Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

ADA Universitetinin fəaliyyəti: xalqa xidmət etmək kontekstində

Ali təhsil

2-05-2023, 21:22

ADA Universitetinin fəaliyyəti: xalqa xidmət etmək kontekstində

 

Azərbaycanın təhsil sistemində xüsusi yer tutan ADA Universiteti yarandığı gündən sadəcə vəzifəsini yerinə yetirmək deyil, həmçinin xalqa xidmət etmək məramı ilə fəaliyyət göstərir.

2006-cı ildə Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilmiş, səkkiz il sonra universitet statusu almış ADA bu gün ölkəmizin nəinki təhsil mühitində, həmçinin ictimai-siyasi həyatında mühüm yer tutur. Bütün bunlarda universitetin rektoru səfir Hafiz Paşayevin mühüm xidmətləri var.

AZƏRTAC ADA Universitetinin uğurlu fəaliyyətini təmin edən amilləri nəzərdən keçirir.

"ADA Universiteti insan və vətəndaş yetişdirir”

Hafiz müəllimin mənsub olduğu soy-kökün nümayəndələri Azərbaycan ictimai-ədəbi fikir tarixində, elm və təhsil sahəsində böyük xidmətlər göstərmiş şəxsiyyətləri ilə tanınıb. Hafiz müəllim də böyük Mir Cəlal ocağının parlaq ənənələrini layiqincə yaşatmaqdadır. Bu ənənələrin qayəsində xalqa xidmət etmək missiyası dayanır. 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasının yaradılması da xalqa xidmət etmək, Azərbaycanı beynəlxalq məkanda təmsil edəcək peşəkar kadrlar yetişdirmək məramından qaynaqlanırdı. Bu təhsil ocağının yarandığı gündən bəri fəaliyyətini zaman-zaman genişləndirməsi, beynəlxalq təhsil standartlarını əhatə etməsi, dövrün tələblərinə cavab verən ixtisasları diqqətdə saxlaması ona Universitet statusunun verilməsi ilə nəticələndi.

Görkəmli alim və ziyalı Hafiz Paşayev qurub-yaratdığı və rəhbərlik etdiyi ADA Universitetində hesabatlılıq və şəffaflıq mühiti formalaşdırıb. Burada hər bir işçi istedadı və bacarığına görə seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata keçirmək üçün ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə təşviq edərkən onların yollarında olan maneələri və çətinlikləri aradan qaldırmaq - bütün bunlar Hafiz müəllimin xarakterini əks etdirən liderlik xüsusiyyətlərindəndir. O, tabeliyində olan şəxslərin layihələrini uğur hekayələrinə çevirmələrinə yardımını əsirgəmir.

Rektor Paşayev təvazökar və sadə insandır. Tələbə və işçilərlə birgə nahar edir, onlarla danışmağı, uğurlarını və qayğılarını dinləməyi xoşlayır. Hafiz müəllim deyir ki, biz, ölkəmizin gələcəyinin bu günün sinif otağında qurulduğunu dərk edirik: "Buna görə də tələbələrlə işlərimizdə addımlarımızı məhz Azərbaycanın gələcəyini düşünərək atırıq. Yüzlərlə gəncin qarşısına çıxan müəllim tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq qaldığı prinsipləri, davranış tərzi, tələbələrə yanaşması və qayğıkeşliyi, Vətənə xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi ruhuna görə nümunə olmalıdır. ADA müəlliminin vəzifəsi tək sinif otağında dərs saatları ilə bitmir. O, bu vəzifəni yaşayır. Çünki ADA müəllimi tək mütəxəssis yetişdirmir. O, ən başlıcası, insan və vətəndaş yetişdirir”.

Universitetdə "Açıq qapı” siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında alınmasına dəyərli töhfə verir. Hafiz müəllim səbirlidir, müsahiblərini anlayışla dinləyir.

