Xəbər lentiwidget-title-icon

Taksi sürücüləri üçün imtahan olacaq
UNEC-də "Elm Günləri"nə start verilib
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"
Diplomlu İşsizlər Ordusu və "Yoldan Keçən" Müəllimlər
Aprelin 12-də buraxılış imtahanları KEÇİRİLƏCƏK
Bazar günü 50 min şagird buraxılış imtahanı verəcək
MİQ imtahanlarına qeyri-pedaqoji ixtisaslılar da buraxılacaq - SİYAHI
Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat BAŞLADI
DİM TOEFL iBT imtahanı keçirilib
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək
Yay Məktəbi: Təhsil Layihəsi, yoxsa Müəllim və Şagirdin "İyun İşgəncəsi"?
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
Azərbaycan Suriyada təhsil infrastrukturuna dəstək göstərəcək
I sinfə qəbulda prioritet tətbiq olunacaq MƏKTƏBLƏR
UNEC tələbəsi təqaüd qazandı - Almaniyada təhsil alacaq
İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm

Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"

“Qərbi Kaspi” Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən hər birindən 375 AZN məbləğində əlavə ödəniş tələb edildiyi barədə məlumatlar yayılıb.

Belə ki, bəzi tələbələrin sözlərinə görə, dövlət sifarişi əsasında təhsil almalarına baxmayaraq universitet rəhbərliyi onlardan hər birindən 375 AZN tələb edir. Rəhbərlik bu ödənişi dövlət tərəfindən təhsil haqqının tam ödənilməməsi ilə əsaslandırır.

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı sözügedən universitetlə əlaqə saxlayıb.

Universitetimizdən bildirilib ki, qanunvericiliyə əsasən, dövlət sifarişi ilə ali təhsil alan tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərin təhsil aldığı təhsil müəssisəsinə ödənilir:

"Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi, hazırda isə Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa müqavilə tərəfdaşlarına köçürülür. 2025-ci ilin sentyabr–dekabr ayları üçün Qərbi Kaspi Universitetinə müvafiq vəsait ayrılmış, onun əhəmiyyətli hissəsi xərclənmiş, müəyyən hissəsi isə qalmışdır. Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur.

Lakin 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olmuşdur ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır. Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz. Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət məktubunda qeyd olunub. Lakin məktubumuza hələ heç bir qurumdan rəsmi məlumat göndərilməyib.

Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb. Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat verildikdən sonra baş verən situasiyada günahkar universitet çıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır.

Ümid edirik ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq. Hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədəyik və geri dönüş gözləyirik. İctimaiyyətə gedişat barədə məlumat veriləcək".

Oxşar xəbərlər

Bütün xəbərlər