Xəbər lentiwidget-title-icon

Naxçıvanda 3698 şagird məzun olur
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin NƏZƏRİNƏ
Kenquru müsabiqəsinin final nəticələri AÇIQLANDI
Qazax kollecinə yeni direktor təyin edilib
"Bilbacar" müsabiqəsinin final mərhələsi keçiriləcək
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
AzTU SABAH proqramları üçün müəllim vakansiyası elan edir
Keçmiş qaliblər uşaqları olimpiadaya hazırlaşdırırlar
37 mindən çox 11-ci sinif şagirdi məktəbi bitirir - BŞTİ
Doktorant və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək – ƏMR
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Aşura gününün vaxtı açıqlanıb
BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 7-ci sinfə şagird qəbulu elan edir
Naxçıvanda MİQ üzrə vakant yerlər elan olundu
Rektor: Regionda ilk dəfə qeyri-akademik TRANSKRİPT təqdim etməyə başlayırıq
“Müasir metodist” müsabiqəsinin nəticələri AÇIQLANIB
UNEC tələbələri təhsil müddətində staj proqramlarına cəlb olunacaqlar – YENİLİK
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib
Elm və təhsil naziri YÖK sədri Erol Özvarla görüşüb
Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
"Alkagesta" azərbaycanlı tədqiqatçıların “Təmiz Xəzər” ekoloji innovasiya startap layihəsinə İNVESTİSİYA yatırıb
Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Məktəblilər üçün ÖDƏNİŞSİZ universitet hazırlığına qeydiyyat başlayır

AzMİU tələbələri Gürcüstanda fitnes mərkəzinin interyer dizayn işlərini icra edəcəklər - FOTO

AzMİU tələbələri Gürcüstanda fitnes mərkəzinin interyer dizayn işlərini icra edəcəklər - FOTO

“Technogym Azerbaijan” şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və müəllimləri ilə birgə Gürcüstanda “Hotel Fitnes Mərkəzinin daxili mühitinin yaradılması” layihəsini reallaşdıracaq.

AzMİU-dan bildirilib ki, İtaliya-Azərbaycan Dizayn Mərkəzi və “Technogym Azerbaijan” şirkətinin təşkilatçılığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi dizayn ixtisası üzrə təhsil alan tələbələrlə birgə Hotel Fitnes Mərkəzinin daxili dizaynı ilə bağlı trendlər və tələbləri araşdırmaqdır.

Layihənin ilk günü İtaliya-Azərbaycan Dizayn Mərkəzində “Technogym Azerbaijan” şirkətinin əməkdaşı Gürcüstanda reallaşdırılması nəzərdə tutulan layihə barədə geniş təqdimatla çıxış edib. Mühit dizaynı kafedrasının müəllim və tələbələrinin iştirak etdikləri görüşdə universitet, şirkət və tələbə tandemi, layihəyə qoyulan tələblər, görüləcək işlər, diqqət olunmalı məqamlar ətrafında söhbət aparılıb.

Şirkətin əməkdaşı bildirib ki, layihə 2023/2024-cü tədris ilinin yaz semestrini əhatə etməklə fevralın 15-dən mayın 25-dək icra olunacaq. Layihə tələbələrə yaz semestri ərzində kurs işi tapşırığı kimi veriləcək və tədris proqramına uyğun olaraq həyata keçiriləcək. Layihədə iştirak edəcək müəllimlər öncədən şirkətin məhsulları və onların özəllikləri barədə məlumatlandırılacaq, mütəxəssislər tərəfindən təlimatlandırılacaq. Layihənin sonunda təqdim olunmuş işlər həm kurs işi kimi qiymətləndiriləcək, həm də müsabiqəyə təqdim ediləcək.

Müsabiqədə qalib gələn tələbələrə hədiyyə və sertifikatlar veriləcək. Onlar şirkətlə əməkdaşlığa cəlb olunacaqlar. Müsabiqənin münsiflər heyəti qismində isə “Technogym Azerbaijan” şirkətinin memarlıq və interyer dizayn üzrə direktoru Cristian Brugnolinin iştirakı nəzərdə tutulur.

Tələbələr layihəyə qoşulmaqla potensial müştəri ilə danışıqlar əsasında idman məqsədli məkanın müasir avadanlıq və tələblərə uyğun interyer həlli üçün alqoritm quracaq, biznes-planın tərtibatından başlayaraq izahat vərəqi və smeta təqdimatı, həmçinin müəyyən bir obyekt üçün lazım olan antropoloji və erqonomik tələblərini hazırlayacaqlar.

Qeyd edək ki, Fitnes Mərkəzinin dizayn işi sifarişçinin marketinq siyasəti və məhsulunun tipologiyasına uyğun olaraq hazırlanacaq. Layihə iştirakçılarına https://www.technogym.com/en-INT/hotel-business-solution/ saytında təqdim olunan "Technogym Hotel Solution" materiallarının məhsul kataloqundan istifadə imkanı yaradılacaq. Eləcə də “Technogym Interior Design” səhifəsində qeydiyyatdan keçməklə tələbələr fitnes avadanlıqlarının 2D/3D/BIM modellərini, DWG və 3DS modellərini isə https://bit.ly/4262Ab7 linki vasitəsilə əldə edə biləcəklər.

Oxşar xəbərlər

Bütün xəbərlər