Rektor Paşayev həqiqi bir alim kimi tədqiqat və təlimin əsl dəyərini yaxşı bilir. Universitetin prorektoru Fariz İsmayılzadə bu barədə deyir: "Bizim Universitetdə prioritetlərdən biri peşəkarlığın inkişafının təşviqinə vəsait ayrılmasıdır. Məsələn, ADA müəllim heyətinin imkanlarının artırılması naminə həm fərdi tədqiqatlar, həm də beynəlxalq potensial inkişaf proqramları və təlimlər həyata keçirilir. Tədqiqat işlərinə əksər hallarda özü rəhbərlik edir”.

Rektor Paşayev hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik və inkişaf axtarışındadır. Daim qurmaq və yaratmaq istəyir. Onun yeni proqramlar, şöbələr, tədqiqat mərkəzləri və hətta ADA nəzdindəki orta məktəbə dair uzaqgörənliyi Universitetin strategiyasını gözəl müəyyənləşdirir. Ən çətin vəziyyətlərdə belə ümidini itirmir, həmişə məğrur və qətiyyətlidir.

Hafiz müəllimin simasında alim, pedaqoq, diplomat və rəhbər şəxs kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə üzvi şəkildə birləşib. Yüksək təşkilatçılıq qabiliyyəti, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirən platforma

ADA Universiteti 2021-ci il aprelin 10-13-də "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 2022-ci il aprelin 29-da "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”, noyabrın 25-də "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfranslara ev sahibliyi edib. Bu tədbirlərin hamısında Prezident İlham Əliyev çıxış edib, çoxsaylı sualları cavablandırıb. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin, analitiklərin, beynəlxalq ekspertlərin iştirak etdikləri bu konfranslar regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirib.

İtaliya-Azərbaycan Universiteti - iki ölkə arasında münasibətlərin yeni səhifəsi

İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. 2022-ci il aprelin 2-də ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub. ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. ADA Universiteti ilə həmin universitetlər arasında anlaşma memorandumu imzalanıb.

Ötən il İtaliyaya işgüzar səfər edən Prezident İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı İtaliya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını, təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlanıldığını söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Prezident həmin çıxışında bir mühüm məsələyə də diqqət çəkib: "Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq”.

"Bir müəllimin manifesti”: Qazaxdan Vaşinqtonadək

Prezident İlham Əliyevin "Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 3 noyabr tarixli Sərəncamı ölkəmizdə təhsil ənənələrinə dövlət səviyyəsində diqqətin bariz nümunələrindən biridir. ADA Universitetinin 2021-ci ildə Seminariyanın tarixi binasının bərpası, eləcə də "Bir müəllimin manifesti” təhsil proqramına başlaması, bu proqramın Qazaxda, ADA Universitetində və Universitetin ABŞ-dakı Mərkəzinin yerləşdiyi Vaşinqtonda reallaşdırılması təhsil tariximizin qürurverici səhifələridir. Universitetin akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyir ki, 2021-ci il oktyabrın 1-dən fəaliyyətinə start verilən "Bir müəllimin manifesti” adlı təhsil proqramı, əslində, rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır.

ADA Universitetinin təşəbbüsü ilə "Azərbaycan” qəzeti və "Vətən dili” dərsliyinin, eləcə də "Azərbaycan” yazıları” seriyasından "Ömər Faiq Nemanzadə” kitabının latın qrafikasında nəşr edilərək ictimaiyyətə təqdim edilməsi ölkəmizin ictimai-siyasi və təhsil həyatında tarixən mövcud olmuş ən gözəl xüsusiyyətlərin yeni nəsillərə çatdırılması baxımından ADA-nın həyata keçirdiyi dəyərli layihələrdəndir.

