Xəbər lentiwidget-title-icon

Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək
Müəllimlər üçün mühüm qayda: direktorun əmrinə nə zaman “yox” demək olar?
Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Bərdə STEAM Mərkəzinin komandası beynəlxalq robot yarışında UĞUR qazanıb
MDU kampusu sağlam həyat tərzinin ünvanına çevrildi
Qarabağ Universitetinin YENİ rəsmi veb-saytı istifadəyə verilib
Azərbaycan dili imtahanına qeydiyyat tarixi açıqlandı
6 paytaxt məktəblisi müsabiqədə FƏRQLƏNİB
Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
Tanınmış bəstəkar məktəblilərlə görüşəcək
Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
Bakıdakı bu məktəbdə münaqişə oldu - Araşdırma APARILACAQ
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qorumaq istədi, yaralandı
AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır
BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı
WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlandı

Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...

Son günlər mətbuatda Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən növbəti görüş haqqında geniş yazılar verilirdi. Bildirildi ki, layihənin 10-cu qonağı nazir Emin Əmrullayev olub. Nazir “Təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik təcrübəsi” mövzusunda çıxış edib.

Bizimesr.az xəbər verir ki, layihə ilə bağlı danışan dosent İlham Əhmədov bildirib ki, layihənin qonağı olan nazir çıxışı zamanı uğurun fərdi xarakter daşıdığını vurğulayıb, şəxsi idarəçilik təcrübəsini bölüşüb:

“İlk baxışda bu, müasir idarəçilik diskursuna uyğun, motivasiyaedici və faydalı görünür. Lakin məsələni bir qədər dərindən təhlil etdikdə suallar yaranır: hansı təcrübədən, hansı uğurdan, hansı nəticədən danışılır görəsən?

Bu “təcrübə”də sözlə reallıq arasında, danışılanla yaşanan arasında uçurum var. Ümumiyyətlə, təcrübə nə deməkdir? Təcrübə söz yığınıdır yoxsa sübut olunandır?

“Təcrübə” anlayışı idarəçilikdə, təhsil siyasətində konkret məna daşıyır. Təcrübə ölçülə bilən nəticələr, sistemli dəyişikliklər, davamlı inkişaf göstəriciləri, cəmiyyət tərəfindən tanınan və qəbul edilən real təsir deməkdir. Əgər təhsil meneceri “təcrübə”dən danışırsa, bu təcrübə konkret suallara cavab verməlidir:
1. Təhsil sistemində hansı keyfiyyət dəyişikliyi baş verib?
2. Universitetlər beynəlxalq reytinqlərdə, məktəblər PİSA qiymətləndirməsində hansı mövqeyə yüksəliblər?
3. Elmi məhsuldarlıq nə səviyyədə artıb? Elmi nəticələr kommersiyalaşıbmı? Necə?
4. Məktəblərdə tədrisin keyfiyyəti real olaraq necə dəyişib? v.s.
Əgər bu suallar cavabsızdırsa, “təcrübə” anlayışı real yox, ritorik xarakterlidir.
Təhsildə nəticə yoxdursa, hansı təcrübə yarana bilər?
Azərbaycanın elm və təhsil sistemi ilə bağlı son illərin mənzərəsi göstərir ki:
1. Universitetlər qlobal reytinqlərdə manipulyasiya ilə cüzi və əhəmiyyətsiz yerdəyişmə ediblər.
2. Elmi nəşrlərin keyfiyyəti və iqtisadi təsiri aşağıdır.
3. Məktəb təhsili əzbərçilikdən qurtula bilməyib.
4. Müəllim peşəsinin sosial statusu ilbəil azalır”.

Dosent əlavə edib ki, təhsil idarəçiliyi mərkəzləşmiş və bürokratik xarakter daşıyır. Bu kontekstdə “uğurlu təcrübə”dən danışmaq real deyil:
““Danışır təcrübə” kimi layihələr iki fərqli məqsədə xidmət edə bilər:
a) Həqiqi öyrənmə platforması yaratmaq, real uğur hekayələrinin paylaşılması, uğursuzluqlardan çıxarılan dərslərin müzakirəsi;
b) Simvolik PR aləti olmaq, fəaliyyət görüntüsü yaratmaq, təşkilati boşluqları hay-küylə kompensasiya etmək.
Əgər ikinci variant aparıcı olsa, belə layihələr təhsil sisteminin problemlərini həll etmək əvəzinə, onları ört-basdır edir.
“Fərdi uğur” tezisi sistemsizliyə bəraətdirmi? Nazirin vurğuladığı “uğurun fərdi məna daşıması” fikri də müzakirə edilə bilər. Bu yanaşma bir tərəfdən doğrudur, hər bir insanın uğur anlayışı fərqlidir. Amma dövlət idarəçiliyində məsələ fərd deyil — sistemdir. Əgər uğur fərdiləşdirilirsə, deməli sistemli meyarlar yoxdur, təşkilati qiymətləndirmə zəifdir, nəticələr subyektivdir. Bu təhlükəli bir tendensiyadır. Belə yanaşma ilə istənilən uğursuzluq “fərdi baxış fərqi” kimi təqdim oluna bilər.
Əsas məqsəd təcrübədir, yoxsa, təcrübənin simulyasiyası? Azərbaycan təhsil sistemində əsas çatışmazlıq təcrübənin olmaması yox, onun təşkilati olaraq təhlil edilməməsi, ümumişəldirilməməsi, bu təcrübənin formalaşmamasıdır. Bu zaman qərarlar eksperiment xarakterli olur, nəticələr sistemli şəkildə ölçülmür, uğurlar təşkilati yaddaşa çevrilmir, səhvlərdən öyrənmə mexanizmi yaranmır. Hərçənd nazir tez-tez deyir ki: “uğurun əsasında səhvlərdən nəticə çıxarmaq durur”. Amma ETN-nin səhvləri çox olsa da, bunlardan heç bir nəticə çıxarılmır. Görünür nailiyyətin azlığı səbəblərindən biri də budur. Sanki, ETN heç öz səhvlərini görmür, qəbul etmir. Ekspertlərin, analitiklərin təhlillərini ya oxumurlar, ya da oxuyub mətni anlamırlar (60 % əhali kimi). Belə bir mühitdə “təcrübə paylaşımı” əslində təcrübənin simulyasiyasıdır.
Öyrənməli olanlar necə öyrədə bilərrlər? Normal təhsil sistemlərində təcrübə nəticə əldə edənlər tərəfindən paylaşılır. Bizim təhsildə isə çox zaman nəticə yaratmalı olanlar, nəticə yaratmadan “təcrübə” paylaşır. Bu nəyin, hansı təcrübənin paylaşımıdır belə? Bu yanaşma ironik və təhlükəlidir. Çünki, yanlış modellər formalaşır, normallaşır. İmitasiya real inkişafı əvəz edir, gənc nəsil üçün səhv rol modelləri, səhv fəaliyyət istiqamətləri formalaşır, beləliklə “pokazuxa” kütləviləşir.
İndi danışmaq yox, sübut dövrüdür. Bu gün, süni intellekt və qlobal rəqabət dövründə sözlər yox, nəticələr danışır. Əgər “təcrübə” doğrudan da varsa, bu statistic olaraq görünməlidir, kəmiyyət və keyfiyyət dəyişikliyi olmalıdır, bu beynəlxalq müqayisələrdə təsdiqlənməlidir, cəmiyyət tərəfindən hiss olunmalı, qəbul edilməlidır. Əks halda, “təcrübə” yalnız bir anlayış olaraq qalır — reallıqdan çox, təqdimatın məhsulu kimi.

Biz bu gün təhsildə “təcrübəsizlərin təcrübədən danışması” kimi paradoks görürük. Əsas məsələ şəxslər deyil, sistemdir. Əgər sistem nəticə vermirsə, heç bir fərdi çıxış, layihə, şüar, PR kompaniya, blogerlər bu boşluğu doldura bilməz.

Təcrübə danışılmır, təcrübə praktikada sübut olunur”.

Oxşar xəbərlər

Bütün xəbərlər