Xəbər lentiwidget-title-icon

Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı

Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ

Müasir dövrdə texnologiyanın inkişafı və əmək bazarındakı yeniliklər bəzi ixtisaslara marağı daha da artırıb. Xüsusilə süni intellekt, informasiya texnologiyaları, rəqəmsal marketinq və səhiyyə kimi sahələrdə peşəkar mütəxəssislərə ehtiyac sürətlə yüksəlir.

Bu isə həmin ixtisaslarda rəqabətin ildən-ilə daha da güclənməsinə səbəb olur. Gələcəyini düzgün planlamaq istəyən gənclər üçün ən perspektivli və tələb olunan sahələri vaxtında müəyyənləşdirmək mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır, bu il ən çox hansı ixtisaslarda rəqabət güclənəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ADPU SABAH mərkəzi akademik məsləhətçi, təhsil mütəxəssisi Əlmusa Atamalıyev qeyd edib ki, universitetə qəbul zamanı bu il əvvəlki illərlə müqayisədə daha çox informasiya texnologiyaları, süni intellekt, mühəndislik, səhiyyə və kənd təsərrüfatı yönümlü ixtisaslara marağın artacağı gözlənilir:

183082

"Bunun əsas səbəbi əmək bazarında məhz bu sahələr üzrə peşəkar kadrlara ehtiyacın yüksəlməsidir. Xüsusilə kompüter elmləri, informasiya təhlükəsizliyi, proqram mühəndisliyi və data analitikası kimi ixtisaslara tələb sürətlə artır. Şirkətlərin rəqəmsallaşması, süni intellekt texnologiyalarının geniş tətbiqi və kibertəhlükəsizlik risklərinin artması bu sahələri daha perspektivli edir. Fikrimcə, gələcək illərdə də ən yüksək maaşlı və rəqabətli peşələr əsasən İT sahəsində olacaq.

Mühəndislik sahələri də yenidən ön plana çıxır. Xüsusilə enerji mühəndisliyi, avtomatlaşdırma, inşaat mühəndisliyi və mekatronika üzrə ixtisaslara maraq artır. Bunun səbəbi ölkəmizdə infrastruktur layihələrinin genişlənməsi, sənayenin modernləşdirilməsi və texnoloji istehsala keçidin sürətlənməsidir. Səhiyyə istiqamətində də tələbatın artacağı hər il olduğu kimi gözlənilir.

Tibb, psixologiya, fizioterapiya, tibbi laboratoriya və reabilitasiya ixtisasları əvvəlki illərlə müqayisədə daha çox seçilə bilər. İnsanların sağlamlıq və psixoloji dəstəyə diqqətinin artması bu sahələrə marağı yüksəldir. Rəqəmsal marketinq və sosial media idarəçiliyi də yüksələn sahələr sırasındadır.

Ənənəvi reklam üsullarının yerini rəqəmsal platformaların alması şirkətləri bu sahədə peşəkar kadrlara daha çox ehtiyac duymağa məcbur edir. Xüsusilə kontent istehsalı, performans marketinqi və brend idarəçiliyi üzrə ixtisaslaşan şəxslər üçün imkanlar genişlənir".

Maliyyə texnologiyaları, biznes analitikası və layihə idarəçiliyi də əvvəlki illərlə müqayisədə daha çox tələb görəcək sahələrdəndir:

"Şirkətlər artıq qərarvermədə data əsaslı yanaşmaya üstünlük verdiyindən analitik düşüncəyə malik mütəxəssislərə ehtiyac artır. Fikrimcə kənd təsərrüfatı ilə bağlı ixtisaslar da son illərlə müqayisədə daha aktual hesab olunur.

Aqronomluq, aqromühəndislik, baytarlıq və qida mühəndisliyi kimi sahələrdə əmək bazarında boşluq olduğu bildirilsə də, buna baxmayaraq bu ixtisaslara maraq hələ də aşağıdır və yaxın illərdə bu istiqamətdə daha ciddi boşluqlar olacaq. Nəzərə alsaq ki, ölkəmizdə kənd təsərrüfatına xüsusi diqqət göstərilir, bu sahələr üzrə gənclərin ixtisaslaşması gələcək perspektiv baxımından yaxşı seçim olar.

Artıq abituriyentlər yalnız “populyar” görünən ixtisaslara deyil, gələcəkdə iş imkanı və praktik bacarıq qazandıran sahələrə üstünlük verməyə başlayırlar. Universitetlərimiz də təhsil proqramlarını əmək bazarının tələblərinə uyğunlaşdırmağa çalışır".

Oxşar xəbərlər

Bütün xəbərlər