Xəbər lentiwidget-title-icon

ETN RƏQƏMSAL EKOSISTEM YARADIR, YOXSA RƏQƏMSAL IMITASIYA?
bp Naxçıvanda laboratoriya və emalatxanalar yaradır
Məcburi köçkünlərin təhsil haqları ilə bağlı QƏRAR: Yeni modelə keçilir
Ali məktəblər lisenziyalı süni intellektlə təmin ediləcək
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
14 iyunda magistraturaya qəbul imtahanı keçiriləcək
Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı
Əilliyi olan uşaqlarla bağlı YENİ QƏRAR
İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
Ombudsman Aparatı 3 nömrəli internat məktəbində monitorinq keçirib
Bağça və məktəb mebelləri ilə bağlı yeni standartlar qəbul edilib
BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında
BŞTİ: Mayda 12802 müraciət daxil olub
Azərbaycanlı tədqiqatçı 60 ilin REKORDUNU qırdı: Elmi işi EASL-ə daxil edildi
Bu həftəsonu 51 mindən çox şəxs qəbul imtahanı verəcək
BANM məzunu 55 min dollarlıq TƏQAÜD qazanıb
Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli
RFO qaliblərinin mükafatlandırılması bu tarixlərdə keçiriləcək
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları
Azərbaycanda yeni qurum yaradıldı - FƏRMAN
İdris İsayev Tatarıstanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb
Rəqəmsal SAT imtahanı təşkil olunacaq
Sabahdan MİQ üzrə sənəd qəbulu BAŞLAYIR
Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən simpoziumda çıxış edib

“Qazaxıstan müəllimi nüfuzdan salmaqla yox, onun sosial statusunu yüksəltməklə təhsil islahatı apardı...”-EKSPERT



“Qazaxıstanın təhsilində proseslərə uzunmüddətli strateji baxış mövcuddur...”

“Qazaxıstan modelinin məntiqi müəllimi sistemin mərkəzinə gətirir, müəllimin rifahı ilə təhsilin keyfiyyəti arasında əlaqəni görür, etiraf edir, problemi həll edir...”

“Biz isə insan kapitalından 23 ildir danışırıq, amma insan kapitalının yaradıcı olan müəllimi sosial starusunu, nüfuzunu aşağı endiririk...”

“İnkişaf üçün əsas resurs pul deyil, problemi görmək və onu həll etmək iradəsidir...”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Qazaxıstan təhsilindən çox şey öyrənməliyik” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Qazaxıstan ilə Azərbaycan arasında elm, təhsil və innovasiya sahəsində əməkdaşlıq tədricən artmaqdadır. Son illər Qazaxıstanda elm və təhsilin inkişafına dair yazdığımız analitik məqalələr, müşahidələr və təhlillər əsasında bu iki ölkədə təhsilinin inkişafında olan kəskin fərqləri və səbəblərini şərh etmək istəyirik. Əsas məsələ idarəetmə fəlsəfəsinin fərqli olmasıdır. Mövcud fərq resurs səbəbi ilə yox, idarəetmə modeli və düşüncə fərqi səbəbi ilə yaranır.

Qazaxıstanın elm-təhsil siyasətində strateji və sistemli yanaşma var...

Qazaxıstanın təhsilində proseslərə uzunmüddətli strateji baxış mövcuddur. Qazaxıstanın inkişaf modeli konkret strategiyalara əsaslanır: “Qazaxıstan–2050” strategiyası və “Rəqəmsal Qazaxıstan” dövlət proqramı. Bu sənədlər iqtisadiyyat, təhsil, elm, innovasiya və texnologiya arasında sistemli əlaqə yaradır. Yəni təhsil siyasəti ayrıca yox, ümummilli inkişaf strategiyasının tərkib hissəsidir. Müəllim amili prioritetdir...

Qazaxıstanda qəbul edilmiş “Müəllimin statusu haqqında” qanun təhsildə dönüş nöqtəsi oldu. Onlar müəllimi nüfuzdan salmaqla yox, müəllimin sosial statusunu yüksəltməklə təhsil islahatı apardılar. Onlarda da “şaftalı” sözünü yaza bilməyən, kvadratın perimetrini tapa bilməyən müəllimlər aşkar etmək olardı, amma onların menecerləri anlayırlar ki, bu fərdlərin yox, təhsil sisteminin problemidir...

Qazaxstan modelinin məntiqi müəllimi sistemin mərkəzinə gətirir, müəllimin rifahı ilə təhsilin keyfiyyəti arasında əlaqəni görür, etiraf edir, problemi həll edir. Bu yanaşma insan kapitalı nəzəriyyəsindən qidalanır. Biz isə insan kapitalından 23 ildir danışırıq, amma insan kapitalının yaradıcı olan müəllimi sosial starusunu, nüfuzunu aşağı endiririk. Bu yanaşma son illər xüsusən aydın görünür. Çünki müəllimlərin taleyini elmə, təhsilə, müəllimliyə aidiyyatı olmayanlar həll edir, özü də acımasız...

Qazaxıstan təhsilində tənqid və özünütənqid var (bizdən fərqli olaraq).Qazaxıstanda özünü qiymətləndirmə mədəniyyəti, idarəetmədə əsasdır. Qazaxıstan təhsilinin güclü tərəfi təhsildəki problemlərin qabardılması, sistemli təhlilidir.

Qazaxıstanda sistematik olaraq “Elm, təhsil, innovasiya (ETİ) sahəsində səhvlərin təhlili” adlı dövlət hesabatları hazırlanır. Bu hesabat səhvlərdən öyrənmə və təkmilləşmə imkanı yaradır, səhvlərin təkrarlanmasının qarşısını alır...

Hər iki ölkənin elm-təhsil sistemində problemlər mahiyyət və strukturca yaxındır...

Qazaxıstanın elm-təhsilindəki problemlər: maliyyələşmə çatışmazlığı, elm–sənaye əlaqəsinin zəifliyi, kadr potensialı problemi, innovasiya infrastrukturunun zəifliyidir. Bu problemlər Azərbaycanda da mövcuddur, amma problemlərə yanaşma fərqlidir...
Fərq nədir?..

Qazaxstanda problemlərə yanaşma açıq, analitik yönlüdür. Monitorinqlər sistemli, ictimai müzakirələr geniş, səhvlərə reaksiya korreksiya xarakterlidir. Azərbaycanda isə problemlərə yanaşma inkar və gizlətmə, monitorinqlər formal, ictimai müzakirələr səthi və məhdud, ictimai rəy nəzərə alınmır, səhvlərə reaksiya müdafiə xarakterlidir, iş görüntü xarakterlidir...

İdarəetmədə fərqlər...

Qazaxıstanda menecerlər seçilir, fəaliyyətləri təhlil edilir, ölçülür. Azərbaycan təhsilində bu, qüsurludur. Səriştəsizlik hər addımda hiss edilir. Sanki təhsildə struktur var, amma sistem yoxdur, qərarlar var, analitika zəifdir. Bu fərqlər təhsil kimi geniş əhatəli və mürəkkəb sistemin ictimai idarəsi baxımından qüsurludur.

Universitet modelləri və maliyyə fərqi...

Qazaxıstanda güclü tədqiqat universitetləri var (Nazarbayev University, Al-Farabi Kazakh National University v.s.). Nazirlik və universitetlər dövlət və daxili qrant sistemləri, texnoparklar və innovasiya infrastrukturu yarada biliblər. Azərbaycanda isə hələ də tədqiqat universiteti(TU) modeli formalaşmayıb. Ola bilər ki, meyarları manipulyasiya etməklə gələcəkdə 1-2 TU yaradılsın, amma bu nəinki ABŞ və Avropa, hətta Rusiya, Türkiyə və Qazaxıstanın TU-dən xeyli zəif olacaqdır. Universitetlərin maliyyə müstəqilliyi məhduddur, azsaylı qrantlar da qeyri-şəffaf və səmərəsizdir... Bu ölkələrdə elm–təhsil–innovasiya (ETİ) üçbucağında ciddi fərqlər var...

Qazaxıstanda bu üç element daha yaxşı inteqrasiya edilib: elm, təhsil, innovasiya, iqtisadiyyat. Azərbaycanda isə bu əlaqə zəif, fragmentar, sistemsiz və səmərəsizdir.

Rəqəmsal transformasiya prosesləri...

