İnsan Resursları Mərkəzinin yeni xidməti istifadəyə verilib

Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzində Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinin yeni xidməti istifadəyə verilib.
Bu barədə "tehsilmedia.info"a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Vətəndaşlar mərkəzə müəllimlərin işə qəbulu, müəllimlərin iş yerinin dəyişdirilməsi, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu, təhsilverənlərin sertifikatlaşdırılması kimi fəaliyyət istiqamətlərinə uyğun müraciətlərini ünvanlaya bilərlər.
Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109.



























