Xəbər lentiwidget-title-icon

NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu - Fotolar
Təhsil krediti ilə oxuyan tələbələrin SAYI
Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq
Tovuzda təhsil adına OYUNBAZLIQ - BU NƏDİ BELƏ?
Qərbi Kaspi Universitetində ödənişsiz təhsil alan tələbələrdən pul tələb edilir - Rəsmi cavab
Qürur tariximiz! APREL DÖYÜŞLƏRİ
Naxçıvan Təhsili nə etməyə çalışır??? Xaos davam edir...
Məleykə Abbaszadə oyunları...
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.
"Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir" - Ekspertdən TƏKLİF
Taksi sürücüləri üçün imtahan olacaq
UNEC-də "Elm Günləri"nə start verilib
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"
Diplomlu İşsizlər Ordusu və "Yoldan Keçən" Müəllimlər
Aprelin 12-də buraxılış imtahanları KEÇİRİLƏCƏK
Bazar günü 50 min şagird buraxılış imtahanı verəcək
MİQ imtahanlarına qeyri-pedaqoji ixtisaslılar da buraxılacaq - SİYAHI
Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat BAŞLADI
DİM TOEFL iBT imtahanı keçirilib
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub
Məktəblilər arasında “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək
Yay Məktəbi: Təhsil Layihəsi, yoxsa Müəllim və Şagirdin "İyun İşgəncəsi"?
Bu universitetlərin Bakıdan köçürülməsi məqsədəuyğundur - Deputatlardan təklif

"Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir" - Ekspertdən TƏKLİF

"ABŞ universitetlərində şifahi imtahan metoduna qayıdış, ilk növbədə süni intellektdən istifadə zamanı yarana biləcək sui-istifadə hallarına qarşı yönəlmiş strateji bir addımdır. Lakin bu yanaşma təkcə qabaqlayıcı tədbir deyil, həm də imtahan prosesində şəffaflığın qorunması, fikirlərin tam və müfəssəl şəkildə çatdırılması, eləcə də analitik təhlil keyfiyyətinin yüksəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ABŞ-də tələbələrin süni intellektdən geniş istifadə etməsi səbəbindən imtahanların şifahi metoda keçməsindən danışarkən bildirdi.

O qeyd etdi ki, tarix boyu zaman və məkandan asılı olmayaraq, şifahi nitq hər zaman əsas ünsiyyət vasitəsi kimi öz aktuallığını qoruyub:

"Bu reallıq həm təhsil sahəsində, həm də digər ictimai münasibətlərdə dəyişməzdir. Ən yüksək texnoloji tərəqqi dövründə belə, şifahi nitqin təqdim etdiyi imkanları əvəz edə biləcək ikinci bir vasitə yoxdur. Nəzərə almaq lazımdır ki, ABŞ universitetləri ən müasir İT avadanlıqları və orijinal rəqəmsal formatlar vasitəsilə imtahan keçirmək imkanına sahib olduqları halda, məhz klassik formaya - şifahi imtahan üsuluna üstünlük verirlər".

Ekspert bu seçimin sadə bir seçim deyil, yüksək texnoloji imkanlara rəğmən insan zəkasının və ifadə qabiliyyətinin birbaşa qiymətləndirilməsinə verilən dəyər olduğunu vurğuladı:

"Bu tendensiya digər ölkələrin təhsil sistemləri üçün də müsbət və nümunəvi bir model olmalıdır. Bir təhsilsevər olaraq hesab edirəm ki, ölkəmizin universitetlərində də semestr imtahanları və digər qiymətləndirmə mərhələlərində şifahi imtahan ənənələri genişləndirilməlidir. Şübhəsiz ki, burada şəffaflıq və digər sosioloji amillər ətrafında fərqli fikirlər yarana bilər, lakin mahiyyət etibarilə şifahi imtahan analitik təhlilin ən dərin qatlarını üzə çıxarmaq üçün ən ideal formatdır. Tələbələr ilkin mərhələdə bu yanaşma ilə razılaşmasalar da, şifahi nitqin onların fərdi inkişafına və təhlil qabiliyyətinə verəcəyi töhfəni dərk etdikdə, bu metodun əhəmiyyətini mütləq qəbul edəcəklər".

Oxşar xəbərlər

Bütün xəbərlər