Qazaxıstan “Rəqəmsal Qazaxıstan” proqramı ilə e-government, 5G infrastrukturu, texnoloji modernləşmə sahəsində ciddi addımlar atıb. Bu yanaşma rəqəmsal transformasiya modelinə uyğundur.

Əsas problem təşkilati öyrənmənin yoxluğudur...

Azərbaycanda səhvlərdən öyrənmə mexanizmi yoxdur. Nəticədə müxtəlif təhsil nazirləri eyni səhvlərə yol verir, sistem isə inkişaf etmir.

Süni intellekt və qlobal rəqabət yeni inkişaf mərhələsi yaradır...

Bugünkü reallıq əvvəlkindən fərqlidir. Süni intellekt əmək bazarını dəyişdirir, universitetlər transformasiya olunur. Bu kontekstdə zəif idarə olunan sistemlər sürətlə geridə qalacaq...

Qazaxıstandan öyrənməli olduğumuz strateji dərslərimiz çoxdur:1.Problemləri qəbul etmək, inkişafın başlanğıcının göstəricisidir.

2.Müəllimə real dəyər vermək, maaş, status, inkişafı problemlərini həll etmək.

3.Qrant və maliyyə sistemini dəyişmək, bunu şəffaf, ədalətli, səmərəli və nəticə əsaslı etmək. ETN-nin son 5 ildə verdiyi qrant mövzuları yararsız, səmərəsiz və israfçıdır.

4.Tədqiqat universitetləri yaratmaq zəruridir, ETN bu məsələdə universitetlərə dəstək verməlidir.

5.İctimai nəzarəti gücləndirmək, təhsilə dair beyin mərkəzləri, ekspert müzakirələri, açıq hesabatlılıq sistemi yaradılmalıdır...

Bu müqayisə göstərir ki, hər yerdə olduğu kimi, Qazaxıstan təhsilinin də problemləri var, amma onlar problemləri idarə edə bilir, səmərəli həll edirlər. Azərbaycan isə problemləri idarə edə bilmir, ona görə də 30 ildir təhsildə inkişaf yoxdur. İnkişaf üçün əsas resurs pul deyil, problemi görmək və onu həll etmək iradəsidir...
Dünya “gör-götür” dünyasıdır. Amma öyrənmək üçün əvvəlcə problemləri, müsbət təcrübəni görmək, anlamaq və qəbul etmək lazımdır. Bu isə peşəkarlıq tələb edir...
Dosent İlham Əhmədov”.

Oxşar xəbərlər


Bütün xəbərlər

ETN RƏQƏMSAL EKOSISTEM YARADIR, YOXSA RƏQƏMSAL IMITASIYA?
bp Naxçıvanda laboratoriya və emalatxanalar yaradır
Məcburi köçkünlərin təhsil haqları ilə bağlı QƏRAR: Yeni modelə keçilir
Ali məktəblər lisenziyalı süni intellektlə təmin ediləcək
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
I sinif üzrə sərbəst qəbul başlayır-VALİDEYNLƏRİN GÖZLƏDİYİ XƏBƏR
14 iyunda magistraturaya qəbul imtahanı keçiriləcək
Ucqar kənd müəllimləri üçün möhtəşəm təkliflər- ikiqat maaş və mənzil təminatı
Əilliyi olan uşaqlarla bağlı YENİ QƏRAR
İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
Ombudsman Aparatı 3 nömrəli internat məktəbində monitorinq keçirib
Bağça və məktəb mebelləri ilə bağlı yeni standartlar qəbul edilib
BMU-nun 5 tələbəsi “Vergilər” mövzusunda olimpiadanın finalında
BŞTİ: Mayda 12802 müraciət daxil olub
Azərbaycanlı tədqiqatçı 60 ilin REKORDUNU qırdı: Elmi işi EASL-ə daxil edildi
Bu həftəsonu 51 mindən çox şəxs qəbul imtahanı verəcək
BANM məzunu 55 min dollarlıq TƏQAÜD qazanıb
Qərbi Azərbaycanla bağlı elmi dövriyyədə olmayan mənbələr üzə çıxarılır - Əziz Ələkbərli
RFO qaliblərinin mükafatlandırılması bu tarixlərdə keçiriləcək
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə ağır korrupsiya ittihamları