Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

BMU-nun tələbəsi İtaliyanın nüfuzlu universitetindən qəbul alıb

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Məhəmmədəli Ayralov İtaliyanın Milan Politexnik Universitetindən qəbul alıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, o, magistratura təhsilini Avropanın bu nüfuzlu universitetində eyni ixtisas üzrə davam etdirmək niyyətindədir.

Milan Politexnik Universiteti QS World University Rankings reytinqinə əsasən, dünya universitetləri arasında ilk 100-lükdə (98-ci yer) qərarlaşan və mühəndislik sahələri üzrə qlobal miqyasda aparıcı ali təhsil müəssisələrindən biridir. M.Ayralovun bu uğuru bakalavr təhsilini hələ tamamlamadan əldə etməsi onun yüksək akademik potensialının və BMU-da formalaşdırılan keyfiyyətli tədris mühitinin, verilən təhsilin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli olduğunun göstəricisidir.

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində anadan olan, Qazax şəhəri S.Vurğun adına 2 saylı tam orta məktəbdə təhsil alan M.Ayralov məktəb illərində yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurları ilə fərqlənib. BMU-ya 592 balla qəbul olan Məhəmmədəli Ayralov II kursda Turin Politexnik Universitetində “Erasmus” mübadilə proqramı ilə təhsil alıb. Həmin müddətdə universitetdə könüllü şəkildə tədqiqat köməkçisi kimi fəaliyyət göstərib və startap komandaları ilə işləyib. Azərbaycana qayıtdıqdan sonra BMU-da təhsilinə davam etməklə yanaşı, müəllim köməkçisi və mentor kimi fəaliyyət göstərib. Kimya, kimya mühəndisliyi, korroziya mühəndisliyi, polimer prosesləri mühəndisliyi və Aspen HYSYS üzrə tədris və mentorluq edib. Bir neçə yerli, həmçinin beynəlxalq nüfuzlu hakatonlara qatılıb və investisiyalar qazanıb. Bundan əlavə, fərqli ölkələrdə sahibkarlıq mövzularında təlimlərə qatılıb (Lüksemburq, Estoniya, Hollandiya) və PV Panellər üçün Materialın Modelləşdirilməsi və Dizaynı (Material Modelling and Design for PV Panels) mövzusunda təlimçi kimi çıxış edib (Danimarka, Almaniya, İtaliya, İsveç).

I kursda oxuyarkən enerji transferi mövzusunda ilk tezisi çap olunub, II kursdan etibarən könüllü şəkildə laboratoriyada assistentlik etməyə başlayıb. Ümumilikdə, 6 tezis və 2 elmi məqalənin müəllifi və həmmüəllifidir. 3 tezisi Azərbaycanda, 1 tezisi Türkiyədə, 1 tezisi Çində, 1 tezisi isə İtaliyada keçirilən konfranslarda təqdim olunub və çap edilib. Ən son həmmüəllif olduğu məqalə yüksək indeksli Q1- “Molecular Liquids” jurnalında dərc olunub.

M.Ayralovun əsas məqsədi elmi araşdırmalar aparmaq, nüfuzlu universitetlərin birində PhD təhsilini tamamlamaq və materiallar elmi sahəsində alim olmaqdır. O, fevral ayından etibarən dünyanın nüfuzlu testing şirkətlərindən biri olan SGS şirkətində kimyaçı-təcrübəçi kimi fəaliyyətə başlayacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər