
Bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilinə zərbə vurmaq və savadsız cəmiyyətin formalaşmasına nail olmaqdır. Təəssüflə qeyd etməliyik ki, təhsil sahəsində hələ də çox ciddi nöqsanlar mövcuddur və bu problemlərin həll olunmaması gələcəyimizi ciddi təhlükə altına qoya bilər. Belə problemlərdən biri də Bakının Nizami rayonunda yerləşən 201 saylı tam orta məktəbdə tüğyan edir. Hərçənd burada baş verən qanunsuzluqların miqyası o qədər böyükdür ki, adıçəkilən məktəbi elm ocağı adlandırmağa da adamın dili gəlmir. 201 saylı orta məktəb sanki "yeraltı qanunlar"la idarə olunur və direktor Afaq Əliyeva da özünü əməlli-başlı "kriminal avtoritet" kimi aparır. Afaq Əliyeva haqqında şikayətlər o qədər çoxdur ki, artıq sayı-hesabı da bilinmir. Onun qanunsuz əməlləri heç nə ilə müqayisə olunmur. Direktor özbaşınalıqlarını ifşa edən öz keçmiş müavinini, məktəbdə dərs deyən müəllimi şantaj və hədə ilə təhdid etməkdən çəkinmir. Qisas hissi ilə alışıb-yanan Afaq Əliyeva müəllimləri yalançı şahidliyə məcbur edir, dövlət invertarını mənimsəyir, hətta şagirdləri sinifdə saxlayaraq dövlətdən əlavə vəsait almağa nail olur. Bütün bunlar isə təhsil və müəllim adına yaraşmır. Ancaq təəssüflər olsun ki, Afaq Əliyevanın qanunsuzluqları bununla da kifayətlənmir.
Tehsilmedia.az saytına onun haqqında müxtəlif iddialar daxil olub.
Məlumata görə, Afaq Əliyeva 2010-cu il 24 iyun tarixli 120 nömrəli qərarla təsdiq olunan sinifdən-sinifə keçmək qaydasını kobud şəkildə pozur. Belə ki, bu qaydaya əsasən şagird bir ildən artıq eyni sinifdə qala bilməz, əks halda bu, qanun pozuntusu hesab edilir və o, dərhal fərdi təhsilə cəlb olunmalıdır. Lakin direktor Afaq Əliyeva dövlətin qanunlarını heçə sayaraq şagirdləri sinifdə saxlayır və buna görə də dövlətdən aldığı vəsaiti öz malı kimi xərcləyir. Əldə etdiyimiz məlumata görə, məktəbin 8-ci sinfində ardıcıl 5 ildir ki, bir neçə şagird sinifdə saxlanılır. Onların ad və soyadlarını yazının sonunda dərc edəcəyik. Afaq Əliyeva bu addımla sinifdəki şagirdlərin sayıı süni şəkildə artırmaq və onun bağlanmasının qarşısını almaq istəyir. Hətta sinifdəki bəzi qızların ailə həyatı qurduğu və Bakıda yaşamadığı da məlumdur. Ancaq bütün bu faktlar Afaq Əliyevanı narahat etmir və o, öz qanunsuzluğunu davam etdirir. Üstəlik, Xudiyev Əli adlı şagirdin adı sinifdə saxlanılanlar arasındadır və o, qanunsuz şəkildə hərbi xidmətdən yayındırılır. Bu isə ciddi qanun pozuntusudur və cinayət məsuliyyəti yaradır.
HƏMİN 5 ŞAGİRDİN JURNALDA QEYD OLUNAN UTİS KODLARI SAXTADIR!!!
