Xəbər lentiwidget-title-icon

“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb

Valideyn Komitələri: Yardım, yoxsa Gizli “Müəllimlik İcrası”?

Valideyn komitələrinin fəaliyyəti ilə bağlı son günlər redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Keçirdiyimiz sorğu və müşahidələr göstərir ki, bu məsələdə narahatlıq artıq tək-tük valideynlərin fikri deyil — təxminən 99% valideyn bu sistemin mövcud durumundan narazıdır. Valideyn komitələrinin səlahiyyəti, məsuliyyəti və funksiyası bəlli olmadığı üçün bu qurum zamanla tədris prosesinə müdaxilə edən, hətta təlim tərbiyə işinə yön verən qeyri-rəsmi “nəzarət mexanizmi”nə çevrilib.

Tehsilmedia.az qeyd edir ki, son illərdə daha ciddi və təhlükəli meyl formalaşıb: bəzi müəllimlər valideynləri dərsə “köməkçi” adı ilə cəlb edir.

Bu nə deməkdir?

Valideyn müəllimlə birlikdə dərsdə oturur,

Müəllim olmadıqda sinifdə şagirdlərin “idarəçisi” rolunu yerinə yetirir,

Şagirdlərlə daimi ünsiyyətdə olur,

Uşaqların davranış və münasibətlərinə müdaxilə edir,

Bir sözlə – müəllimlik hüququnu faktiki olaraq yerinə yetirir.

Bu valideynlərin nə pedaqoji hazırlığı var? Psixoloji bilik varmı? Məsuliyyət və davranış çərçivəsi müəyyənləşdirilibmi?

Əlbəttə ki, yox.

Amma buna baxmayaraq, həmin valideynlər sinifdə sanki “ikinci müəllim[left][/left]” rolunu alırlar. Nəticədə:

Uşaq arasında ayrı-seçkilik yaranır,

Müəllim – valideyn komitəsi tandeminin “seçilmiş”ləri olur,

Digər valideynlər kənarda gözləməyə məhkum edilir,

Şagirdlərdə ədalət hissi pozulur,

Pedaqoji mühitin balansı tam şəkildə sıradan çıxır.

Bu vəziyyətə şərait yaradan kimdir?

Məktəb rəhbərliyi.

Çünki məktəbdə hər kimin sinfə daxil olub-olmadığını, dərsə kimlərin müdaxilə edə biləcəyini, tədris prosesinin kim tərəfindən həyata keçiriləcəyini müəyyənləşdirən məhz rəhbərlikdir. Əgər rəhbərlik buna göz yumursa — bu artıq qaydaların pozulması deyil, qaydasızlığın rəsmiləşdirilməsidir.

Məktəb təhsil məkanıdır. Sinif — peşəkar müəllimin iş yeridir. Uşağın psixoloji, emosional və sosial inkişafına cavabdehlik təkcə struktur baxımından yox, həm də etik baxımdan yüksək səviyyədə qorunmalıdır. Təhsil nə sosial eksperimentdir, nə də şəxsi münasibətlər platforması.

Bu gün valideyn komitələri adı altında formalaşmış qeyri-rəsmi idarəçilik modeli:

Təhsilə etimadı zədələyir,

Objektivliyi sıradan çıxarır,

Şagirdlərin sosial bərabərliyini pozur,

Müəllimin peşəkarlığını kölgəyə salır.

Tehsilmedia.az bildirir ki, əgər məktəbdə valideyn müəllim rolunu oynayırsa – deməli, orada ya pedaqoji kadr çatışmazlığı var, ya da mövcud müəllim öz funksiyasını yerinə yetirə bilmir.

Əgər müəllim öz işini valideynə həvalə edirsə – bu artıq peşəkarlıqdan imtina deməkdir.

Əgər məktəb rəhbərliyi buna imkan verirsə – bu artıq məsuliyyətsizlik və idarəetmədə boşluq deməkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər