndirilə bilər. Belə təşəbbüs yalnız təhsil sisteminin deyil, həm də regionların elmi, mədəni və iqtisadi potensialının gücləndirilməsinə, maariflənməyə xidmət edə bilər".

Hansı universitetlərin köçürülə biləcəyi məsələsinə gəldikdə isə, professor hesab edir ki, bu proses daha çox ixtisaslaşmış və struktur baxımından çevik olan ali məktəblərə aid olmalıdır:

"Məsələn, texniki, kənd təsərrüfatı, turizm və ya regional iqtisadiyyatla bağlı profilli universitetlərin müəyyən fakültə və ya kampusları, korpusları regionlara köçürülməsi daha məqsədəuyğun ola bilər. Bu, həm təhsil proqramlarının yerli iqtisadi ehtiyaclarla uyğunlaşmasına, həm də praktiki əməkdaşlığın genişlənməsinə şərait yaradar.
Regionlara gəldikdə isə universitetlərin köçürülməsi üçün hər halda, ilk növbədə inkişaf potensialı yüksək olan və strateji mövqedə yerləşən bölgələr nəzərdən keçirilməlidir. Məsələn, Qarabağ, eyni zamanda Gəncə-Qazax, Şəki-Zaqatala və Lənkəran-Astara regionları ali təhsil infrastrukturu baxımından genişlənmə üçün əlverişlidir. Bu bölgələrdə universitetlərin fəaliyyət göstərməsi yalnız gənclərin paytaxta axınının azalmasına deyil, həm də regionlarda intellektual mühitin formalaşmasına da şərait yaradar. Əksər rayonlarda böyük kitab kafeləri, mağazaları yoxdur, sosial məkanlar azdır. Bu ideya düzgün şəkildə həyata keçirilsə təhsil və mədəni mühit xeyli inkişaf edə bilər".

V. Ağabəyli vurğuladı ki, yeni universitetlərin yaradılması baxımından, xüsusilə son illərdə sürətlə inkişaf edən və bərpa olunan ərazilər diqqət mərkəzində ola bilər:

"Qarabağda yeni ali təhsil müəssisələrinin açılması həm strateji, həm də simvolik əhəmiyyət daşıyır. Bundan əlavə, turizm potensialı yüksək olan Şəki-Zaqatala və Lənkəran-Astara regionlarında da ixtisaslaşmış universitet və ya ali məktəb kampuslarının yaradılması məqsədəuyğun ola bilər və fəaliyyəti də real olaraq praktikaya əsaslanar. Əlbəttə ki, strateji planlama və düzgün hədəfləri nəzərə almaqla, müvafiq universitetlərin regionlara köçürülməsi və yeni ali məktəblərin açılması planlı şəkildə həyata keçirildiyi halda, bu addım ölkədə təhsilin daha balanslı inkişafına, regional bərabərliyin güclənməsinə və gənclər üçün yeni imkanların yaranmasına, iş mühitinin formalaşmasına, regionlarda sosial fəaliyyətin artmasına müsbət mənada şərait yarada bilər".

Oxşar xəbərlər

Bütün xəbərlər