Davamiyyət problemi və ictimailəşdirmək
Təhsil şikayətləri sosial platformasında paylaşılan bir post diqqətimizi çəkdi.
Əvvəlcə həmin postu sizlərə təqdim edirik.
"Bakı Təhsil İdarəsi Yasamal rayon Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbin müvəqqəti direktorluğunu əvəz edən Sona Abbasovanı müvəqqəti rəhbər olduğu məktəbdə müvəqqəti sinif jurnallarına baxın. Dərsdə iştirak etməyən şagirdlərin sayı pik həddinə çatdığı halda hansı keyfiyyəti əldə etmək olar? Siniflərin birindən nümunə. Niyə həmin sinif üzrə digər müəllimlər qaib yazmayıb. Marağ kimindir?"
Gördüyünüz kimi məktəbdə davamiyyət olduqca zəifdir. Güman ki, yuxarı siniflərə aid bir jurnaldır. Hazırlığa gedən uşaqların dərsə gəlməməsi... Amma heç bir qaib gizlədilməyib, real olaraq yazılıb. Saxtakarlıq edilməyib, qanunsuzluq edilməyib. Yaxşı, burda həqiqətən direktorda günah varmı? Niyə?































