Xəbər lentiwidget-title-icon

Təhsil proqramlarının məzmun və strukturu yenidən nəzərdən keçirilməlidir - Professor
17 yaşlı tələbə Harvarda qəbul oldu
Dövlət qulluğu üzrə test imtahanı keçirilir
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN
Daha bir müəllim geyiminə görə müzakirə mövzusu oldu
ADNSU-da QALMAQAL: Nə baş verir? - Yeni rektorun...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu - Fotolar
Təhsil krediti ilə oxuyan tələbələrin SAYI
Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq
Tovuzda təhsil adına OYUNBAZLIQ - BU NƏDİ BELƏ?
Qərbi Kaspi Universitetində ödənişsiz təhsil alan tələbələrdən pul tələb edilir - Rəsmi cavab
Qürur tariximiz! APREL DÖYÜŞLƏRİ
Naxçıvan Təhsili nə etməyə çalışır??? Xaos davam edir...
Məleykə Abbaszadə oyunları...
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.
"Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir" - Ekspertdən TƏKLİF
Taksi sürücüləri üçün imtahan olacaq
UNEC-də "Elm Günləri"nə start verilib
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"

Təhsil proqramlarının məzmun və strukturu yenidən nəzərdən keçirilməlidir - Professor

"Ali təhsil müəssisələrinin müəyyən qisminin regionlara köçürülməsi yalnız paytaxtdakı tıxacı tənzimləmək üçün və ya struktur dəyişikliyi üçün olmamalıdır. Bu prosesin strateji əhəmiyyəti vacibdir ki, tədris prosesi daha səmərəli təşkil edilsin və ixtisasa uyğun kadr hazırlanmasında birbaşa təcrübi əhəmiyyət daşısın, daha çevik, innovativ və cəmiyyətin real ehtiyaclarına cavab verən ali təhsil modelinin formalaşdırılması üçün mühüm fürsət kimi dəyərləndirilsin".

Bu fikirləri Redaktor.az-a açıqlamasında professor, filologiya elmləri doktoru Vüsalə Ağabəyli səsləndirdi. Onun fikrincə, universitetlərin regionlara köçürülməsi və ya regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması yalnız coğrafi yerləşmənin dəyişməsi ilə məhdudlaşmamalıdır, eyni zamanda təhsil proqramlarının məzmun və struktur baxımından yenidən nəzərdən keçirilməsini zəruri edən kompleks bir transformasiya prosesi kimi qiymətləndirilməlidir:"Bu baxımdan, ali təhsil proqramlarında aparılacaq dəyişikliklər həm qlobal akademik tendensiyalar, həm də konkret regionların sosial-iqtisadi və mədəni xüsusiyyətləri əsasında formalaşdırılmalıdır. Təhsil proqramlarındakı dəyişikliklər isə, bildiyimiz kimi, beş ildən bir aparılır və mütləq şəkildə standartlara əsaslanır. Bu baxımdan, yenidən işlənməli olan təhsil proqramları müvafiq zamana uyğun əvvəlki illərin təhlili və ixtisas fənn blok istiqamətində yeni coğrafi əraziyə uyğun şəkildə yenidən gözdən keçirilməlidir".

Həmsöhbətimiz vurğuladı ki, hər bir regionun özünəməxsus iqtisadi profili, resurs bazası və inkişaf prioritetləri mövcuddur:

"Məsələn, aqrar potensialı yüksək olan bölgələrdə kənd təsərrüfatı texnologiyaları, aqrobiznes və davamlı kənd təsərrüfatı üzrə proqramların gücləndirilməsi, turizm imkanları geniş olan regionlarda isə turizm menecmenti, mədəni irsin qorunması və xidmət sektoruna yönəlik ixtisasların inkişafı məqsədəuyğun olardı. Bu yanaşma ali təhsilin əmək bazarı ilə inteqrasiyasını gücləndirməklə yanaşı, məzunların region daxilində əmək bazarına uyğun olaraq məşğulluq imkanlarını da artıra bilər. Digər mühüm istiqamət interdisiplinar və tətbiqyönümlü təhsil modelinin genişləndirilməsidir. Müasir dövrdə əmək bazarı yalnız nəzəri biliklərlə kifayətlənən deyil, müxtəlif sahələri əlaqələndirə bilən, problem həll etmə bacarıqlarına malik mütəxəssislərə ehtiyac duyur. Bu səbəbdən, təhsil proqramlarında layihə əsaslı öyrənmə "project-based learning", praktik təcrübə, startap yönümlü fəaliyyətlər və sənaye ilə əməkdaşlıq komponentləri daha geniş yer ala bilər. Bu da öz növbəsində, regionlarda yerləşən universitetlər üçün yerli müəssisələrlə birbaşa əməkdaşlıq imkanları bu baxımdan xüsusi üstünlük yaradır".

Vüsalə Ağabəylinin sözlərinə görə, rəqəmsallaşma və innovasiya komponentlərinin bütün ixtisas proqramlarına inteqrasiyası da vacib məsələdir:"Süni intellekt artıq demək olar ki, hər bir sahədə bizimlə birgə addımlayır. Açıq-aydın müşahidə edirik ki, süni intellekt, məlumat analitikası, rəqəmsal iqtisadiyyat və texnoloji sahibkarlıq kimi sahələr artıq yalnız texniki ixtisaslarla məhdudlaşmır, humanitar və sosial elmlərdə də mühüm rol oynayır. Buna görə də, istənilən ixtisas üzrə təhsil alan tələbələrin rəqəmsal savadlılığının artırılması proqramların əsas prioritetlərindən biri olmalıdır. Eyni zamanda, regionlara köçürülən və ya yeni yaradılan universitetlərdə dil və mədəniyyət komponentlərinə xüsusi diqqət yetirilməsi də zəruridir. Xüsusilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici tələbələrin cəlb edilməsi və akademik mobilliyin artırılması üçün çoxdilli təhsil mühiti formalaşdırılmalıdır. Bu kontekstdə, həm ingilis dilində tədrisin genişləndirilməsi, həm də regionların mədəni irsini əks etdirən lokal komponentlərin təhsil proqramlarına daxil edilməsi balanslı yanaşma kimi də rol oynaya bilər. Düşünürəm ki, bu dəyişikliklərin ümumiləşdirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qruplar və komissiyalar səmərəli fəaliyyət göstərəcək, seçmə fənlərin genişləndirilməsi, modul əsaslı proqramların tətbiqi və tələbəyönümlü təhsil modellərinin inkişafı tələbələrin fərdi maraq və karyera hədəflərinə uyğun inkişafına şərait yaradacaq".

Oxşar xəbərlər

Bütün xəbərlər