Bütün bu yazılanları fakt və sübutlarla təqdim edirik:
201 nömrəli orta məktəbin 8ç sinfində hər il eyni qaydada davam edən şahidi olduğumuz hüquq pozuntularını məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirik:
29.01.2005-ci il təvəllüdlü Xuduyev Əli Coşqun oğlu, 30.11.2006-cı il təvəllüdlü Məmmədxanova Səbinə Mülkədar qızı, 01.06.2007-ci il təvəllüdlü Əlizadə Sevgi Cavad qızı və 21.12.2008-ci il təvəllüdlü Əlizadə Aytəkin Cavad qızı adlı dörd şagirdin adları müntəzəm olaraq hər dərs ilinin ilinin əvvəlində tarifikasiya təsdiq olunanda 8ç sinfinin jurnalına yazılmış və dərs ilinin sonunda qiymətlənməyən kimi göstərilərək təkrar-təkrar həmin sinifdə saxlanılmışlar. Həmin qızların bəziləri Bakıda yaşamırlar. Hətta eşitdiyimizə görə ailə həyatı qurublar və övladı olanı da var. Məktəb rəhbərliyinin: direktor Afaq Əliyevanın, təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman Vəliyevin, direktor əvəzi işləmiş Rahilə Məmmədovanın və tərbiyə işləri üzrə direktor müavini Elnurə Ramazanovanın qanunsuz əməlləri
sayəsində həmin şagirdlərin təkrar-təkrar sinifdə saxlanılması nəticəsində onların Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Qanununda təsbit olunmuş təhsil hüquqları, icbari ümumi orta təhsil haqqında qanunun tələbləri, şəxsiyyət vəsiqəsini almaq hüququ, hərbi xidmətə çağırış üzrə qeydiyyat hüququ pozulmuşdur. Şagirdlərin 5-6 dəfə təkrar-təkrar eyni sinifdə saxlanması açıq qanun
pozuntusu olaraq təhsil müəssisəsinin və nəzarət edən yuxarı təhsil qurumunun məsuliyyətini yaratmışdır.
3. Azərbaycan Respublikasının Təhsil Qanununun 5.1-ci maddəsinə görə “dövlə hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən mərhum edilməsinə yol vermir”, 5.4-cü maddəsinə görə “dövlət hər bir vətəndaşın icbari ümumi orta (I-IX siniflər)təhsil almaq hüququnu təmin edir, dövlət təhsil müəssisəsində hər bir təhsilalan pulsuzümumi orta təhsil almaq hüququna malikdir”, 9.14-cü maddəsinə əsasən ölkəmizdə “ümumi orta təhsil icbaridir”.
Təhsil nazirinin 01.05.2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”rın 10.4-cü bəndinə əsasən şagirdin yalnız bir dəfə təkrar sinifdə saxlanılmasına icazə verilir:”dərs məşğələlərinə gəlmədiyi üçün V-VIII və X-XI sinif şagirdləri təkrar sinifdə saxlanılırlar”. Şagirdlərin 9-cu sinfə keçmələrinə 5-6 il ərzində süni maneələr yaradılmışdır ki,bu da yuxarıda sadalanan normaların tələblərinin və həmçinin konstitusion hüququn pozulmasıdır.
4. AR Konstitusiyasının 42.I və 42.II-ci maddələrinə əsasən “hər kəsin təhsil almaq hüququ var,dövlət pulsuz icbari orta təhsil almaq hüququnu təmin edir”. Ddövlət qurumları(məktəb və BŞTİ ) bu hüququ təmin etməmiş və süni maneələr yaratmışdır, bu isə konstitusiya pozuntusudur. Həmin şagirdlər 24.01.2025-ci il tarixdə 8-ci sinifdən məktəbdən çıxarılmış, qanunla icbari olan ümumi orta təhsildən uzaqlaşdırılmışlar.Halbuki bu şagirdlər iki ildən artıq eyni sinifdə saxlanıla bilməzdilər və 3-4 il əvvəldə 8-ci sinifdən çıxarılmalı, fərdi təhsilə cəlb olunmalı və icbari ümuni təhsillərini başa vurmalı idilər. Məktəb rəhbərliyinin qanunsuzluğu səbəbindən bu gün həmin şagirdlər icbari ümumi təhsil almaqdan mərhum edilmişlər. Burada diqqət yetirilməli olan digər məsələ nəyə görə məktəb rəhbərliyi tərəfindən həmin əmrin 3-4 il əvvəl veriməməsidir. Belə ki,Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı barəsindəki 22.06.2022-ci il tarixli 212 nömrəli Qərarına əsasən müəssisədə bir neçə paralel sinif olduqda şagird sayı 20-dən aşağı olan siniflər bağlanmalı və şagirdlər digər siniflərdə yerləşdirilməlidir. 201 nömrəli məktəbin rəhbərliyi özlərinə sərf edən daha konstruktiv addım ataraq adları qeyd olunan şagirdləri məktəbdən çıxartmaq əvəzinə onların adlarını iki ildən artıq müddətdə dərslərə gəlməmələrinə rəğmən jurnala yazaraq faktiki şagird sayının 20-dən aşağı düşməsini süni şəkildə qanunsuz olaraq əngəlləmiş,həmin sinfin bağlanmasının qarşısını almış və nəticədə dövlət büdcəsindən həmin sinfin saxlanılması üçün hər il 30-40 min vəsaitin qanunsuz
ayrılmasını və talanmasını təşkil etmişlər. Nəticədə dövlətə ən azı 150 min manatdan artıq ziyan vurulmuşdur.
5.”Hərbi vəzifə və hərbi xidmət haqqında”Qanunun 6.1-ci maddəsinə əsasən 15 yaşı tamam olan bütün oğlanlar hərbi uçota alınmalıdır”, 12.2-ci maddəsinə əsasən”18 yaşına çatmış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları həqiqi hərbi xidmətə çagırılırlar” Şəxsiyyət vəsiqəsi verilmədiyinə görə Xuduyev Əli Coşqun oğlunun 15 yaşı tamam olduqdan sonra qanuni hərbi qeydiyyata alınmasına maneçilik törədilmiş,nəticədə hərbi xidmətdən qəsdən yayındırılmışdır.Bu isə həm də Müdafiə Nazirliyi sistemində uçot boşluğu deməkdir.
6. AR vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1 - ci maddəsinə əsasən “15 yaşına çatmış hər bir vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi məcburidir”. Məktəb Xuduyev Əliyə 15 yaşı tamam olarkən arayış vermədiyi üçün şəxsiyyət vəsiqəsini ala bilməmişdir.Nəticədə 20 yaşlı gəncin şəxsiyyət vəsiqəsinin olmaması həm hüquqi,həm də inzibati məsuliyyət yaratmışdır. Şagirdlərin icbari ümumi orta təhsil almalarının qarşısının alınmasına yönəlmiş bu məqsədyönlü hərəkətlər sübut edir ki,
a)məktəb direktoru Afaq Əliyeva və direktor müavinləri Nəriman Vəliyev və Elnurə Ramazanova tərəfindən AR Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığına və 308-ci maddəsində nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verilmişdir.
a)Adları qeyd edilən şagirdlərin təhsil hüquqlarının pozulduğunun tanınması,
b)Məktəbin vəzifəli şəxsləri Afaq Əliyevanın, Nəriman Vəliyevin, Rahilə Məmmədovanın və Elnurə Ramazanovanın vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı üzrə əməllərinin tanınaraq aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına məlumat verilmısi,onlardan qanunsuz xərclənmiş və israf edilmiş 150 min manat vəsaitin tutularaq dövlət büdcəsinə ödənilməsic) 20 yaşlı Xudiyev Əliyə şəxsiyyət vəsiqəsinin verilməsinə və hərbi qeydiyyata alınmasına şərait yaradılmasının məcburi göstəriş kimi dövlət orqanlarına ünvanlanması,
Digər foto sübutları da təqdim edirik:
Tehsilmedi.az