Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Təhsili güvənilir hala gətirmək - SERTİFİKASİYA

Köşə

13-01-2024, 20:29

Təhsili güvənilir hala gətirmək - SERTİFİKASİYA


Təhsilverənlərin sertifikatlaşdırılmasından danışarkən ilk olaraq "Sertifikatlaşdırma" sözünün mənasını araşdırmaq lazım gəlir.

Sertifikatlaşdırma, “üçüncü tərəf” tərəfindən beynəlxalq standartlar, sənaye spesifikasiyası və ya texniki qaydalar və s. kimi tələblərin yerinə yetirildiyini göstərən uyğunluq göstəricisidir. Sertifikatlaşdırma tələblərə cavab verib-vermədiyini yoxlamaq üçün uyğunluğun qiymətləndirilməsinə əsaslanır.

Sertifikatlaşdırma sözü latınca "certus facere" ifadəsindən yaranıb, hərfi mənada "nəyisə təhlükəsiz etmək", "bir şeyi güvənilir hala gətirmək" deməkdir.

Təhsilverənlərin sertifikatlaşdırma prosesi
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublkası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.

Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

hamilə qadınlar;
uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
ilk dəfə işə qəbul olunanlar, 5 il müddətində;
azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir.

Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır. Sertifikatlaşdırma Şurasına Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edir. Sertifikatlaşdırma Şurasının tərkibi Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən təsdiq edilir. Sertifikatlaşdırma Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir.

Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. Test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 sual təqdim edilir. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir:
• proqram üzrə mövzunu təqdimetmə bacarığı;
• təhsilalanları qiymətləndirmə bacarığı
• özünü təqdimetmə bacarığı;
• pedaqoji prosesi təşkiletmə bacarığı;
• ünsiyyət bacarığı.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.


Qeyd:
Sertifikatlaşdırma haqqında qanunlar:
-“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır.

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırması" təsdiq edilmişdir.

Oxunub: 795
Paylaş:
Digər xəbərlər

Məktəblər

19-06-2023, 10:34

Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır

Məktəbəqədər təhsil / Gündəm

30-12-2023, 16:18

Məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin NƏZƏRİNƏ!

