Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
Azərbaycanda təhsilalanlara qarşı “psixoloji zorakılıq” bəhanəsi ilə tətbiqedilən yeni cərimələr pedaqoji mühitdə ciddi narazılıq və özbaşınalıq qorxusu yaradır.
Son günlər təhsil ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biri müəllimlərinşagirdlərlə rəftarına görə nəzərdə tutulan 200 manatlıq cərimə məsələsidir. Qanunvericilikdə edilən bu dəyişiklik şagird hüquqlarını qorumaq məqsədi daşısa da,reallıqda müəllim nüfuzunu kölgədə qoyur və təhsil müəssisələrində idarəolunmaz birmühitin formalaşmasına yol açır.
Qazaxıstanda təhsil sahəsində intizam qaydaları kəskin şəkildə sərtləşdirilir. Orada şagirdin müəllimə qarşı hörmətsizliyinə, ədəbsiz dil işlətməsinə və ya müəllimin işinə maneolmasına görə valideynlər 86.500 təngə (təxminən 320 AZN) məbləğində cəriməedilir. Azərbaycanda isə vəziyyət tam əksinə cərəyan edir. Müəllim şagirdin intizamsızlığına qarşısərt bir söz dedikdə, bu, dərhal "psixoloji təzyiq" kimi qiymətləndirilərək cərimə obyektinə çevrilir. Bu yanaşma şagird və valideynlərə müəllimi hədəf almaq üçün hüquqi bıçaqlar verir.
Bu, açıq-aşkar biabırçılıqdır!
Müəllimin əlindən intizam yaratmaq vasitələrini alıb, onu maddi və mənəvi basqı altında saxlamaq təhsilin keyfiyyətini artırmayacaq, əksinə, müəllimləri passivliyə sürükləyəcək.Cərimə olunmaq qorxusu yaşayan müəllim sinifdə baş verən neqativ hallara göz yummağa məcbur olacaq ki, bu da son nəticədə cəmiyyət üçün savadsız və intizamsız bir nəslin yetişməsi deməkdir.
"Müəllimə olunan hörmətdən söhbət gedə bilməyən bir yerdə hansı təhsildən, hansıgələcəkdən danışmaq olar? Müəllimi qorumaq dövləti və gələcəyi qorumaqdır."
Tehsilmedia.info saytının baş redaktoru Sakit Muradov bildirir ki, birtərəfli cəza mexanizmləri müəllim-şagird münasibətlərini "vəkil-ittihamçı" müstəvisinə keçirir. Əgər şagird müəllimi söyə, təhqir edə və dərsi poza bilirsə vəbuna görə heç bir məsuliyyət daşımırsan, amma müəllimin bir iradı 200 manatla cəzalandırılırsa, burada ədalətdən danışmaq qeyri-mümkündür.
Bu qərarı yenidən nəzərdən keçirməli, müəllimin toxunulmazlığını və nüfuzunu qoruyan qanuni təminatlar yaratmalıdırlar. Əks halda, Azərbaycan məktəbləri müəllimlərin deyil, intizamsızlığın hökm sürdüyü bir məkana çevriləcək.



