Oxunub: 240
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

19-04-2023, 20:49

Qazax Müəllimlər Seminariyasında görüş olub - FOTO

Ali təhsil

20-04-2023, 09:56

BDU-nun professor-müəllim heyəti Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində - FOTOLAR

Ali təhsil

24-04-2023, 12:09

Azərbaycan Universiteti və Sosial Hüquqlaırn Araşdırılması İctmai Birliyi əməkdaşlıq edəcək

Ali təhsil

24-04-2023, 15:00

Azərbaycan Universiteti və Sosial Hüquqlaırn Araşdırılması İctmai Birliyi əməkdaşlıq edəcək

Elm və təhsil

28-04-2023, 21:34

"Zərifə xanım Əliyeva Azərbaycanın tibb elmində parlaq səhifələr açıb"

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 15:45
Lisey və gimnaziyalara seçim prosesi başlanılır
Dün, 15:44
Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib
Dün, 15:43
Gənclərin ixtisas qərarına kimlər necə təsir edir?
Dün, 15:42
Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
Dün, 15:41
İntizam, yoxsa sərbəstlik: Hansı təhsil sistemi daha effektivdi?
Dün, 15:40
Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 12:12
    Rusiyanın mədəni abidələrə qarşı ikili standartarı
  • Dün, 15:45
    Lisey və gimnaziyalara seçim prosesi başlanılır
  • Dün, 15:44
    Cəlilabadda məktəb-liseyin statusu dəyişdirilib
  • Dün, 15:43
    Gənclərin ixtisas qərarına kimlər necə təsir edir?
  • Dün, 15:42
    Xarici dillər təmayüllü gimnaziyada ibtidai siniflər bağlanır? - Rəsmi CAVAB
  • Dün, 15:41
    İntizam, yoxsa sərbəstlik: Hansı təhsil sistemi daha effektivdi?
  • Dün, 15:40
    Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq
  • Dün, 15:39
    Məzunları Britaniya təhsilini təbliğ edir
  • Dün, 15:39
    Bakıya müəllim axını dayanacaq?: Bölgələrdə təhsil balansını DƏYİŞİR
  • Dün, 15:38
    Bu şəxslər ixtisas seçimində iştirak edə bilməyəcək - DİM Peşə Təhsili
  • Dün, 15:37
    Xaricdə təhsil: 351 nəfər Dövlət Proqramını başa vuraraq ölkəyə qayıdıb
  • Dün, 15:36
    Gürcüstanda bağçada uşaqlara qarşı zorakılıq iddiası: Bağça işçisi saxlanılıb
  • 5-08-2025, 13:41
    ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
  • 5-08-2025, 13:34
    Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender
  • 5-08-2025, 11:43
    Şirvan-Salyanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ
  • 5-08-2025, 11:42
    Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ
  • 5-08-2025, 11:41
    Serbiyada tələbə etirazlarına BMT tənqidi
  • 5-08-2025, 11:40
    Uşaqlarda nitq inkişafı: Valideynlər nə zaman narahat olmalıdır?
  • 5-08-2025, 11:40
    Bullinq: Zarafat deyil, zorakılıqdır
  • 5-08-2025, 11:35
    Qarabağ Universitetinin prorektoru vəzifəsindən azad edildi
  • 5-08-2025, 11:35
    Tayvan çip sahəsində beynəlxalq tələbələrə investisiya edir
  • 4-08-2025, 12:34
    “Kompüter elmləri” üzrə tam təqaüdlü ikili diplom proqramı
  • 4-08-2025, 12:33
    Uşaqların sağlam qidalanması: Fiziki və zehni inkişafda əsas faktor
  • 4-08-2025, 12:32
    Aşan avtomobildə ölən şəxs müəllimi imiş
  • 4-08-2025, 12:31
    Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?
  • 4-08-2025, 12:30
    Bu abituriyentlərin 95%-i universitetə qəbul ola bilməyəcək
  • 4-08-2025, 12:30
    Yeni Cənubi Uelsdə təqaüdçü müəllimlərlə əməkdaşlıq başlanıb
  • 3-08-2025, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • 3-08-2025, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • 3-08-2025, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • 3-08-2025, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
Daha çox
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
5-08-2025, 13:41
ETİHİ-nin dəstəyi ilə məktəb direktorları Avropa təcrübəsini öyrəniblər
5-08-2025, 11:43
Şirvan-Salyanın yüksək nəticə ilə fərqlənən ŞAGİRDLƏRİ
3-08-2025, 12:29
Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə