LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilib.
LDU-dan AzEdu.az-a bildirilib ki,“Şəhərsalmanın müasir istiqamətləri və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbiri giriş sözü ilə universitetin Tarix–Coğrafiya və İncəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova açaraq şəhərsalmanın müasir cəmiyyətdəki rolundan danışıb, şəhərlərin planlaşdırılmasının insanların gündəlik həyatını asanlaşdırmaq, ictimai məkanları daha əlçatan etmək və ekoloji tarazlığı qorumaqda vacibliyini diqqətə çatdırıb, gənc mütəxəssislərin bu sahəyə cəlb olunmasının vacibliyini qeyd edib.
Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Müşfiq Bayramov “Müasir şəhərsalma prinsipləri və tendensiyaları”, Sosial iş ixtisasının tələbələri Əbdül Əsədov “Şəhərsalmanın əhəmiyyəti”, Bahar Talıblı “Postmüharibə dövründə şəhərsalma strategiyası”, Nəzrin Həsənova “Ekoloji şəhərsalma və davamlı inkişaf” mövzularında çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, bu cür elmi tədbirlərin Azərbaycanda keçirilməsi onun zəngin memarlıq irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir diskussiya və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.



























