Xəbər lentiwidget-title-icon

Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib
Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
ADNSU tələbələri beynəlxalq sərgidə uğur qazanıblar
Hər kəsin nümunə çəkdiyi Finlandiya təhsili - imtahan yox, nəticə var
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH
Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ -müsahibələr başlayır

DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR

DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR


Təhsil sahəsi artıq güc savaşına çevrilib. Sözün əsl mənasında başlı- başına güclər savaşında "arxası" olanlar qalib gəlir və yalnız onların sözü keçir. Biz tehsilmedia.info saytı olaraq davamlı təhsildə olan problemləri ictimailəşdirir və həlli üçün yollar irəli sürürük. Bu tənqidi fikirlərdən bütün təhsil işçiləri, qurumları, agentliklər də öz nəsibini alır. Dəfələrlə Emin Əmrullayevin fikirləri, qərarları ilə bağlı tənqidi fikirlər paylaşmışıq. Paylaşdığımız fikirlərin də eynilə arxasındayıq, amma dərininə getdikdə görürük ki, bu təhsil deyil, güclərin savaşına çevrilib. Emin Əmrullayevin təhsildə olan bir çox rəhbərlərə gücü çatmır və onlar heç bir əmrə, qanuna riayət etməyərək birbaşa öz sahələrində "at oynadırlar" . Hər nə qədər təhsildə baş verən hadisələrdə Emin Əmrullayevin bir çox səhvləri olsa da, Emin Əmrullayevin gücünün çatmadığı "güclərin" təhsili məhv etməsi işləri getdikcə çətinləşdirir.


Əslində açıq-aşkar təhsilin məqsədi şəxsiyyət yetişdirmək və ya təhsilin keyfiyyətini artırmaq deyil, atamanlıq etmək, qalib gəlmək, mənəm-mənəmlik etməkdir. Çünki biz dəfələrlə agentliklər haqqında, qurumlar haqqında fikirlər səsləndirsək də, heç bir nəticəsi olmur. Niyə olmur? Həqiqətən Emin Əmrullayev bunu etmir? Yoxsa etməyə gücü çatmır? Yəni Emin Əmrullayevə də təsir edən güclər var?! Gəlin bir neçə nümunəyə baxaq:
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR

Eşqi Bağırov MİQ-də çox problemli nüanslarla diqqəti cəlb etmiş, hətta mitinqlərin keçirilməsi ilə yaddaşlara həkk olunmuşdur. Bəzi "bilinməz" səbəblərdən mitinq edənlər incidilmiş, bütün müəllimlərin şikayətinə baxmayaraq heç bir addım atılmamışdır. Bundan sonra, Eşqi Bağırov MÜTDA- ya rəhbər keçmişdir. Bu gün 100 müəllimdən, direktordan soruşsaq ki, Eşqi Bağırov necə biridir, 100 adamdan 99-u mənfi fikir bildirəcək, verdiyi qərarlardan narazılığını dilə gətirəcək. Bundan əlavə, görüşməyə şərait yaratmır, problemləri həll etmir, öz adamlarını bir yolla vəzifəyə gətirib özünə DAYAQLAR yaradır, keçirilən görüşlərdə şikayətçilər bir səbəblə susdurulur və saxta bir görüş təşkil edilir. Demək olar ki, Nazirlikdən əlavə özünə bir "RESPUBLİKA" yaradıb. Hər kəs də Eşqi Bağırov təyinatı ilə gələnlərin nələr edəcəyini öncədən çox yaxşı dərk edir. Bundan əlavə, MÜTDA təhsilimiz üçün hansısa uğurlu bir addım atıbmı? Xeyr. Günümüzdə məktəblərdə idarəetmə bərbat haldadır. Ən çox da problemli məktəblərə müraciət etdikdə, direktorun, rəhbərin, arxasının Eşqi Bağırov olduğu ortaya çıxır. Sonra da həmin adam bir söz deyir : Məni bura Eşqi Bağırov qoyub nə istəsəm edərəm, heç kim heç nə edə bilməz. Eşqi Bağırov həmin insanı yer üzündən silər. Yaxşı, dərininə getdikdə həqiqətən Eşqi Bağırov istər təhsili, istər təhsilimizə gətirdiyi hər hansı yenilik, ya da bugünkü idarəetmə sistemi uğurludurmu? Xeyr. Bəs niyə bu gün işdən azad edilmək yerinə, hər kəs heç nə olmamş kimi "uğurlu" addımları sadalayır.

DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR

TKTA qurumunda diplomların tanınması "şirinliklə" olur. Təsəvvür edin, girirsiniz vatsap qruplarına xarici diplomların tanınması üçün yazın, kömək edək deyirlər. Konkret pulla diplomun tanınmasını edirlər. Məktəblərə gedirlər yoxlama kimi, dəfələrlə yoxlanmış sənədlərdə səhv axtarıb təlimə cəlb edirlər ki, əlavə gəlir yazılsın. Bunu bütün Azərbaycan bilir. Hansı sübut və faktdan söhbət gedir. Bəs niyə heç bir addım atılmır?
Fərqli qurumlar gedir yoxlama edir, problem aşkarlanmır, amma həmin qurumların tapmadığı səhvi TKTA tapır. Onda digər qurumları ləğv edin. Maliyyə yoxlaması, ARTİ, Nazirlik, Regional-hamısı, belə çıxır ki, saxtadır.
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR


Rüfət Əzizov, Elnur Əliyev, Nəzakət Mehdiyeva, Aynur Rüstəmova- bunlar təhsili maxinasiylarla idarə edən sistemdir. Rüfət Əzizovun yeri hələ də boş qalıb və Elnur Əliyev direktor səlahiyyətini həyata keçirir. ikinci dəfədir Rüfət Əzizov universitetə direktor təyin edilir və elə bir şərait yaradılıb ki, sanki univeristeti məhz Rüfət Əzizov qurtarır, halbuki ortada sadəcə güc ünsürləri var. Elnur Əliyev Kaspi kursunu gətirib ARTİ-nin ortasına qoyub. Hamı öz əvvəlki işinə sanki "sədaqətini" göstərir. Həqiqətən Azərbaycan təhsilinə öncüllük edən ARTİ- ni kurs rəhbərlərimi idarə edəcək? Həqiqətən təhsildə siyasət Azərbaycanın dünya təhsili sisteminə inteqrasiya etməsi, təhsilin keyfiyyətinin artması, şagirdlərin şəxsiyyət kimi yetişməsi və s deyil, sadəcə güc savaşıdır, qalib gəlmək, atamanlıq etmək, ən birinci olmaq, qalib olmaq və s budur. Kurslar heç vaxt təhsili irəlilətməz. Əksinə oyunlar oynayaraq daha çox gəlir əldə etməyə çalışarlar. Təsəvvür edin, Kaspi qoymur ki, başqa normal suallar verilsin və bu qədər müəllimlərin taleyi normal şəkildə həll edilsin. Maxinasiyalar elə təşkil ediib ki, ən adi kənara çıxma ola bilməz. Ancaq qul idarə edilir, sanki quldarlıq dövrünü yaşayırlar. Ağıllı, savadlı, irəliləyən, öz sözünü deyə bilən, həqiqətən təhsilimiz üçün əlindən gələni edən, potensiallı birini qətiyyən istəmirlər. Onlar özlərinə qul axtarırlar. Fikirlərinə , əmrlərinə itaət edənlər vəya onlara əlavə gəlir qapıları açan , amma əsla onlar üçün təhdid olmayan biriləri ilə işləmək...
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR

18 ildə sistemi dəyişdirməyimizə rəğmən müxtəlif layihələr, pullar xərclənsə də, formalaşmayan, oturuşmayan bir sistem və heç öyrətmək belə istəməyən, özlərindən asılı saxlayan bir idarə. Niyə kimsə həqiqətləri demir? Yəni həqiqətən görmürlər bütün olanları? Müəllimlərin ixtisasartırmasını məhv etdilər, məktəbi dolaşıqlığa məcbur etdilər, müəllimləri bilə- istəyə nüfuzdan saldılar. Guya yeniliklərin tətbiqi ilə məşğul olan bir idarədə peşəkar yoxdur, baza yoxdur, sistem yoxdur, ancaq günü- günə satıb daha çox gəliri necə əldə edə bilərik düşüncəsi var. Təsəvvür edin ki, metodika haqda, idarəetmə haqda, keçirilən layihələr haqda, monitorinqlər haqda kifayət qədər tənqidi yazılar paylaşmışıq. Maxinasiyaları, pulsilmə əməliyyatlarını, layihələrin satışını, qaliblərin pulla seçilməsini və s. Biz hər kəsin bildiklərini ictimailəşdirmişik. Burda xüsusi faktlara, xüsusi sübutlara ehtiyac yoxdur. Şantaj, hədə-qorxu ilə təhsil idarə edilir. Bunu edən təhsil işçilərinin özüdür. Hərə arxasına bir qüvvə alıb, hamı birinə sığnmağa çalışır, arxası olsun, heç kim heç nə deməsin, bu da bir tərəfdən pul qopartsın. Bu nə pul sevdası, bu nə güc sevdasıdır?!
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR

Nəzakət Mehdiyeva ARTİ-də bəlkə də tək Emin Əmrullayevin adamıdır. Bəlkə də, "əlidir" desək yeri olar.
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR

Aynur Rüstəmova haqqında keçən dəfə paylaşım etdik. Maxinasiayaların içərisində olan biridir. Bütün hər şeyi ələ keçirib və sözün əsl mənasında ARTİ-də at oynadan biridir. Heç düşünmürsünüz ki, Azərbaycanda metodikadan Aynur Rüstəmovadan başqa heç bir insan yoxdur? Niyə heç kim ağzın açıb nəsə deyə bilmir? Harda metodikadan söhbət gedirsə, elə bir Aynur Rüstəmova var. Hara baxırsan, o. Sizcə, burda bir tərslik yoxdur? Necə yani düşünürsünüz ki, həqiqətən bu xanımda ilahi istedad var, ya "arxası" var? Aynur Rüstəmovanın savadsız olduğunu sübut etmək üçün xüsusi bir dəlilə ehtiyac yoxdur. Çıxartdığı dərsliklərə baxın. Ən savadsız bir Azərbaycan dili və ədəbiyyatı müəllimi baxsın, kifayət qədər səhv tapar. ARTİ- də bir metodist yoxdur? 18 ildir bir metodist yetişdirə bilmir? Bir Allahın qulu yoxdurmu, həqiqətən?! Niyə ARTİ- də bütün layihələrdə eyni adamlar olur? O boyda qurumda başqa adam yoxdur? Niyə əlini hara atsan, altından Aynur Rüstəmova çıxır? Bu Beyləlxalq Əlaqələndirmə şöbə müdiri idisə, niyə gedib öz işi ilə məşğul olmurdu?! Niyə bütün layihələrdə öz adı olurdu. Niyə müdiri Aynur Rüstəmovadan qorxub onun sözündən çıxmırdı? Maksimum Tədris Mərkəzinin rəhbərinin ARTİ- də nə işi var? Hamı bilirki, kursun rəhbəri Aynur Rüstəmovadır. TAİM-lə birgə iş qururlar və illərdir bu belə davam edir. Təsəvvür edin, metodika proqramı, sualları, hər şey Aynur Rüstəmovanın əlində fırlanır və nədənsə ən yaxşı kitab da Aynur Rüstəmova ilə İlkin Həsənovun kitabıdır. İlkin Həsənov kimdir? Biznesmen. Niyə hər il ARTİ qiymətləndirmə çərçivəsi TAİM və Maksimum Tədris Mərkəzinin ortaq çıxardığı kitabdır? Niyə illərdir bu ənənə davam edir. 1 il deyək ki, təsadüfdir, ikinci il deyək ki, bəxti gətirib, bəs illərdir niyə belədir? Proqram birəbir eynidir. Terminlər eyni, sistem eyni, suallar və sual tiplərin yenə onlar verir. Bir insan ki proqramı satır, sualları satır, təhsili satır, necə ola bilər ki, biz bunu alqışlarla qarşılayırıq?

Biri demir ki, proqramı, sualları, sual tiplərini kim satır? Layihələrdə niyə davamlı Aynur Rüstəmova olur? Niyə pul söhbətinin olduğu ən adi bir şeydə Aynur Rüstəmova da var. Pərvinə Qədimova bütün metodika dərslərini Aynur Rüstəmovaya verir. Niyə Azərbaycanda başqa metodika müəllimi yoxdur? Bu nədir? Niyə edirlər? Aynur Rüstəmova və İlkin Həsənpvun çıxartdığı hoqqalardan yəni heç kimin xəbəri yoxdur?!

TİF guya tələbə və müəllimlərə güzəştli kartlar verir. Heç bir mənası olmayan, amma sanki bir iş görmüşlər kimi bu da bir yerdən pul yeyir. Biz deyirik ki, marşurutlar pulsuz olsun, yeməkxanalar pulsuz olsun, yataqxanalar pulsuz ya da endirimli olsun, amma onlar ən mükəmməl, heç vaxt müraciət edilməyən xüsusi mağazalardan endirim kartları verirlər. Axı bu kimə lazımdır, nəyə lazımdır?! Bir də açıqlama verirlər. Pişmiş toyuğun gülməyi gəlir. İnsanları ələ salırlar sanki...

Bəzi direktorlar elə rəftar edirlər ki, sanki direktor deyil, Təhsl Naziridirlər. Toxunulmazlığın elan edib, atamanlıq edirlər. Müəllimləri şərləryir, hədə- qorxu gəlir, şagirdlərin başına oyun qalmır açıq, rüşvət, korrupsiya əməlləri bitmək bilmir, amma kimsə onlara nəsə edə bilmir. Çünki arxaları var.
DİQQƏT!!! AZƏRBAYCAN TƏHSİLİNDƏKİ QARANLIQ GÜCLƏR VƏ MÜDHİŞ MAXİNASİYALAR

Burda hansı uğurlu sistemdən söhbət gedə bilər? Bu güclər savaşı bitmədikcə, təhsildən, elmdən, şəxsiyyətdən, uğurdan, keyfiyyətdən söhbət gedə bilməz.Mümkün deyil! Savadlı, potensiallı olanlar qalıb kənarda, atamanlıq edənlər öz keflərinə uyğun həyatlarını yaşayırlar. Daha çox pul , daha çox şan şöhrət, hər kəsi diz çökdürmək və s. iyrənc istəkləri ilə cəmiyyəti məhv edirlər. Nə axirəti düşünən var, nə öləcəyini düşünən var, nə ədaləti, vicdanı düşünən, xalqın taleyini düşünənlər var...Ancaq pul qazanma yolları... başqa heç nə... Belə də Emin Əmrullayevə də adamın yazığı gəlir. Özü də soyuq savaşın ortasında qalıb, güclər savaşında dəngədə durmağa çalışır.

Sakit Muradov

Oxşar xəbərlər


Bütün xəbərlər

Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib — FOTOLAR
Sumqayıtda Bahar Təravətli Novruz Şənliyi: 65 Saylı Bağçadan Rəngarəng Görüntülər
Yazını süni intellekt yazır, tələbə danışa bilmir - Şifahi imtahanlar geri qayıdır?
"Dünyanın ən yaxşı müəllimi" seçilən Andria 35 dildə dərs deyir
Fizika dərslikləri sadələşdirilməlidir - şagirdlər çətinlik ÇƏKİR
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Ali Məhkəmə cinayətkar Eldar Mahmudovu və oğlunu müdafiə edib. Bu necə ola bilər?
Yeni yaradılacaq Ələt Universitetinin diplomu Türkiyədə tanınacaqmı?
8-ci sinifdən beynəlxalq arenaya: Kənan Vəlizadənin uğur hekayəsi
GERİLƏYİRİK!!! Təhsilin "Qara Dəliyi": Üç Qurum, Sıfır Nəticə!
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ
Universitetdə 3 vakansiya: hər kəs müraciət edə bilər
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib
UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub
Qlobal Təhsil Koalisiyası Azərbaycanda rəqəmsal bacarıqlar üzrə görülən işlər barədə məlumatlandırılıb
Bu lisey zəruri avadanlıqlarla təchiz edilib