Xəbər lentiwidget-title-icon

Təhsil proqramlarının məzmun və strukturu yenidən nəzərdən keçirilməlidir - Professor
17 yaşlı tələbə Harvarda qəbul oldu
Dövlət qulluğu üzrə test imtahanı keçirilir
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN
Daha bir müəllim geyiminə görə müzakirə mövzusu oldu
ADNSU-da QALMAQAL: Nə baş verir? - Yeni rektorun...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu - Fotolar
Təhsil krediti ilə oxuyan tələbələrin SAYI
Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq
Tovuzda təhsil adına OYUNBAZLIQ - BU NƏDİ BELƏ?
Qərbi Kaspi Universitetində ödənişsiz təhsil alan tələbələrdən pul tələb edilir - Rəsmi cavab
Qürur tariximiz! APREL DÖYÜŞLƏRİ
Naxçıvan Təhsili nə etməyə çalışır??? Xaos davam edir...
Məleykə Abbaszadə oyunları...
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.
"Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir" - Ekspertdən TƏKLİF
Taksi sürücüləri üçün imtahan olacaq
UNEC-də "Elm Günləri"nə start verilib
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"

"Şagirdin zəif nəticəsi yalnız müəllimin üzərinə qoyula bilməz" - Vüsalə Ağabəyli

Təhsildəki uğurlu hallarla yanaşı, boşluqlar, uğursuz nəticələr, qeyri-peşəkar müəllimlər və keyfiyyətsiz göstəricilər zaman-zaman bizi də narahat edir. Lakin bütün bunlara baxmayaraq, nazirin “şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verək?” fikri həddindən artıq emosional səslənir və təbii olaraq böyük bir müəllim ordusunda qıcıq doğurur. Ola bilsin ki, başqa məntiq və ya prizmadan yanaşılıb, yəni nazir haqlı olaraq düşünür ki, təhsildə nəticə olmalıdır, məsuliyyət ölçülməlidir. Lakin istənilən halda bu fikir cəmiyyət qarşısında problematikdir. Çünki şagirdin zəif nəticəsi yalnız müəllimin üzərinə qoyula bilməz".

Bu fikirləri Redaktor.az-a filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi “əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?” fikrindən və bu fikrə əks olaraq bəziləri tərəfindən səsləndirilən "ölkədə keyfiyyətli təhsil yoxdursa, nazirə niyə maaş verməliyik?" fikrindən danışarkən bildirdi.

Onun sözlərinə görə, təhsil çoxfaktorlu sistemdir:

"Proqramlar, dərsliklər, dərs yükü, sinifdəki şagirdlərin sayı, sosial mühit, valideyn faktoru, məktəbin infrastrukturu və s. bütünlükdə bu sistemin formalaşmasına xidmət edir. Müəllimi yalnız nəticəyə görə “cəzalandırmaq” onu yaradıcılıqdan çox formal öyrətməyə yönəldə bilər. Ümumiyyətlə, bütün bu yükü müəllimin boynuna qoymaq düzgün deyil.

Bəzilərinin nazirə cavabı isə əslində güzgü effekti yaradır. Təhsil siyasətinin uğuru fərdi müəllimlərin deyil, sistemin nəticəsi ilə ölçülür. Əgər illər ərzində səsləndirilən problemlər qalıcıdırsa, həlli yolunu tapmırsa, məsuliyyət təkcə aşağı pillələrdə deyil, yuxarı idarəetmədə də axtarılmalıdır. Təbii ki, təhsilin keyfiyyəti təkcə nazirin fəaliyyəti ilə də tam ölçülə bilməz; islahatlar gec nəticə verir, populist yanaşma real problemlərin dərinliyini gizlədir".

Dosent vurğuladı ki, təhsildə məsuliyyət zəncirvaridir.

"Şagird öyrənməyə motivasiyaya görə, valideynlərin dəstəyinə görə, müəllim peşəkarlığına, pedaqoji keyfiyyətə görə, məktəb rəhbərliyi düzgün təşkilati mühitə görə, nazirlik isə təhsil siyasətinə, resurslara, strateji vizyona və missiyaya görə cavabdehdir.

Uğurlu nəticə istəyiriksə, birini digərinə qarşı qoymaq və ya bütün məsuliyyəti müəllimin üzərinə atmaq yox, hər səviyyənin cavabdehliyini dəqiq müəyyənləşdirmək lazımdır. Əslində, real mövqe qarşılıqlı şəkildə söz atəşi açmaqda, toqquşma yaratmaqda deyil, sistemin şəffaf, ölçülə bilən və ədalətli şəkildə qiymətləndirilməsindədir. Təhsil günahkar axtarmaqla yox, məsuliyyəti bölüşdürməklə inkişaf edir", - deyə Vüsalə Ağabəyli yekunlaşdırdı.

Oxşar xəbərlər

Bütün xəbərlər