Məktəblər

18-06-2023, 18:32

Bu şəxslərin sertifikasiyada iştirakı LƏĞV OLUNDU

Elm və təhsil

22-11-2023, 13:16

Bu müəllimlərə elektron sertifikat veriləcək

Məktəblər

4-09-2023, 15:47

Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib

Araşdırma
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
Monitorinq qorxusu: sistem niyə həqiqətdən qaçır?
Qanunla Valideyn komitəsi səlahiyyətləri nələrdir?
Birinci sinif şagirdləri arasında problemli davranışlar: səbəblər və həll yolları
Salyandakı məktəbdə baş verən tüstülənmənin SƏBƏBİ MƏLUM OLDU: Prokurorluq araşdırma aparır
"Müasir metodist" layihəsinin arxasındakı həqiqətlər...
Elm və Təhsil
Bugün, 16:18
“Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Bugün, 15:58
Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO
Bugün, 12:21
Firudin Qurbanov Azərbaycan gənclərini məsxərəyə qoyur...
Bugün, 12:12
Canlı Sistemlərin Tədqiqi İnstitutuna yeni təyinat
Bugün, 12:11
120 minə yaxın abituriyent ali və orta ixtisas təhsili üçün qeydiyyatdan KEÇİB
Bugün, 12:11
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib
Hadisə
14-12-2025, 22:09
14 yaşlı qızı avtomobil vurdu
29-11-2025, 18:35
Bakıda 17 yaşlı məktəblinin ö*lümü baş verib.
6-11-2025, 10:28
Bakıda yeniyetmə itkin düşüb
Son xəbərlər
  • Bugün, 16:18
    “Virtual Kimya” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
  • Bugün, 15:58
    Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO
  • Bugün, 12:21
    Firudin Qurbanov Azərbaycan gənclərini məsxərəyə qoyur...
  • Bugün, 12:12
    Canlı Sistemlərin Tədqiqi İnstitutuna yeni təyinat
  • Bugün, 12:11
    120 minə yaxın abituriyent ali və orta ixtisas təhsili üçün qeydiyyatdan KEÇİB
  • Bugün, 12:11
    “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib
  • Bugün, 12:10
    Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar
  • Bugün, 12:09
    Vokal sənəti ixtisasına qəbul şərtləri yeniləndi
  • Bugün, 12:08
    Məzunlar iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir
  • Bugün, 12:08
    “Sabahın alimləri” müsabiqəsi 760 layihə ilə davam edir
  • Bugün, 12:07
    Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər
  • Bugün, 12:06
    Magistraturaya qəbulun ikinci cəhdi - TARİX AÇIQLANDI
  • Bugün, 08:18
    Yasamal RİH-dən qanunsuzluq - vətəndaşın evini əlindən alır
  • Dün, 22:50
    Azərbaycanlı şagirdin beynəlxalq arenada uğuru - FOTOLAR
  • Dün, 22:50
    Sumqayıtlı olimpiada çempionu: Kiçik yaşda böyük nailiyyətlər - MÜSAHİBƏ
  • Dün, 17:33
    Müəllim adını ucuzlaşdırmayaq: "Qurunun oduna yaş da yanır..."
  • Dün, 17:20
    Sertifikat var, iş yoxdur... - Dövlət qulluğunun müsahibə mərhələsində NARAZILIQ
  • Dün, 17:19
    Abituriyentlərin DİQQƏTİNƏ! - DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI
  • Dün, 17:18
    Azərbaycan və Suriya peşə təhsilində əməkdaşlığı genişləndirir
  • Dün, 17:18
    ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir
  • Dün, 17:17
    Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub
  • Dün, 14:07
    Paytaxt məktəblərində Ümumdünya Mülki Müdafiə Günü
  • Dün, 14:06
    10-cu sinif şagirdinin meyiti tapıldı - Foto
  • Dün, 14:05
    BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir
  • Dün, 14:05
    Təhsil və elm birləşir - tələbələr birgə tədqiqatlarda iştirak edəcək
  • Dün, 14:04
    Yaxın müddətdə növbəti vakansiya seçiminə başlanacaq - Nurlan İsmayılbəyli
  • Dün, 14:03
    Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək
  • Dün, 14:02
    Təqaüdlərə görə tələbələrin balları aşağı salınır? - “Müəllimə yaraşmayan hərəkətdir”
  • Dün, 10:30
    Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
  • 28-02-2026, 23:26
    Fənn olimpiadalarının yarımfinal turu keçirilib
  • 28-02-2026, 23:20
    Sumqayıtda regional təhsil konfransı keçirilib
  • 28-02-2026, 15:56
    Məktəb psixoloqları üçün “Bullinqi dayandır, şagirdləri qoru” adlı təlim
  • 28-02-2026, 13:30
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
  • 28-02-2026, 13:27
    Kollec direktoru 1000 manat cərimələnib - BUNA GÖRƏ
  • 28-02-2026, 13:24
    İmtahan sistemi şagirdin yaddaşını deyil, düşüncəsini ölçməlidir
Daha çox
28-02-2026, 23:20
Sumqayıtda regional təhsil konfransı keçirilib
Dün, 14:03
Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək
26-02-2026, 23:30
Balaca Qəlblərin Böyük Ehtiramı: Sumqayıtda Xocalı Anımı
Dün, 17:33
Müəllim adını ucuzlaşdırmayaq: "Qurunun oduna yaş da yanır..."
27-02-2026, 16:37
Tələbə müəllimi məhkəməyə verə bilər? – Esmira Rzayeva açıqladı
27-02-2026, 15:25
Elm və təhsil naziri Sumqayıtda İsmət Qayıbov adına 1 nömrəli məktəbdə olub - FOTO
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə