Xəbər lentiwidget-title-icon

Təhsil proqramlarının məzmun və strukturu yenidən nəzərdən keçirilməlidir - Professor
17 yaşlı tələbə Harvarda qəbul oldu
Dövlət qulluğu üzrə test imtahanı keçirilir
Sabah bağça müəllimlərinin yerdəyişməsi BAŞLAYIR
9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN
Daha bir müəllim geyiminə görə müzakirə mövzusu oldu
ADNSU-da QALMAQAL: Nə baş verir? - Yeni rektorun...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Qəbulun II mərhələsi üzrə sınaq imtahana qeydiyyat elan edilib
Universitetin maliyyə səhvlərinə görə tələbələr cavabdeh deyil - RƏSMİ
NDU-da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu - Fotolar
Təhsil krediti ilə oxuyan tələbələrin SAYI
Elmi fəaliyyətin gələcəyini İlham Əliyevin fikirləri üzərində qurmalıyıq
Tovuzda təhsil adına OYUNBAZLIQ - BU NƏDİ BELƏ?
Qərbi Kaspi Universitetində ödənişsiz təhsil alan tələbələrdən pul tələb edilir - Rəsmi cavab
Qürur tariximiz! APREL DÖYÜŞLƏRİ
Naxçıvan Təhsili nə etməyə çalışır??? Xaos davam edir...
Məleykə Abbaszadə oyunları...
224 nömrəli məktəbdə dərslər müvəqqəti onlayn keçiriləcək
Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.
"Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir" - Ekspertdən TƏKLİF
Taksi sürücüləri üçün imtahan olacaq
UNEC-də "Elm Günləri"nə start verilib
Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Qərbi Kaspi Universitetindən şikayətlərə REAKSİYA: "Müraciətlərimiz cavabsız qalır"

9-cuların buraxılış imtahanı: zəif nəticə göstərənlər sinifdə QALSIN

9-cu siniflər üçün buraxılış imtahanına az vaxt qalıb. Lakin bu imtahanlar demək olar ki, formal xarakter daşıyır. Belə ki, şagird imtahandan aşağı bal toplasa belə, bu onun üçün ciddi nəticə doğurmur. Sadəcə olaraq, 9-cu sinifdən sonra kollec və ya peşə təhsili müəssisələrində təhsil almaq istəyənlər üçün bu imtahan bir çıxış yolu hesab olunur.

Maraqlıdır ki, aşağı nəticə göstərən şagirdlərlə bağlı niyə xüsusi tədbirlər görülmür? Bu hal şagirdlərin imtahana ciddi yanaşmamasına səbəb olur. Ümumiyyətlə, imtahandan aşağı nəticə göstərən şagirdlər sinifdə saxlanılmalıdırmı?

AzEdu.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, əgər qiymətləndirmə meyarları dəyişdirilsə, bu, müəllimlərin nüfuzunun artmasına və təhsil prosesinə müsbət təsir göstərə bilər:

"Əlbəttə ki, 9-cu siniflərin buraxılış imtahanı formal xarakter daşıyır, amma ümumilikdə şagirdlər üçün əhəmiyyətsiz görünür. Çünki 9-cu sinif buraxılış imtahanını ciddi qəbul etmək üçün şagird seçim qarşısında qalmalıdır. Yəni şagird düşünməlidir: “Əgər mən 9-cu sinif buraxılış imtahanını müvəffəqiyyətlə verə bilməsəm, 10-cu və 11-ci sinifləri davam etdirə bilməyəcəyəm". Bu isə təhsil müəssisəsini hədəf seçməyən şagirdlər üçün maraqsızdır.

Bəzi hallarda isə imkanı məhdud valideynlər və ya yaxşı oxuyan uşaqlar şəhərdə təhsil ala bilmədikləri üçün özlərinə yaxın kolleclərdə oxumaq məqsədilə buraxılış imtahanlarına ciddi hazırlaşırlar. Digər qrup isə daha çox hazırlaşır ki, qiymətləri aşağı olmasın və növbəti mərhələlər üçün problem yaranmasın.

Ümumilikdə qiymətləndirmə meyarlarına baxanda, əgər bu meyarlar dəyişdirilsə, müəllimlərin nüfuzu arta bilər və təhsil prosesinə müsbət təsir göstərə bilər".

Ekspert qeyd edib ki, müəllimlərin sözünün keçərli olmaması bu vəziyyətin əsas səbəbidir:

"İndi şagird düşünür ki, əgər aşağı bal alarsa, sinifdən sinifə keçəcək və müəllimin ona yazdığı qiymətin üzərində hər hansı təsir gücü qalmayacaq. Əgər müəllim qiymət verdikdən sonra şagird narazı olsa, bu həm buraxılış imtahanının çəkisini, həm də müəllimin nüfuzunu artıracaq. Amma hazırda 9-cu sinifə qədər davamiyyəti zəif və akademik göstəriciləri aşağı olan şagirdlər də imtahanda iştirak edir və imtahan nəticəsindən asılı olmayaraq 10-cu və 11-ci sinifdə təhsilini davam etdirirlər.

Yəni, şagird artıq bilir ki, bütün hallarda sinfi keçəcək, ona görə də buraxılış imtahanı nəticələri onlar üçün əhəmiyyətsiz sayılır. Bu, əsasən kollec və ya yüksək peşə təhsili həvəsində olan şagirdlər üçün maraqlıdır, digər şagirdlər üçün təhsil hədəfi hesab olunmur. Onlardan kənar, yaxşı nəticə göstərməyən şagirdlər isə əsasən dərsi pozmaqla məşğuldurlar. Bu, yanında təhsilə həvəsi olan digər şagirdlərin diqqətini də bir qədər azaldır.

Ona görə də, qiymətləndirmə meyarları dəyişməyən müddətcə bu vəziyyət davam edəcək".

Oxşar xəbərlər

Bütün xəbərlər