Xəbər lentiwidget-title-icon

Taksi sürücüləri üçün imtahan olacaq
UNEC-də "Elm Günləri"nə start verilib
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"
Diplomlu İşsizlər Ordusu və "Yoldan Keçən" Müəllimlər
Aprelin 12-də buraxılış imtahanları KEÇİRİLƏCƏK
Bazar günü 50 min şagird buraxılış imtahanı verəcək
MİQ imtahanlarına qeyri-pedaqoji ixtisaslılar da buraxılacaq - SİYAHI
Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat BAŞLADI
DİM TOEFL iBT imtahanı keçirilib
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək
Yay Məktəbi: Təhsil Layihəsi, yoxsa Müəllim və Şagirdin "İyun İşgəncəsi"?
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif
Azərbaycan Suriyada təhsil infrastrukturuna dəstək göstərəcək
I sinfə qəbulda prioritet tətbiq olunacaq MƏKTƏBLƏR
UNEC tələbəsi təqaüd qazandı - Almaniyada təhsil alacaq
İmtahan nəticələri aşağı düşərsə, blok sualları asanlaşacaq?
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Nazir müavini Lənkəranda vətəndaşları qəbul edəcək
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu
“Zəkaların mübarizəsi II” olimpiadası başlayır!
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
Soyqırımı qurbanlarının nurlu xatirsəni ehtiramla yad edirəm

UNEC-də "Elm Günləri"nə start verilib

Aprelin 1-də UNEC-də ənənəvi olaraq hər il keçirilən "Elm Günləri"nə start verilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru professor Ədalət Muradov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, akademik Əli Abbasov, millət vəkilləri, elm adamları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra İqtisad Universitetinin inkişafında və elmi simasının formalaşmasında müstəsna xidmətləri olmuş 10 görkəmli professorun xatirəsini yaşatmaq məqsədilə onların yağlı boya ilə çəkilmiş portretlərinin açılışı olub.

Tədbirin rəsmi açılışında çıxış edən rektor, professor Ədalət Muradov bildirib ki, UNEC-də keçirilən "Elm Günləri" akademik varisliyin qorunması və elmi irsə ehtiramın ifadəsi kimi mühüm əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, süni intellektin (Sİ) sürətli inkişafı fonunda universitet elmi yeni transformasiya mərhələsinə qədəm qoyur. O, müasir universitet modelində tədris və tədqiqat arasındakı balansın bərpasının, müəllim əməyinin qiymətləndirilməsi sisteminə keyfiyyət meyarları əsasında yenidən baxılmasının strateji vacibliyini qeyd edib. Həmçinin, rəqəmsal dövrün tələbi kimi mərkəzləşdirilmiş data infrastrukturunun və vahid elektron elmi kitabxana sisteminin yaradılması təklifini irəli sürüb.

Çıxışının sonunda professor Ədalət Muradov iki təşəbbüslə çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağda təhsilin dirçəldilməsinə dəstək olaraq, şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab hədiyyə etdiyini bildirib və həmkarlarını bu aksiyaya qoşulmağa çağırıb. Eyni zamanda, UNEC-in 5 milyonluq zəngin resursa malik elektron kitabxanasının Qarabağ Universitetinin müəllim və tələbələri üçün tam açıq olacağını elan edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmin cəmiyyətin tərəqqisindəki fundamental rolundan bəhs edərək, UNEC-in son illərdə beynəlxalq reytinqlərdə qazandığı tarixi uğurları və inkişaf dinamikasını yüksək qiymətləndirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov isə ölkədə elm və təhsilin davamlı inkişaf mərhələsində olduğunu, UNEC-in bu sahədə tamamilə yeni və nümunəvi bir səviyyəyə yüksəldiyini vurğulayıb.

Tədbir çərçivəsində akademik Əli Abbasov "Süni İntellekt dövründə elm və təhsil: transformasiya və səmərəli strategiyalar" mövzusunda elmi məruzə ilə çıxış edərək, Sİ-nin tədrisin avtomatlaşdırılmasında və milli dillər üçün lokal modellərin yaradılmasında həlledici rolunu diqqətə çatdırıb.

Sonra elm və innovasiyalar üzrə prorektor professor Rövnəq Rzayev universitetin 12 elmi jurnalı haqqında geniş təqdimatla çıxış edib.

Sonda isə elmmetrik göstəriciləri yüksək olan UNEC əməkdaşları və struktur bölmələr təltif olunublar.

Qeyd edək ki, aprelin 3-dək davam edəcək "Elm Günləri" proqramı çərçivəsində panel müzakirələri, yeni kitab təqdimatları və intellektual yarışların keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər