Olimpiadanın final turunun nəticələri elan edilib
Mayın 31-də keçirilmiş Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final turunun nəticələri elan edilib.
Qeyd olunub ki, şagirdlər portal.edu.az platformasındakı şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Final turunun nəticələri ilə bağlı müraciətlər 10 iyun saat 12:00-dək qəbul edilir. Müraciətlər office@arti.edu.azelektron ünvanına yazılı şəkildə göndərilməlidir.

























