Xəbər lentiwidget-title-icon

Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır
Tələbələr üçün iş müsahibəsinə hazırlıq üzrə TƏLİM
London Kral Kolleci məzunu İT İnstitutuna doktorant oldu
Dünya Bankı uşaqların təhsilinə dəstək verir
"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ
“Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında- FOTOLAR
Tarix dərslərində əzbərçilik problemi: şagirdlər niyə qəfil suallarda çətinlik çəkir?
Dövlətlər biliklə qurular...
"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
Hansı universitetlər rayonlara köçürülməlidir? - Professordan AÇIQLAMA
"Hicabı çıxart, sonra gəl!": Məktəb direktorlarının qanunsuz tələbi
Mayda 17 gün dərs olmayacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Novruz düşərgəsi -2026“
Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-yə gedir - Foto
"Zəngi" liseyinin onun adını daşıması məsələsinə baxılmalıdır..." - ANIM
Dos. İlham Əhmədov ETN-nin “profilə uyğun yazı tələbi” elmi düşüncəyə qoyulan sərhəddir.
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Universitetə hazırlaşırdı, hüquq oxumaq istəyirdi - öldürülən müəllim haqqında DETALLAR
Bu müəllimlər sertifikasiyadan azad olunacaq? - AÇIQLAMA

Pelet Sobaları Layihəsi: “Alternativ istilik” yoxsa uşaqlar üçün real təhlükə?

Salyanda bir məktəbdə pelet sobasının tüstülənməsi nəticəsində şagirdlərin zəhərlənməsi xəbəri yayıldıqca, bir daha üzə çıxır ki, məsələ təkcə texniki nasazlıqdan ibarət deyil. Bu hadisə bir layihənin uğursuzluğunu yox, idarəetmənin boşluqlarını, nəzarətin yoxluğunu, ən pisi isə uşaqların sağlamlığının sistemli şəkildə təhlükəyə atıldığını göstərir.

Bu gün məktəblərə quraşdırılan pelet sobaları Təhsil Nazirliyinin təşəbbüsü, bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən “Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi” layihəsinin bir hissəsidir. Kağız üzərində layihə mükəmməl görünür: ekoloji təmiz yanacaq, qənaətli sistem, müasir alternativ. Amma reallıqda isə bəzi məktəblərdə sobadan istilik yox, qatran qoxusu, tüstü və zəhərlənmiş uşaqlar çıxırsa – demək ki, ortada ciddi nəsə var.

Burada cavab axtardığımız sual sadədir: Bu işə kim cavabdehdir?
Niyə nəzarət olunmayıb?
Niyə təhlükəsizlik yoxlanmayıb?
Niyə ucuz, qabıqlı, keyfiyyətsiz pellet məktəblərə göndərilir?
Və ən əsası – bu layihəyə ayrılan vəsait hara və necə xərclənib?

Bu suallar cavabsız qaldıqca risk də böyüyür.

Əgər bir soba məktəbi qızdırmaq əvəzinə uşaqları zəhərləyirsə, məsuliyyət kimdədir?

Texniki izahlar çoxdur: bacanın meyli düz olmayıb, soba təmizlənməyib, yanacaq standartlara uyğun deyil və s. Amma bu izahlar daha çox “günahı hava şəraitinə yükləmək” kimi görünür. Çünki:

Sobalar kim tərəfindən və hansı texniki aktla quraşdırılıb?
Texniki baxış kim tərəfindən qəbul edilib?Tender hansı şərtlərlə keçirilib?
Keyfiyyətsiz pelletin məktəblərə verilməsinə kim icazə verib?
Təchizatçı şirkətlər kimlərdir və hansı sertifikatla fəaliyyət göstərirlər?

Bu sualların heç biri hələ də rəsmi qurumlar tərəfindən aydın şəkildə cavablandırılmayıb. Halbuki söhbət adi bir təsərrüfat işindən yox, uşaqların sağlamlığından gedir.

Şəffaflıq niyə bu qədər çətindir?

Layihənin icraçısı Azərbaycan Könüllülər İctimai Birliyidir. Lakin layihənin büdcəsi, tender şərtləri, quraşdırıcı şirkətlərin adları və pelletlərin tərkibi barədə geniş ictimai hesabat hələ də ortada yoxdur.

Bu, artıq cəmiyyətin haqlı suallarına səbəb olur:

Layihəyə ayrılan milyonlarla vəsait necə xərclənib?
Məktəblərdə təhlükəsizlik sertifikatı olmayan sobalar necə quraşdırılıb?
FHN niyə bu qədər ciddi hadisələrə dair rəsmi aktları ictimaiyyətə açıqlamır?
Bu suallar dövlət qurumlarının susqunluğunda daha da böyüyür.

Şagirdlərin nəfəsi tüstü olmamalıdır

Uşaqlar bir məktəbə oxumağa gedir, zəhərlənməyə yox. Məktəb onların ikinci evidir. Orada təhlükəsizlik sual altında olmamalıdır.

Uşaqların sağlamlığına təhlükə yaradan hər bir texniki qurğu – fərqi yoxdur sobadır, qaz xəttidir, elektrikdir – dövlətin ən ciddi nəzarətində olmalıdır. Bu isə kağız üzərində yox, real, faktiki nəzarət deməkdir.

Əgər bu gün bir məktəbdə tüstülənən sobadan zəhərlənən uşaqlar varsa, sabah digər məktəbdə hansı təhlükə yaşana bilər – heç kim bilmir.

Cəmiyyətin tələb etdiyi budur:

Layihənin bütün maliyyə məlumatlarının açıqlanması
Quraşdırıcı şirkətlərin və pellet təchizatçılarının rəsmi adları
Texniki ekspertiza nəticələrinin tam dərc olunması
Məsul şəxslərə hüquqi qiymət verilməsi
Məktəblərdə alternativ istilik sistemlərinin təcili audit yoxlaması
Çünki bu, bir şəxsin problemi deyil, bir məktəbin problemi deyil – bir ölkənin uşaqlarıdır.

Pelet sobası məsələsi artıq kiçik xəbərlik problem deyil. Bu, ölkənin təhsil sistemində şəffaflıq çatışmazlığının, məsuliyyət bölgüsünün qeyri-müəyyənliyinin və uşaqların təhlükəsizliyinin lazımi dərəcədə prioritet olmamasının bariz nümunəsidir.

Bu məsələnin üstünə düşmək, soruşmaq, tələb etmək – həm medianın, həm də cəmiyyətin borcudur.

Uşaqların nəfəsi qatran qoxusu yox, təhlükəsiz məktəb havası olmalıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər