Xəbər lentiwidget-title-icon

Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikat necə veriləcək?
Beynəlxalq Biologiya Olimpiadasına SEÇİM imtahanı keçiriləcək
Bu məktəblərdə də inklüziv siniflər təşkil ediləcək – SİYAHI
Yaz imtahan sessiyası 1 iyundan başlayacaq – ƏMR
Bu ixtisasları seçənlər işsiz qalmayacaq - gələcəyin ən etibarlı SAHƏLƏRİ
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək
Universitetlərə İMTAHANSIZ qəbul olmaq istəyənlərin nəzərinə
DİM mayın 17-də hansı imtahanları keçirəcək?
"Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib
İdeyanı təqdim et - 2500 AZN mükafat qazan
Bu məktəblərdə dərslər DİSTANT keçiriləcək
Qazaxıstan Müəllimi Qoruyur, Biz isə Cərimələyirik: 320 AZN və 200 AZN
​"Ağıllı Şəhərlər, Müasir Məktəblər: WUF 13 və Təhsil İnteqrasiyası"
36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir
Peşə mərkəzinin tələbəsi Avropa Kubokunda medal qazanıb
AzTU komandası “Game Summit 2026”nın QALİBİ olub
Şagirdlər üçün çox vacib sənəd hazırlandı - YENİLİKLƏR
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı növbəti tədbir
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək

Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif

Tibb bacısı ixtisası hazırda əsasən kolleclərdə tədris olunur və səhiyyə sistemində mühüm rol oynayır. Xüsusilə, fiziki tərbiyə müəllimliyi ixtisasının kolleclərdə ləğv edilməsindən sonra ictimaiyyət arasında belə fikirlər daha da aktuallaşıb ki, tibb bacısı ixtisasının da kolleclərdə tədrisi dayandırılmalı və yalnız universitetlərdə həyata keçirilməlidir.

Maraqlıdır, tibb bacısı ixtisasının kolleclərdə tədrisinin dayandırılması nə dərəcədə məqsədəuyğundur?

Mövzu ilə bağlı AzEdu.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov danışıb.

Rəşad Mahmudov da YAP-dan namizəd olacaq

Tibb bacılığı ixtisası üzrə kollec təhsilinin mərhələli şəkildə tamamilə universitet bakalavr təhsilinə keçidi təmin edilməlidir:

“Mən birmənalı olaraq, zamanın gedişində və bu günün tələblərinə uyğun şəkildə, beynəlxalq təcrübələri də nəzərə alaraq qeyd edə bilərəm ki, tibb bacılığı ixtisası üzrə kollec təhsilinin mərhələli şəkildə tamamilə universitet bakalavr təhsilinə keçidi təmin edilməlidir. Bu, dövrün və real tibbin tələbidir.

Əsas məsələ, əlbəttə ki, adının kollec və ya universitet olması deyil. Əsas məsələ, harada tədris olunmasından asılı olmayaraq, təhsilin məzmunu, hazırlıq səviyyəsi, qarşıya qoyulan hədəflər və həmin ixtisas üzrə yetişən mütəxəssisin əmək bazarında öz işini effektiv təşkil etmək üçün lazım olan bacarıqlara ən yüksək səviyyədə yiyələnməsidir. Dövlətin və səhiyyə sahəsinin ondan ehtiyac duyduğu bacarıqları əldə edə bilməsi bu sistemin əsas göstəricisidir”.

Azərbaycanda əmək bazarının tələbləri nəzərə alınaraq hibrid model tətbiq oluna bilər:

“Hazırda Azərbaycanda tibb bacısı ixtisası kolleclərdə tədris olunur və bu, bölgələrdə kadr çatışmazlığının qarşısının alınması baxımından əmək bazarı baxımından hələ də əhəmiyyətlidir. Lakin kolleclərdə tədrisin dayandırılması və yalnız universitet səviyyəsində həyata keçirilməsi ilə bağlı fikir və müzakirələr mövcuddur.

Beynəlxalq təcrübəyə nəzər saldıqda, Türkiyədə əvvəllər kolleclərdə tibb bacısı təhsili mövcud olmuş, lakin 2000-ci illərdən etibarən bu model tədricən universitetlərdə dördillik bakalavr proqramı ilə əvəz olunmuşdur və kolleclərin rolu universitet təhsili ilə əvəzlənmişdir. Bu dəyişiklik tibb bacılarına universitet diplomu ilə əmək bazarına çıxmaq, eyni zamanda magistratura və doktorantura səviyyələrində təhsil almaq, elmi tədqiqat aparmaq və beynəlxalq sertifikatlar əldə etmək imkanları yaratmışdır.

Azərbaycanda da əmək bazarının tələbləri nəzərə alınaraq hibrid model tətbiq oluna bilər. Bu model çərçivəsində bölgələrdəki kolleclər sürətli və praktiki kadr hazırlığını təmin edərkən, universitetlər isə nəzəri bilik və akademik yüksəliş imkanları yaradır.

Hazırda Azərbaycan Tibb Universiteti, Qarabağ Universiteti və Naxçıvan Tibb Universitetində açılmış tibb bacısı ixtisasları rəqabətyönümlü və yüksək keyfiyyətli təhsil mexanizmi üçün imkanlar təqdim edir, əmək bazarı ilə səhiyyə sisteminin real ehtiyaclarına uyğunlaşmağa xidmət edir.

Belə yanaşma tibb bacısı peşəsinin həm yerli, həm də beynəlxalq standartlara uyğun inkişafına şərait yaradır, səhiyyə sisteminin effektivliyini artırır və kadrların peşəkar bacarıqlarının maksimum səviyyəyə çatmasına imkan verir. Əsas məqsəd isə adından və ya təhsil müəssisəsinin tipindən asılı olmayaraq, ixtisasçının hazırlıq səviyyəsinin, bilik və bacarıqlarının həm praktik, həm də nəzəri baxımdan dövlətin və sahənin ehtiyaclarını tam qarşılamasıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər